Lateral və medial dirsək epikondiliti
EBM Klinik protokolları
09.08.2018 • Sonuncu dəyişiklik 16.05.2017
HelenaLiira
Əsas məqamlar
Əlamətlər və simptomlar
- Pasient, xüsusilə, said açılmış vəziyyətdə olmaqla nəyisə sıxdıqda tipik olaraq epikondilus ətrafında lokallaşan ağrıdan şikayətlənir.
- Said açılmış vəziyyətdə olmaqla müqavimətli izometrik sınaq aparılmalıdır. Biləyin açılma (lateral epikondilit) və bükülmə (medial epikondilit) hərəkətlərinə müqavimət göstərilir. Vətərin yerləşdiyi sahədə olan ağrı sınağın müsbət olduğunu göstərir.
- Həmçinin, funksional qabiliyyət göstəriciləri rolunu da oynadıqları üçün, əlin sıxma gücünün ölçülməsi və sıxma zamanı ağrı da diaqnostika üçün istifadə oluna bilər. Hansı əlin dominant olması sıxma gücünə təsir edir; əllər arasında sıxma gücünə görə 10%-dək fərq normaldır.
Diaqnostik meyarlar
- Lateral epikondilit
- Biləkdə açılma hərəkətinə müqavimət lateral epikondilusda ağrıya səbəb olur və
- epikondilus palpasiyaya həssaslıdır.
- Medial epikondilit
- Biləyin bükülmə hərəkəti medial epikondilusda ağrıya səbəb olur və
- epikondilus palpasiyaya həssaslıdır.
Differensial diaqnoz
- Saiddə lokal gərginlik (dartılma-gərilmə) simptomları və tendinitlər
- Dirsək oynağının artrozu və ulnar şırım sindromu (kubital tunel sindromu)
- Bazu kələfindən və ya onurğa beyninin boyun şöbəsi sinir kökcükləri sahələrindən qaynaqlanan proksimal problemlər (məsələn, disk yırtığı və sinir kökcüyünün kompressiyası)
- Mil sinirinin dərin hərəki şaxəsinin sinir pərçimlənmə kompressiyası (Frohse sindromu) nadirdir və barmaqların açılmasının zəifliyi ilə əlaqəlidir.
- ENMQ (elektroneyromioqrafiya) müayinəsi bəzi hallarda differensial diaqnoz üçün zəruridir.
Shiri R, Viikari-Juntura E, Varonen H, Heliövaara M. Prevalence and determinants of lateral and medial epicondylitis: a population study. Am J Epidemiol 2006 Dec 1;164(11):1065-74. Paoloni JA, Appleyard RC, Nelson J, Murrell GA. Topical nitric oxide application in the treatment of chronic extensor tendinosis at the elbow: a randomized, double-blinded, placebo-controlled clinical trial. Am J Sports Med 2003 Nov-Dec;31(6):915-20. Wong SM, Hui AC, Tong PY, Poon DW, Yu E, Wong LK. Treatment of lateral epicondylitis with botulinum toxin: a randomized, double-blind, placebo-controlled trial. Ann Intern Med 2005 Dec 6;143(11):793-7. ,Krogh TP, Bartels EM, Ellingsen T et al. Comparative effectiveness of injection therapies in lateral epicondylitis: a systematic review and network meta-analysis of randomized controlled trials. Am J Sports Med 2013;41(6):1435-46.