Müalicə zədələnmiş barmağın yan barmağa bağlanması ilə 1-4 həftə ərzində sərt ayaqqabı geyinməkdən ibarət olur.
Peşəsindən asılı olaraq xəstəyə 1-4 həftə xəstəlik məzuniyyəti verilməlidir.
Əgər sınığın yerdəyişməsi sümüyün diametrindən daha çox olarsa, və ya oynaq özü yerdəyişmiş olarsa, sınıq, sonrasında yuxarıda qeyd edildiyi tərzdə immobilizasiyaya əməl etməklə mütləq lokal anesteziyanın altında reduksiya edilməlidir.
Baş barmağın proksimal falanqasının və eləcə də proksimal interfalangeal (PİF) oynağın daxil olduğu sınıqlar və ya birinci metatarsofalangeal (MTF) oynaq sınıqları ehtiyyatlı, adətən cərrahi reduksiya tələb edir.
Metatarsal sınıqlar
Tək sınıqlar, qoruyucu çəki daşıyıcısı ilə kombinasiya edilmiş dəstəkləyici bandajlar vasitəsilə dözüldüyü qədər bir neçə həftə ərzində müalicə edilir.
Metatarsal sümüklərin yerdəyişməmiş çoxlu sınıqları zamanı müalicə, 3-4 həftə ərzində gipsin taxılmasından ibarət olur. Lakin sınığın yerdəyişməsi və ya bucaq altında əyildiyi zaman sonrasında 4-6 həftə gipsə qoyulmaqla Kirşner telləri ilə açıq reduksiya və fiksasiya tələb olunur.
Beşinci metatarsal əsasın sınığı (qısa peroneal əzələ vətərinin avulsiyası) adheziv lentin tətbiqi ilə və ya 4-6 həftə ərzində qoruyucu çəki daşıyıcısı ilə kombinasiya edilmiş gips vasitəsilə yaxşı sağalır (ayağın pəncəsində həddində həddindən artıq gərginliyi azaltmaq). Sınıq proksimal metafizdə (Jones sınığı) yerləşdikdə və 2-3 mm-dən çox olan bir diastazın olması halında cərrahi müdaxiləyə göstəriş olur.
Tarsometatarsal oynağın (Lisfrans oynağı) sınığı
Diaqnozu adətən qoyulmamış olur. Hər zaman ayaq həddindən artıq ağrılı və ya şişkin olduqda tarsometatarsal oynağın sınığından şübhələnmək lazımdır.
Müxtəlif zədə mexanizmləri: gəzinti zamanı ayağın çuxura düşməsi, toqquşma qəzalarında ayağı əyləcə basmaq, futbol oynayarkən digər oyunçunun ayağa basması, yıxılma qəzaları.
Ayağın orta hissəsinin ənənəvi radioqrafiya üsulları ilə vizualizasiyası zamanı üç proyeksiya tələb olunur: anteroposterior (AP), çəpinə və lateral. Müasir klinik praktikada bütün əhəmiyyətli orta ayaq zədələri zamanı kompyuter tomoqrafiyası tələb olunur.
Əsas zədələnən nahiyyə adətən dorzal və lateral dislokasiyası baş verən ikinci metatarsal sümüyün (2-ci tarsometatarsal oynaq) əsasıdır. Sümüyün əsası yuxarı istiqamətə qalxaraq avulsion sınığa səbəb olur və 1-ci və 2-ci metatarsal arasında boşluq böyümüş olur.
Müalicəsi cərrahi müdaxilədən ibarət olur. Qoruyucu çəki daşıyıcısı ilə kombinasiya edilmiş gips vasitəsilə immobilizasiya 6 həftə ərzində təyin edilir.
Ayaq qeyri-adi dərəcədə ağrılı və ya şişmiş olduqda hər zaman bu növ dislokasiyadan şübhələnmək lazımdır.
Rentgenoloji tapıntıların minimal olduğu halda reduksiyası spontan yolla baş verə bilər.
Nəzərəçarpan radioloji tapıntılara oynağın lateral və ya medial aspektlərində avulsiya və ya sıxılma nəticəsində meydana gələn sümük sınıqları aid edilir. Kompyuter tomoqrafiya hal-hazırda rutin müayinə olaraq qəbul edilir.
Müalicəsi, adətən sonrasında 6-8 həftəlik gips sarğısının qoyulması ilə cərrahi fiksasiyadan ibarət olur.
Təcrübədə navikulyar sümüyün bütün sınıqları mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Sınıq diqqətli reduksiya tələb edir və avaskulyar nekroz riski mütləq nəzərə alınmalıdır.
Talus (ayaq biləyi sümüyü)
Ortopedik konsultasiya və kompyuter tomoqrafiya hər zaman talus sınıqları zamanı tövsiyə edilir.
Xüsusilə sınıq dislokasiyası hallarında, talusun boyun və ya əsasının yerdəyişmiş sınıqları zamanı hətta yerdəyişmə minimal olsa belə erkən reduksiya və vint fiksasiyası tələb edilir.
Talus səthinin geniş bir hissəsi artikulyar səthdən ibarət olur və buna görə də sümüyün qan təchizatı zəif olur. Bu səbəblə də sümük birləşməsi yavaş baş verir və talus sümüyündə avaskulyar nekroz riski yüksək olur.
Qoruyucu çəki daşıyıcısı və gips vasitəsilə immobilizasiya sınığın növündən asılı olur; adətən 8-16 həftə. Təkrari klinik müayinələrin aparılması 6-12 ay müddətinə uzadılmalıdır və xəstə mütləq mümkün ağırlaşmalar barəsində məlumatlandırılmalıdır.
Daban sümüyü (lat. Calcaneus)
Adətən müəyyən hündürlükdən yıxılma zamanı müşahidə edilir və əmək qabiliyyəti olan kişilər arasında geniş yayılmış olur.
Aşağı ətraflarda və bel bölgəsində əlaqəli xəsarətlərin olma ehtimalı diqqətdən qaçırılmamalıdır.
Ayağın arxa hissəsində adətən aşırı şişkinlik və suluqlanma müşahidə edilir.
Sadə rentgenoqrammaya əlavə olaraq xəstə, kompyuter tomoqrafiya və mütəxəssis konsultasiyasına yönləndirilməlidir.
Xüsusilə daban sümüyünün posterior hissəsindəki avulsion sınıqlar zamanı dərinin nekroz təhlükəsi mövcud olur və buna görə də xəstə təxirəsalınmadan mütəxəssis baxışına yönləndirilməlidir.
Konservativ müalicə və cərrahi yolla təkrari müayinənin hər ikisi funksional olmalıdır məs. topuq dərhal immobilizasiya edilməlidir, lakin hissəvi çəki daşıyıcısına ən azı 6-12 həftəlik icazə verilir.
Bununla birlikdə diabetiklərdə və müalicəyə tam əməl edə bilməyən xəstələrdə gips tətbiq edilməlidir. Axilles vətərinin yerləşdirilməsi zamanı baş verən həqiqi avulsion sınıqlar zamanı gips tətbiq edilir.
Təcrübədə ümumi sağalma müddəti ən azı altı ay olur və 1-2 il keçməmiş yekun nəticəni qiymətləndirmək mümkün olmur.