İnquinal sahədəki lateral femoral kutanoz sinir kökünə əsasən, orta yaşlı artıqçəkili insanlarda rast gəlinir.
Simptomlara çanağın ön və yan tərəfində keyləşmə, paresteziya və yanma hissi daxildir, bu simptomlar isə çanağı hərəkət etdirdikdə daha da kəskinləşir.
Diaqnoz klinikdir; Yalnız xüsusi hallarda, cihazların köməyi ilə diaqnostik müayinələrin edilməsi lazım gəlir.
Öz-özünə bərpa prosesinə yüksək meyillilik
Etiologiya
Sinir kökünün olduğu hissədə inquinal liqamentin altında, onurğanın iliak hissəsinin yuxarı ön tərəfində təxminən 2 sm ölçüdə olan və olduqca nadir hallarda meydana gələn mononevropatiya.
İnsanların 30% -dən çoxunda sinirlər qeyri-normal formada olur.
Qalın geyindikdə və ya həddən çox yükləndikdə, simptomlar daha da pisləşə bilər.
Bəzən proksimal zədələnmə də (L2 sinir kökü) bu tibbi problemə səbəb ola bilər. Etioloji faktorlar isə demək olar ki, müəyyən edilmir.
İkitərəfli ola bilər.
Diaqnoz
Dizin bükülmüş vəziyyətdə olması və çanağın çox açılması ağrıları daha da artırır. Çanaqda sinir kökünün sıxılması bir yerdən başlayaraq yayılan ağrıya səbəb olur. Kliniki baxımdan motor əlamətləri müşahidə olunmur.
Sinir köklərinin sıxılmasını, "Ayağın düz qaldırılması" testi (Lasegue`s test) vasitəsilə, osteoartrit səbəbindən hərəkətdə məhdudiyyətləri isə budun hərəkətini yoxlamaq üçün həyata keçirilən müayinə vasitəsilə aşkar etmək olar.
Kəskin simptomların müşahidə olunduğu xəstələrdə zəruri hallarda elektronevrofizioloji testlərdən istifadə edilə bilər; lakin artıqçəkili xəstələrdə isə diaqnoz nəticəsinin müəyyən edilməsi çətin ola bilər.
Diaqnostik lokal sinir bloku
Differensial diaqnoz
Trokanterik bursit
Dördbaşlı əzələnin giriş hissəsində ağrı
Lumbar onurğada radikulyar simptomlar (L3)
Neyropatiya (uzunmüddətli meralgiya, eyni zamanda neyropatik ağrıya səbəb ola bilər)