Həkim aşıq-baldır oynağında stabil və qeyri - stabil sınıqları diferensasiya etməyə qabil olmalı, müalicəni müvafiq surətdə planlaşdırmalıdır.
Anlayışlar
Bu mövzuda "aşıq - baldır oynağı sınığı” termini topuqların burulma hərəkəti nəticəsində yaranan sınıqlarına (həmçinin, yüksək incik sümüyü sınıqları) istinad edir.
Üç "topuq" sahəsi: bayır, iç və arxa üçbucaq (qamış sümyünün arxa kənarının sınığı/arxa qamış - incik bağının birləşmə yerindən qopmuş sınıq)
Aşıq-baldır oynağının stabil sınıqları aşıq sümüyünün qamış sümüyünün oynaq səthindən çıxığı olmadan topuq sınıqlarıdır.
Anatomiya
Bədənin ağırlığı iç və bayır topuqlar arasındakı sahədə ("yuva"-da) paz şəklində möhkəm yerləşən aşıq sümüyünə ötürülür.
Sindesmoz bağları: ön qamış - incik bağı və arxa qamış -i ncik bağı, sindesmoz bağı, sümükarası zar
Aşıq sümüyünün xarici rotasiyasının qarşısını alan ən vacib struktur deltayabənzər bağın dərin hissəsidir.
Bayır kollateral bağlar aşıq-baldır oynağında inversiyanın (yerdəyişmənin) qarşısını alır.
Təsnifat və travma mexanizmi
AO ("Arbeitsgemeinshaft für Osteosynthesefragen" - "Osteosintez sualları üzrə İşçi qrup") təsnifatı
A. Aşıq-baldır oynağından aşağıda bayır topuğun köndələn sınığı (nadir)
B. Bayır topuğun aşıq - baldır oynağından başlayaraq yuxarıya, arxa tərəfə getməsi ilə qeyd edilən spiralşəkilli sınığı (ən çox rast gəlinən tip: 70–80%)
Ayağın supinasiyası və aşıq sümüyünün xarici rotasiyası
C. ”Yüksək incik sümüyü sınığı” (15–20%): incik sümüyünün aşıq - baldır oynağından yuxarıda başlayan sınığı
Ayağın pronasiyası (aşıq - baldır oynağının abduksiyası) və adətən aşıq sümüyünün xarici rotasiyası
Daha sonra A, B və C tipləri oynağın medial hissəsinin zədələnmə dərəcəsindən asılı olaraq subkateqoriyalara ayrılır.
Kliniki diaqnoz
Zədələnmənin mexanizmi
Aşıq-baldır oynağında burulma, məsələn, sürüşdükdə
Pasiyent travma mexanizminin dəqiq təsvirini həmişə verə bilmir.
Vizual baxış
Aşıq-baldır oynağında çıxıq var? Deformasiya
Şişkinlik, hematomalar və onların lokalizasiyası
Palpasiya
Həm bayır, həm də iç tərəfdə palpator həssaslıq var ?
Stabilliyin yoxlanması: aşıq sümüyü topuqlar arasındakı "yuva"-da yerində qalıb?
Bütün həssas sahələrin yerini təyin etmək üçün bütöv baldırı palpasiya edin.
Yüksək incik sümüyü sınığı və sindesmoz zədələnməsinin mümkünlyünü yadda saxlayın.
Sindesmoz zədələnməsi eyni zamanda sınıq olmadan baş verə bilər.
Rentgeneoloji diaqnoz
Rentgenoqrafiya üçün göstərişlər: Ottava aşıq-baldır oynağı qaydalarına baxın