Aşağı ətrafların zədələnməsindən və ağır fiziki gərginlikdən sonra xəstə, zədələnmiş nahiyyədə hətta passiv gərginlik zamanı artan atipik ağrı hiss edərsə, kompartment sindromundan şübhələnmək lazımdır.
Kəskin xarakterli sindromlardam kifayət qədər tez bir zamanda şübhələndikdə əzələlər, təcili olaraq aparılmış cərrahi əməliyyatın köməkliyi ilə xilas edilə bilər.
Diaqnoz əksər hallarda klinik müayinə nəticəsində qoyulur və xəstənin tipik anmnezinə və əldə edilmiş qeyri-spesifik məlumatlara əsaslanır.
Mexanizm
Sindromlar zədəyə məruz qalmış kompartmentin əzələsində qanın sirkulyasiyasının pozulmasına səbəb olan təzyiqin, fassiya ilə əhatə olunmuş əzələ kompartmentinin daxilində artdığı nəticəsində inkişaf edir.
Kəskin kompartment sindrom, adətən travma nəticəsində yaranır.
Müalicə edilmədikdə vəziyyət, bilavasitə kompartmentdə əzələ və sinir zədələnməsinə, daha sonra isə əzələ kontrakturasına və aşağı ətrafların funksiyasının daimi pozulmasına səbəb ola bilər.
Xroniki kompartment sindrom, əksər hallarda idman fəaliyyəti ilə əlaqədar yaranır; belə ki, artmış əzələ kütləsi kompartmentdaxili təzyiqi artıraraq ağrının yaranmasına səbəb olur.
Etiologiya
Sınıqlar və onların müalicəsi məqsədiylə həyata keçirilən tədbirlər (gips, dartma, manipulyasiya, intramedulyar mil)
Ən çox hallarda qamış (tibial) sümüyü diafizinin sınıqları və ya qolun aşağı hissəsinin distal sınıqları
Yüksək təzyiqli travmalar və sümüyün xırda hissələrə parçalanması riski artırır.
Sindrom əsasən aşağı ətrafın ön kompartment hissəsində (ön tibial sindrom) və qolun aşağı hissəsinin bükücü (fleksor) kompartmentində meydana gəlir.
Aşağı ətraflara bilavasitə zərbə və kontuziya ilə müşahidə edilən sınıqsız zədələnmələr
Aşağı ətrafların və ya sağrının uzun müddət ərzində məruz qaldığı kompressiya (məs., huşun itməsi, ağır intoksikasiya və bu kimi hallarda uzun müddət uzanıq qalaraq bədən çəkisinin təzyiqinə məruz qalma)
Yanıqlar
Damar zədələri (əsasən də, dizaltı arteriya və ya venanın sınıqlarla müşaiyət olunan zədələnmələri)
Aşağı ətraflara tətbiq edilən vaskulyar cərrahi müdaxilələr
Kəskin simptomlar və müayinə nəticələri
Ağrı
Travmanın xarakterindən asılı olaraq, əksər hallarda qeyri-mütənasib bir şəkildə təsadüf edilən kəskin ağrılar
Əzələnin passiv açılması (lat. extension) zamanı müşahidə edilən ağrı
Hissiyatın itdiyi nahiyyənin aşkarlanması, zədələnmiş əzələ kompartmentinin müəyyən edilməsinə yardımçı ola bilər.
Periferik nahiyyələrdə nəbzin itməsi, nadir hallarda və əgər olarsa, əksər hallarda daha sonrakı mərhələlərdə müşahidə edilir.
Klinik simptomlar qeyri-spesifik olur, lakin onların olmaması əsaslı bir şəkildə kompartment sindromunun olmadığına işarə edir.
Kompartmentdaxili təzyiqin ölçülməsi diaqnozun qoyulması üçün mütləq deyildir, lakin qiymətləndirmənin aparılmasına xəstənin vəziyyəti mane olarsa, məs., xəstənin huşu özündə olmazsa və kəskin mərhələdə olan sindromların müalicəsi müayinələrin aparılması üçün təxirə salına bilməzsə, bu müayinə üsulundan istifadə edilə bilər. Əgər kompartmentdaxili təzyiq 30 mm c.s.-dan yuxarıdırsa və ya diastolik qan təzyiqi ilə əzələ kompartmentinin daxilindəki təzyiq (delta təzyiq) arasındakı fərq 30 mm c.d.-dan azdırsa (yəni kompartmentdaxili təzyiq, diastolik qan təzyiqinə yaxınlaşarsa), kəskin əzələ kompartment sindromu ehtimalı yüksəkdir.
Müalicə
Kəskin əzələ kompartment sindromu, təcili fassiotomiya üsulu ilə müalicə edilir.
Əməliyyat, ola biləcək ağırlaşmaları minimuma endirmək məqsədiylə, zədənin baş verməsindən sonrakı bir neçə saat ərzində həyata keçirilməlidir.
Kifayət qədər uzun bir dəri kəsiyi vasitəsilə aparılan açıq cərrahi əməliyyat; sinirin yatrogen zədələnməsindən qaçınılmalıdır.
Fassiotomiya kəsikləri dəri transplantasiyası və/və ya fleplerin istifadə edilməsi ehtimalını nəzərə alaraq açıq saxlanıla və daha sonra bağlana bilər.
Xroniki kompartment sindrom
Xroniki ön qamış (tibial) sindrom aşağı ətrafın ön lateral hissəsində müşahidə edilən ağrı ilə xarakterizə olunur.
Ön qamış əzələ kompartmenti boyunca palpasiya zamanı müşahidə edilən həssaslıq, travmatik sınıqlar zamanı müşahidə edilən həssaslıqla müqayisədə daha geniş sahəyə yayılır.
Müalicə istirahətdən, gərginliyin məhdudlaşdırılmasından və iltihab əleyhinə analgetiklərin tətbiqindən ibarətdir. Əgər şiddətli ağrılar aylarla davam edərsə, uzun fassiotomiya həyata keçirilə bilər.
Həmçinin idman zədələrinə və onların qarşısının necə alınmasına da nəzər yetirin.
Həm də ” kimi adlandırılır;shin splints” (medial tibial sindrom) bir əzələ kompartmenti sindromu xüsusiyyətlərinə malikdir. "?>