Zədələnmənin tipik mexanizmi, eləcə də akromioklavikulyar (AK) oynaqda palpator ağrı və şişkinlik və ya aşkar deformasiya şübhə oyadır.
Bu çıxıqların bir-birindən fərqləndirilməsi çətin olan bir sıra müxtəlif tipləri və ağırlıq dərəcələri vardır.
Diaqnoz rentgen müayinəsi ilə təsdiqlənir. Ön-arxa proyeksiya aldadıcı surətdə demək olar ki, normal görünə bilər: aksillyar proyeksiya tövsiyə edilir.
Müalicə zədələnmənin tipindən asılı olaraq ya konservativ, ya da cərrahidir.
Etiologiya
Adətən səbəb çiyni üstə yıxılmaqdır, bu zaman yuxarı ətraf aşağıya düşür.
Adəti tapıntılar
AK oynaq ətrafında yerli palpator həssaslıq, ödem və ya deformasiya
Körpücük sümüyünün çıxmış başı çox zaman bir qabarıqlıq kimi hiss edilir və zədələnmənin ağırlıq dərəcəsindən asılı olaraq bəzən onu aşağıya sıxmaq və ya horizontal istiqamətdə hərəkət etdirmək mümkün ola bilər.
Müayinələr
Diaqnozu təsdiqləmək və zədələnmənin ağırlıq dərəcəsini qiymətləndirmək üçün rentgen müayinəsi aparılır. Hər iki AK oynağın görünməsi üçün bu müayinə yüklənmə olmadan aparılır. Aksillyar proyeksiya tövsiyə edilir.
Zədələnmənin dərəcəsinə uyğun olaraq tapıntılar və müalicə
Oynaq ağrılı və palpator həssasdır, lakin rentgen müayinəsində tapıntılar normaldır və ya yalnız minimal dərəcədə qeyri-normaldır.
Ətrafın ağrı imkan verdiyi dərəcədə ləngidilmədən hərəkətlərinə başlanması, zədələnmədən sonrakı həftələrdə yüklənmənin tədricən artırılması
2-ci dərəcəli çıxıq
Rentgen müayinəsi körpücük sümüyünün azca (onun diametrindən az) yuxarı istiqamətə çıxığını və AK oynağın azca genişlənməsini göstərir.
Bir-üç həftə ərzində yuxarı ətraf üçün çiyindən asma sarğı və bundan sonra isə 1-ci dərəcəli çıxıqdakı kimi çiyin oynağının hərəkətləri.
3-6-cı dərəcəli çıxıqlar
AK oynağın bağları və daha ağır hallarda isə oynaq ətrafındakı digər stabilləşdirici strukturlar zədələnir.
Palpasiya edildikdə oynaq qeyri-stabil olmaqla körpücük sümüyündə "piano dili" adlandırılan fenomen müşahidə edilir və/və ya körpücük sümüyü horizontal istiqamətdə qeyri-stabildir.
Rentgen müayinəsində körpücük sümüyü öz diametri ölçüsündə və ya daha artıq yuxarı istiqamətə qalxıb, eləcə də körpücük sümüyü və kürək sümüyünün dimdiyəbənzər çıxıntısı arasında yarıq çox zaman əhəmiyyətli dərəcə genişlənib.
4-cü dərəcəli çıxıq horizontal istiqamətdə baş verir və bu zaman ön-arxa proyeksiyada rentgen müayinəsi demək olar ki, tamamilə normal ola bilər. Diaqnoz körpücük sümüyünün horizontal qeyri-stabilliyinə diqqət verilməklə kliniki müayinənin və çiyin oynağının aksillyar proyeksiyasında rentgen müayinəsinin əsasında təyin edilir.
3-cü dərəcəli zədələnmələrin əksəriyyəti konservativ müalicə edilə bilər. 4-6-cı dərəcəli zədələnmələri 3-cü dərəcəli çıxıqlardan ayırd etmək mürəkkəb ola bilər. Bir qayda olaraq, 4-6-cı dərəcəli çıxıqlar cərrahi yolla müalicə edilir.