Baş, bədən və ətraflara dair toxuma qüsurları, hər yaşdan olan insanlarda plastik cərrahiyyə vasitəsiylə müalicə olunur.
Göstərişlər
Bu xəstəliklərin müalicəsində plastik cərrahiyyə prosedurları tələb edilə bilər
Xərçəng
Dəri xərçəngi
Üz və baş nahiyəsinin digər xərçəngləri
Yumşaq toxuma sarkoması
Süd vəzi xərçəngi
Süd vəzinin qoruyucu cərrahiyyəsində, süd vəzinin forma və simmetriyasının qorunmasına yönəlmiş prosedurlardan istifadə edilir (onkoplastik cərrahiyyə).
Müalicənin əksinə tam mastektomiya tələb edən süd vəzinin şişləri, süd vəzinin dərhal rekanstruksiyası ilə gedən dərini mühafizə edən əməliyyat vasitəsiylə kənarlaşdırıla bilər.
Süd vəzi xərçənginə genetik meyillilik.
Ailə tarixçəsi və müəyyən olunmuş gen, profilaktik mastektomiya və təcili süd vəzi rekonstruksiyası üçün göstəriş ola bilər.
Həm kişilərdə, həm də qadınlarda rekonstruktiv əməliyyat tələb edən genital və perineal sahənin xərçəngi.
Xroniki yaralar
Aşağı ətrafların xorası (dermatoloqlarla əməkdaşlıq)
Ayağın işemik xorası (damar cərrahları ilə əməkdaşlıq)
Qarın divarında geniş həcmli anomaliyalar və yırtıqlar
Çətin sağalan əməliyyat yaraları (əsas cərrahla əməkdaşlıq)
Cinsiyyətin dəyişdirilməsi əməliyyatları
Çəki itirmə əməliyyatlarından sonra yumşaq toxumanın korreksiyası əməliyyatı
Simptomlara səbəb olan böyük süd vəziləri
Süd vəzi asimmetriyası
Ginekomastiya
Yumşaq toxumanın zədələnməsinə səbəb olan xəstəliklər
Çapıq, cızıq bərpası
Təcili yardım
Plastik cərrahiyyədə təcili xidmətlərin göstərilməsi ilə bağlı yerli təlimatlara və göstərişlərə nəzər yetirin.
Estetik cərrahiyyə
İnsan bədənində normal dəyişikliklərin aparılması üçün tətbiq olunan cərrahi əməliyyatlar
Əsasən özəl klinikalarda həyata keçirilən tamamən estetik yönümlü cərrahi əməliyyatlar.
Təcili müdaxilə gərəkdirən estetik əməliyyat ağırlaşmaları (qanaxma, tromboz, infeksiya) lazım olduqda ictimai xəstəxanalarda müalicə edilə bilər. Bu qaydalardakı dəyişikliklər, hər ölkədə fərqli ola bilər.
Xəstəliklər və yaralanmalar kontekstində və həmçinin funksional dəyişikliklərə səbəb olan vəziyyətlərdə estetik cərrahiyyə sahəsinə dair prosedurlar, dövlət sektorlarında da həyata keçirilə bilər (üz dartılması, blefaroplastika, liposaksiya, lazer terapiyası, süd vəzini böyütmə əməliyyatı, abdominoplastika).