Çiyin dislokasiyası
EBM Klinik protokolları
22.06.2017 • Sonuncu dəyişiklik 22.06.2017
JarkkoPajarinen
Əsasları
- Adətən çiyin oynağı məcburi şəkildə büküldükdə və ya çevrildikdə meydana gəlir, məsələn, yıxılmaqla əlaqəli olaraq.
- Təzə dislokasiyalar təcili bir şəkildə reduksiya edilməlidir. Reduksiyanın bir neçə üsulları mövcuddur. Kifayət qədər istirahət və ağrı kəsicinin istifadə edilməsi vacibdir. Nəticə hər zaman rentgenoloji müayinə vasitəsilə nəzarət altında saxlanılmalıdır.
- Reduksiyadan əvvəl və sonra əldə qan sirkulyasiyası və nevroloji fəaliyyət yoxlanılmalıdır.
- Qol asqısı 1-3 həftə ərzində istifadə edilir; bundan sonra tədricən irəliləyən bir məşq proqramı tətbiq edilir.
Etiologiya
- Adətən yıxılmaq çiyin oynağının burulması ilə müşahidə edilir.
- Bəzən çiyin oynağının məcburi bükülməsi digər hallarla da əlaqəli olur hansı ki, bu, posterior dislokasiyaya səbəb ola bilir, məsələn, qıcolmalar.
Əlamətlər
- Oynaq sızıldayır və hərəkət zamanı ağrı müşahidə edilir.
- Yüngül abduksiya və bükülmə zamanı yuxarı ətraf adətən məcburi pozisiyada olur.
Müayinələr
- Rentgenoqramma adətən diaqnostik olur. Posterior dislokasiya ən yaxşı aksilyar dislokasiyada təyin edilir.
- Yaxşı vəziyyətdə olan cavan xəstələrdə (30 yaşdan aşağı olanlar) reduksiya ön rentgenoqramma olmadan həyata keçirilə bilər, çünki bu xəstələrdə çiyin dislokasiyası çox nadir hallarda sınıqla müşayət olunur. Xəstənin yaşı artdıqca reduksiyaya cəhd edilməzdən əvvəl sınığın inkar edilməsi daha da vacib olur.
- Reduksiyadan sonra bütün xəstələrdə rentgenoloji müayinə aparılmalıdır.
- Sirkulyasiya və nevroloji funksiyalar (nəbz, dəri hissiyatı, yuxarı ətrafların distal hissələrinin fəaliyyət qabiliyyəti) reduksiyadan əvvəl və sonra yoxlanılır.
Müalicə
- Təzəcə baş vermiş dislokasiyanın reduksiyası təcili olaraq icra edilməlidir.
- Xəstə çiyin nahiyyəsini rahat saxlasa, reduksiyanın uğurlu olma ehtimalı yüksək olacaqdır. Xəstəni sakitləşdirin, ona nə edəcəyiniz barədə məlumat verin və müvafiq ağrıkəsici tətbiq edin. Zəruri hallarda xəstəni sakitləşdirmək məqsədilə benzodiazepin dərman maddəsi də həmçinin tətbiq edilə bilər.
- Ağrı, intra-artikulyar anesteziya vasitəsilə nəzarət altına alına bilər, məsələn, oynaq boşluğuna yuxarı lateral istiqamətdən 20 ml 1% lidokain inyeksiyası həyata keçirilir.
- Reduksiya üçün güc deyil, xüsusi bacarıq lazımdır. Siz, reduksiya metodlarını aşağıdakı qaydada tətbiq edə bilərsiniz:
- Qolun sallanması (Stimson metodu kimi də bilinir).
- Qoluna dəstək verərək xəstəyə müayinə kuşetkasında zədələnmiş çiyinin kuşetkanın kənarına düşməsi və qolun aşağıya doğru sərbəst bir şəkildə sallanması şərtilə üzü-aşağı uzanmasına kömək edin. Qolun bazu hissəsinə müəyyən miqdarda çəki asmaqla (məsələn, 2-3 kq çəkiyə malik qum kisəsi) dartmanı daha da gücləndirə bilərsiz. Xəstəyə çiynini sərbəst buraxması barəsində təlimat verin.
- Qolun sallanması ilə reduksiya, təxminən 20 dəqiqə ərzində aparılan metod vasitəsilə çiynin reduksiya olunmaması halında həyata keçirilir.
- Xəstənin qolunun bazu hissəsini üfüqi müstəviyə yerləşdirin. Ətrafı, bükülmüş dirsək oynağından aşağıya doğru dartın və eyni zamanda çiyin oynağını yüngülcə fırladın.
- Yuxarıya doğru çəkməklə reduksiya (Hipokrat texnikası olaraq bilinir)
- Xəstə arxası-üstə uzanır. Yuxarı ətraf təxminən 45° abduksiya və 30° fleksiyada yerləşdirilir.
- Yuxarıda göstərilən istiqamətdə sakit və sabit bir çəkmə tətbiq edərək oynağın reduksiyasını həyata keçirtməyə çalışın. Eyni zamanda köməkçi şəxs xəstənin qoltuqaltına əks qüvvə yönəldir məs. sıx yumurlanmış dəsmal vasitəsilə. Repozisiya zamanı bütün hərəkətlər yavaş və rahat olmalıdır, prosedur zamanı qolun bazu nahiyyəsi yumşaq şəkildə döndərilməlidir.
- Əgər reduksiya uğurla həyata keçməzsə, xəstəni mümkün cərrahi reduksiya üçün xəstəxanaya göndərin.
Əlavə müalicə
- Uğurlu reduksiya, çiyin öz kisəsinə geri düşdükdə hiss edilir. Ağrı adətən dərhal aradan qalxır.
- Repozisiya hər zaman rentgenoloji müayinə vasitəsilə təstiq edilməlidir. Əgər çiyinin repozisiyası klinik olaraq aydın şəkildə müşahidə edilirsə, təcili vəziyyətlərdə vizualizasiyanın həyata keçirilməsi vacib sayılmır.
- Prosedurdan əvvəl olduğu kimi, qol və əlin qan dövranını və nevroloji vəziyyətini yenidən yoxlayın. Deltoid əzələ üzərindəki dəri hissiyatını və əzələlərin iradi yığılmasını araşdıraraq aksilyar sinirin mümkün zədələnməsini xüsusi diqqət yetirərək müəyyən edin.
- Qol, 1-3 həftə ərzində bükülmüş və daxilə doğru əyilmiş pozisiyada asqı ilə dəstəklənir. Bu dövrdən sonra tədricən artan fiziki məşqlərə start verilir.
- Neytral pozisiyadan xaricə yönəlmiş rotasiyadan 6 həftə ərzində uzaq durmaq lazımdır.
- İdmanla aktiv şəkildə məşqul olan və ya dirsək oynağının sabitliyi tələb edilən işlə məşqul olan cavan xəstələr (< 30 yaş) cərrahi qiyətləndirmə və mümkün erkən cərrahi müalicə ehtimalını nəzərdən keçirtmək üçün yönləndirilir.
- Yaşlı xəstələrdə əlaqəli yaralanmalarda adətən sınıqlara əlavə olaraq rotator bağların qopmasına da təsadüf edilir.
Residivləşən dislokasiya
- Residivləşən tam və ya hissəvi dislokasiyalar bəzən böyük zədələrlə müşahidə edilmir və adətən asanlıqla reduskiya edilir.
- Reduksiyadan sonra immobilizasiya yuxarıda göstərildiyi kimi həyata keçirilir.
- Xəstə, cərrahi müalicənin nəzərdən keçirilməsi məqsədilə cərrahi qiymətləndirmənin aparılması üçün yönləndirilir.
Adiyyatı mənbələr
Fitch RW, Kuhn JE. Intraarticular lidocaine versus intravenous procedural sedation with narcotics and benzodiazepines for reduction of the dislocated shoulder: a systematic review. Acad Emerg Med 2008 Aug;15(8):703-8.