Travma mənşəli dırnaqaltı hematoma çox zaman dırnaq yatağına təzyiq göstərir və ağrıya səbəb olur.
Hətta zədələnmədən bir neçə gün sonra da hematomanı drenaj etmək dəyərlidir.
Drenaj texnikası
Barmağı bərk tutaraq stol üzərinə sıxın. Əgər müdaxilə lazımi texnika ilə həyata keçirilərsə anesteziya lazım deyil.
Bir metal sancağın ucunu (məsələn, açılmış vəziyyətdə kağız klipi) qızarana qədər qızdırın və qanın çıxa bilməsi üçün "əritməklə" dəlik açılanadək dırnağa sıxın. Qalın bir dırnağı perforasiya edənədək 2-3 dəfə sancağı təkrar qızdırmaq sizə lazım ola bilər.
Alternativ olaraq birdəfəlik istifadə üçün olan skalpelin (ülgüc №10 və ya №15) ucu ilə dəlik yaradıla bilər. Bu metod sürətli və ağrısızdır, lakin skalpelin kənara sürüşməməsi üçün xüsusi diqqət tələb edilir.
Əgər dırnaq lövhəsi boşalmayıbsa, ilişmirsə, pasiyenti bezdirmirsə onun kənarlaşdırılmasına ehtiyac yoxdur. Belə olan halda dırnaq lövhəsi sinir blokadası anesteziyası altında və ya hətta anestesiyasız xaric edilir.