Aşıq-baldır oynağı bağlarının gərilməsi
EBM Klinik protokolları
11.05.2017 • Sonuncu dəyişiklik 11.05.2017
JukkaRistiniemi
Əsas məqamlar
- Zədələnmənin ən çox rast gəlinən yeri ön aşıq-incik (anterior talofibular - FTA) bağıdır.
- Simptomlara zədələnmə yerində ağrı, şişkinlik və hematoma daxildir.
- Rentgen müayinəsi "Ottava aşıq-baldır oynağı qaydaları" ilə müvafiq surətdə aparılmalıdır.
- Müalicə konservativdir (funksional müalicə: qısa müddətli immobilizasiya + fiziki çalışmalar); təkrarlanan gərilmələrdə seçilmiş pasiyentlər üçün cərrahiyyə nəzərdə tutula bilər.
- Pasiyentlərin demək olar ki, yarısında xroniki problemlərin olması gözlənilir və ilkin müalicə planlaşdırılan zaman bu nəzərə alınmalıdır.
Prevalentlik (yayılma)
- Aşıq-baldır oynağı bağlarının gərilmə zədələnməsi ən çox rast gəlinən əzələ-sümük zədələnməsidir.
- Bu travma fiziki çalışma ilə əlaqəli zədələnmələrin 20-30%-ni təşkil edir.
- Bütün basketbol zədələnmələrinin demək olar ki, yarısı və furbol zədələnmələrinin üçdə biri aşıq-baldır oynağı bağlarının gərilmələridir.
Meyl yaradan amillər
- Anamnezdə aşıq-baldır oynağı bağlarının gərilməsinin olması
- Baldır əzələlərinin gərginliyi"?>
- İncik əzələlərinin zəifliyi/parezi"?>
Zədələnmə mexanizmləri və patoloji anatomiya
- Ayaqaltı bükülmə və inversiya
- Zədələnmənin ən çox rast gəlinən yeri ön aşıq-incik (anterior talofibular - FTA) bağıdır.
- Daban-incik (calcaneofibular -FC) bağı həmişə digər bağ zədələnmələri ilə birlikdə olmaqla halların 10-20%-də zədələnir.
- Arxa aşıq-incik (posterior talofibular - FTP) bağı yalnız aşıq-baldır oynağının çıxığı ilə əlaqədə zədələnir.
Kliniki tapıntılar
- Lateral malleolusdan öndə və aşağıda şişikinlik və hematoma
- Ağır dərəcəli gərilmələrdə şişkinlik bütün aşıq-baldır oynağı nahiyəsində, o cümlədən, iç tərəfdə görünür.
- Aşıq-baldır oynağı bağlarının gərilməsi deformasiya ilə əlaqəli deyil.
- Ağrı və şişkinlik hərəkəti məhdudlşadıracaq.
Kliniki sınaqlar
- Deformasiyalar
- Toxunuşa həssaslıq
- Şişkinlik
- Siyirmə sınağı
- İnversiya sınağı
- Müayinə edən şəxs bir əlini aşıq-baldır oynağından yuxarıda qoyub digər əli ilə dabanı içəri tərəfə çevirir.
- Bağ zədələnmələri üçün sınaqlar
- Sıxma sınağında qamış və incik sümüklərinin aşağı hissələri birlikdə əllə sıxılır: ön qamış-incik (anterior tibiofibular -TFA) bağı nahiyəsində ağrı distal sindesmoz zədələnməsini göstərir.
- Bayır rotasiya sınağı: müayinə edən şəxs baldırın aşağı hissəsini bir əli ilə tutur və aşığın bayıra rotasiya edilməsinin mümkünlüyünü yoxlamaq üçün digər əli ilə ayağa bayır rotasiya tətbiq edir. Ön qamış-incik bağı nahiyəsində qeyri-stabillik və ağrı sindesmoz zədələnməsini göstərir.
Differensial diaqnoz
- Sindesmoz zədələnməsi
- İncik saxlayıcı bağ (peroneal retinaculum) zədələnməsi
- İncik vətərləri lateral malleolus üzərində subluksasiya olaraq bayır topuğun arxasında ağrıya səbəb olur.
- Daban vətərinin (Axil vətəri) zədələnməsi
- Aşıqaltı (aşıq-daban) oynağın çıxığı
- Ayaq çıxığı/sınığı
- Aşıq sümüyünün bayır çıxnıtısının sınığı (snoubordçular)
Aşıq-baldır oynağının radioqrafiyası üçün göstərişlər
- "Ottava aşıq-baldır oynağı qaydaları": əgər sadalananlardan ən azı biri varsa, radioqrafiyaya göstəriş vardır:"?>
- dörd addım belə atmaqda çətinlik və ya mümkün olmaması
- qamış sümüyündə distal 6 sm məsafədə bayır və ya iç malleolusun arxasında palpasiya zamanı həssaslıq
- qayığabənzər sümüyün iç kənarında və ya beşinci ayaq darağı sümüyünün əsasında palpasiya zamanı həssaslıq
- Daha gec mərhələdə (zədələnmədən 6 həftə sonra) kilidlənmə hissi və ya oynağın davamlı şişkinliyi aşıq sümüyünün qığırdaq zədələnməsi ilə bağlı ola bilər. KT və ya MRT müayinəsinə göstəriş ola bilər.
Müalicə
- Aşıq-baldır oynağı bağlarının gərilməsinin müalicəsi konservativdir .
Barker HB, Beynnon BD, Renström PA. Ankle injury risk factors in sports. Sports Med 1997 Feb;23(2):69-74. Hartsell HD, Spaulding SJ. Eccentric/concentric ratios at selected velocities for the invertor and evertor muscles of the chronically unstable ankle. Br J Sports Med 1999 Aug;33(4):255-8. Stiell IG, McKnight RD, Greenberg GH, McDowell I, Nair RC, Wells GA, Johns C, Worthington JR. Implementation of the Ottawa ankle rules. JAMA 1994 Mar 16;271(11):827-32. Karlsson J, Lundin O, Lind K, Styf J. Early mobilization versus immobilization after ankle ligament stabilization. Scand J Med Sci Sports 1999 Oct;9(5):299-303. Mattacola CG, Lloyd JW. Effects of a 6-Week Strength and Proprioception Training Program on Measures of Dynamic Balance: A Single-Case Design. J Athl Train 1997 Apr;32(2):127-135.