"Xüsusi" anemiyaları inkar etmək ( dəmir defisitli anemiya, vitamin defisitli anemiya, hemolizlər, kəskin hemorragik anemiya, mielodisplastik sindrom və qanın bədxassəli xəstəlikləri). Bu, anemiyaların əsaslı diaqnostikası ilə həyata keçirilə bilər.
Birincili xəstəliyin şiddətinin anemiyanın şiddətinə nə dərəcədə təsir edə biləcəyini qiymətləndirin.
Qazanılmış (ikincili) anemiyada dəmir terapiyasından qaçının, lakin dəmir terapiyasından yararlana biləcək xəstələri də tapmağa çalışın. O xəstələri ki, müştərək defisitli (dəmir və B12) anemiyaya malikdirlər.
Əsaslar
Anemiyalı xəstələrin heterogen qrupu.
Əksər hallarda anemiyalar iki yerə ayrılır: (a) xroniki xəstəliklərlə yanaşı gedən anemiyalar və (b) daxili orqanların spesifik patologiyaları (xroniki renal və hepatik xəstəliklər, müəyyən endokrinopatiyalar) ilə yanaşı gedən anemiyalar.
Patogenez: xroniki xəstəliklərlə əlaqəli anemiyalarda eritropoezin zəifləməsi dəmir sərfiyyatını məhtudlaşdıran iltihab mediatorları və dəmir nəqliyyatını tənzimləyən hepsidin ilə nizamlanır.
Müəyyən qrup xəstələrdə tez - tez rast gəlinir (kəskin revmatoidli artritlər və renal çatışmazlıq).
Vitaminlərin və ya mineral maddələrin defisiti, xəstəliyin yaranma səbəbi ola bilməz.
Qazanılmış anemiya ilə bəzi başqa tip anemiyaların eyni vaxtda müşahidə edilməsi nadir hallarda müşahidə edilir.
Altda yatan xəstəliklər
Anemiya ilə yanaşı gedən xroniki xəstəliklər
Xroniki infeksiyalar
Digər xroniki iltihabi xəstəliklər (autoimmun xəstəliklər, kəskin travmalar və yanıqlar)
Altda yatan xəstəliyi aşkarlamaq. Eritrositlərin çökmə sürətini (EÇS) , CRP (C-reaktiv zülalı) və ağ qan hüceyrələrinin miqdarının təyinini anemiyanın laborator dianostikasına daxil edin (digərlərinə aiddir: hemoqlobin, hematokrit, MCV (orta korpuskulyar həcm) və retikulosit miqdarı).
Altda yatan xəstəliyin anemiyaya təsir dərəcəsini müəyyənləşdirin. Orta və zəif dərəcəli xəstəliklərdə hemoqlobinin konsentrasiyası adətən 100-110 g/l , daha şiddətli xəstəliklərdə isə 70-90 g/l, bəzən isə bundan da aşağı olur.
Əgər hemoqlobinin səviyyəsi qeyri - mütənasib şəkildə aşağıdırsa, anemiyanın daha da dərində yatan səbəblərini araşdırın.
Artan qırmızı qan hüceyrə itkisini inkar edin (qanaxma və ya hemoliz - retikulosit sayının artması).
Plazmada əmir defisitini (artmış plazma TfR konsentrasiyası; öz laboratoriyanızda tətbiq olunan referans göstəricilərinə uyğun yoxlayın) və meqaloblastik anemiya (MCV>100 fl) inkar edin
Xronik xəstəliklərlə əlaqəli anemiyalarda qırmızı hüceyrə morfologiyası adətən normoxrom və normositar olur, lakin patologiya uzanmüddətli olduqda bu, hipoxrom və mikrositar morfologiyaya çevrilir. Bu vəziyyət isə dəmir defisitli anemiyaya daha çox uyğun gəlir.
Toxumalardakı dəmir depolarının sayını özündə əks etdirən serum ferritinin də kəskin faza zülalları kimi eyni təsirə malik olmasını nəzərə alın.
Bütün qaranlıq hallar üçün sümük iliyi müayinəsi faydalı bir seçimdir.
Qazanılmış anemiyalı xəstələr, adətən dəmir defisiti və renal çatışmazlıq kimi anemiyaya səbəb olan digər paralel faktorlara da sahib olurlar.
Dəmir terapiyası seçimi, yalnız dəmir defisitinin qazanılmış anemiya ilə yanaşı getməsi halında uyğun bir yanaşma sayılır. Dəmir depoları 2 - 3 ay ərzində boşalır və qazanılmış anemiyanın həqiqi dərəcəsi yalnız bu müddətdən sonra dəqiq şəkildə aşkara çıxır. Bu halda da belə, dəmir defisiti səbəbinin qiymətləndirilməsi nəzərdə tutulmalıdır.
Müalicə
Alta yatan xəstəliyi müalicə edin.
Qanaxma, dəmir defisiti, vitamin defisiti, hemoliz, renal çatışmazlıq və dərmanların sümük iliyinə təsiri kimi halların, uğurlu müalicə üçün inkar edilməsi vacibdir.
Dəmir qəbulunun gündəlik təyinindən qaçının.
Bir qrup böyrək və ya onkoloji xəstələr, mütəxəssislər tərəfindən təyin edilmiş müalicə rejiminə uyğun olaraq, eritropoetinlə (epoetin, darbepoetin alfa) müalicə olunurlar. Eritropoetinin istifadəsi qazanılmış anemiyanın digər növlərində də tətbiq edilir.
Qanköçürülmə, yalnız bu prosedur üçün kəskin (mütləq) göstərişi olan xəstələrdə tətbiq olunur.