Çiyin nahiyəsi zədələnmələri və ya döş qəfəsi sahəsində cərrahiyyə ilə ön dişli əzələnin mümkün parezinin əlaqəli olması yadda saxlanılmalıdır.
Əlavə sinirin cərrahi müdaxilə ilə bağlı zədələnməsi asanlıqla tanınmalı və bərpa edilməlidir.
Çiyin nahiyəsi zədələnmələri və ya cərrahiyyəsi ilə ön dişli əzələnin mümkün parezinin əlaqəli olması yadda saxlanılmalıdır.
Etiologiya
Döş qəfəsinin uzun sinirinin zədələnməsinə görə ön dişli əzələnin parezi. Bu sinir ən çox hallarda qəflətən aşağıya ani hərəkət, ifrat ağır yüklənmə (məsələn, daşıma), cərrahi müdaxilələr (məsələn, süd vəzisi cərrahiyyəsi), anesteziya altında dartılma cəlb olunmaqla çiyin zədələnmələrindən və ya nevritlə zədələnir.
Əlavə sinir boyunda limfa düyünü rezeksiyası, biopsiya və ya cərrahi müdaxilələrlə əlaqəli, yaxud tikiş və ya çapıqla kompressiyadan zədələndikdə trapesiyayabənzər əzələnin iflici baş verə bilər.
Simptomlar
Çiyin və kürək nahiyəsində olub yuxarı ətrafa irradiasiya edə bilən ağrı
Ön dişli əzələnin parezində ağrı həmçinin, döş qəfəsi üzərində və qoltuqaltı çüxurda yerləşə biər.
Yuxarı ətrafın üfüqi səviyyədən yuxarı qaldırılması çətinləşib.
Daha sonra isə kürək sümüyünün qeyri - stabilliyinə görə çiyin hərəkətlərində ağrı yaranacaq.
Diaqnoz
Ön dişli əzələnin parezində kürək sümüyünün qanad şəklini alması yuxarı ətrafın müqavimətə qarşı önə qaldırılmasında və pasiyent hər iki əli ilə divara qarşı itələdikdə (iki tərəf arasında asimmetriyaya diqqət edin!) müşahidə olunur; şəkillər
Əlavə sinirin parezində kürək sümüyü, xüsusilə yuxarı ətrafın abduksiyasına müqavimət göstərildikdə qanad şəklini alır və əzələ atrofiyasına görə bütöv çiyin bir neçə sm (asimmetriya!) aşağı düşür.
Mümkün şişi aşkar etmək üçün boyun, qoltuqaltı çuxurlar və döş qəfəsi palpasiya olunur.
Əgər ehtiyac varsa döş qəfəsinin rentgen müayinəsi aparılır.
Diaqnoz ENMQ (elektroneyromioqrafiya) müayinəsi ilə təsdiqlənir.
Müalicə
Ön dişli əzələnin parezi
Çiynin ani qəfil hərəkətinin cəlb olunması ilə baş verən zədələnmələrdən sonrakı parez 2 il ərzində qismən və ya tamamilə azala bilər.
Yuxarı ətrafın önə hərəkətdə istifadəsini asanlaşdırmaq və dartılmadan ağrını yüngülləşdirmək üçün ağır parezdə şina tətbiq edilir.
Əgər qanadabənzər kürək dəyişməzdirsə və simptomlar narahat edicidirsə 2 ildən sonra əzələ transplantasiyası cərrahiyyəsi nəzərdə tutula bilər.
Əlavə sinirin parezi
Sinir zədələnməsi əhəmiyyətli dərəcədə funksional pisləşməyə səbəb olduğu üçün spontan bərpaya bel bağlanılmamalıdır. Ən uzağı 6 ay ərzində sinir cərrahi tədqiq edilməli və aşkar edilən defekt bərpa olunmalıdır.