Bazu sümüyü və said sümüklərinin sınıqları

EBM Klinik protokolları
22.06.2017 • Sonuncu dəyişiklik 22.06.2017
VesaSavolainen

Bazu sümüyünün sınıqları  

Bazu sümüyünün böyük qabarığı

Bazu sümüyünün boynu 

Bazu sümüyünün diafizi 

U-şəkilli koaptasiyalı gips şinası (şəkil Ləvazimat Pambıqdan hazırlanmış corab parçasına oxşar ortopedik elastiki sarğı, yumşaq bintdən içlik sarğı, 3 - 4 rulon (böyüklər üçün eni 20 sm ), bir və ya iki köməkçi. Tətbiq. Köməkçinin pasiyentin yuxarı ətrafını yüngülcə abduksiya olunmuş vəziyyətdə saxlamaqla zədələnmiş şəxs oturaq vəziyyətdə olmalıdır. "Corab parçasına oxşar"  yerləşdirin. Akromion çıxıntısından aşağıya dirsəyin ətrafına və  qoltuq çüxuruna arxaya uzanan bir 8 qatlı qalın gips şinasını (longetini) hazırlayın. Longeti nəmləşdirin və nəm etdikdən dərhal sonra yumşaq üçlik əlavə edin. Yuxarı ətrafın çevrəsinə elastik sarğı ilə sarımaqla gips longetini öz yerində bərkidin. Üç-nöqtəli fiksasiya prinsipinə diqqət ayırmaqla hər hansı bucaq yaranması korreksiya edilməlidir. Dirsək oynağı 90 -100° bükülmə vəziyyətində olmaqla  boyunluq və bilək asqısı  yerindəcə qoyulur. Prosedurdan sonra rentgen müayinəsi mütləq təkrar edilməlidir.

Sarmiento asqı-sarğısı (Sarmiento brace) Asqı-sarğı Velcro ipləri ilə açılıb-bağlanan iki hissədən ibarətdir Yüngül sintetik materialdan (yumşaq və daha rahat) hazırlanıb Mütləq proksimal istiqamətdə uzanaraq akromion çıxıntısını örtməlidir. Asqı-sarğı dirsək oynağında bükülmə və açılma çalışmalarına imkan verilməsi üçün distal istiqamətdə formaya salına bilər. Yuxarı ətraf boyunluq və bilək sarğısının içinə U-şəkili gips sarğısında olduğu kimi qoyulmalıdır. 

Dirsək oynağı nahiyəsinin sınıqları  

Bazu sümüyünün epikondilusunun sınıqları 

Bazu sümüyünün oynaqdaxili sınıqları 

Mil sümüyü başının sınığı  

Dirsək sümüyünün dirsək çıxıntısının sınığı

Monteggia sınığı dirsək sümüyünün diafizinin proksimal üçdə birinin sınığı üstəgəl mil sümüyü başının yerdəyişməsidir. Dirsək sümüyünün sınığı həmişə cərrahi fiksasiya ilə, mil sümüyü başının çıxığı isə qapalı reduksiya ilə müalicə olunur; bəzi hallarda açıq reduksiyaya ehtiyac ola bilər.

Mil və dirsək sümüklərinin sınıqları 

Yuxarı ətraf üçün uzun gips şinası (longeti) Ləvazimatları: pambıqdan hazırlanmış corab parçasına oxşar ortopedik elastiki sarğı,  yumşaq bintdən içlik, bint İmmobilizə edici material Paris gipsi 12.5 - 15 sm eni , 7 - 8 qat lifli şüşə və ya plastik 12.5 -15 sm eni, 4 - 6 qat (istehsalçının təlimatlarına uyğun olaraq).  Öncədən içliyi hazırlanmış sintetik şina tətbiqi corab parçasına oxşar ortopedik elastiki sarğını və yumşaq içliyi sınıq yerinə yerləşdirin.Yumşaq içlik şinanın bütün uzunluğu boyunca dolandırıla bilər və ya şinanın altına bir hamar səhfə kimi qoyula bilər. Əldarağı sümüklərinin distal hissəsindən bazuya kimi uzanan bir şina hazırlayın. Şinanı iki hissədən elə düzəldin ki, hissələr dirsək oynağında bir-birinin üzərini örtsün. Şina oynağının qüvvəsini təmin etmək üçün əgər ehtiyac olsa dirsək oynağı sahəsinə ayrıca daha kiçik bir gücləndirici şina yerləşdirilə bilər. Alternativ olaraq şina bir hissəli şəkildə, çiyindən distal metakarpal sümüklərə kimi heç bir oynaq olmadan düzəldilə bilər. Nəmləşdirilmiş və hamar edilmiş gips sarğısını pasiyentin yuxarı ətrafına yerləşdirin və bunu pasiyentin yuxarı ətrafının cizgilərinə uyğun olaraq açılmış əllərinizlə hamarlaşdırın. Dirsək oynağının və biləyin düzgün vəziyyətini təmin edin. Şinanı yerində bintlə boş fiksə edin və şina bir qədər bərkləşəndən sonra onu özü yapışan sarğı ilə yerində bərkidin. Dirsək oynağı 90° bükülmə vəziyyətində, bilək isə funksional vəziyyətdə (30° dorzifleksiya) saxlanılır. Dirsək oynağını əhatə edən zədələnmələrdə bilək sərbəst buraxıla bilər.

Əlaqəli resurslar

 

Yuxarıya