Daban ağrısının səbəbləri adətən, ağrıların yeri, klinik tapıntılar və xəstənin vəziyyəti (şəkil) ilə əlaqədar olaraq, bir-birindən fərqli ola bilər.
Nadir hallarda, oynaqda iltihab xəstəliyi (fəqərə xəstəliyi) ilə əlaqədar simptomların olduğuna dair şübhə varsa və ya diaqnoz dəqiq deyilsə, rentgen müayinəsi edilə və ya qan analizi götürülə bilər.
Etiologiya
Plantar aponevrozun (daban fassiyası) degenerasiyası böyüklərdə daban ağrısının ən ümumi səbəbidir.
Digər səbəblərə, məsələn, revmatik xəstəliklər və ya fəqərə xəstəliyi, bursit, nevropatiya, Aşil dabanında vətər problemləri və ayağa uyğun olmayan və dar ayaqqabının geyinilməsi, həddindən artıq sərt zəmində gəzmək səbəbindən dabanda yaranan iltihablanma, kalsaneal kürədəki ağrı, sınıqlar (stres və ya osteoporotik sınıqlar), daxildir.
Daban ağrısının ən ümumi səbəbi (80% hallarda) əsasən gənclərdə ayaq səthini gücə salaraq qaçmaq və ya idmanla məşğul olmaq və digər orta-yaş insanlarda isə uzunmüddət ayaqüstə durmağı tələb edən iş şəraitidir.
Adətən, gərginlik, bəzən isə iltihablı revmatizm xəstəliyi səbəb olur.
Ayağı yalnış mövqedə tutmaq və ayağın sıxılması qüsurlu fasit dövranına səbəb ola bilər.
Eyni zamanda, artıq çəki də qüsurlu fasit dövranı riskini artırır.
Simptom və tapıntılar
Ağrı, adətən, yataqdan qalxdıqdan dərhal sonra baş verir. Ayaqüstə dayanmaq və ya gəzmək ağrını daha da pisləşdirə bilər.
Gün ərzində ağrı azala, gecə isə ayaqdakı gərginlik artdıqca yenidən pisləşə bilər.
Əl ilə müayinə edilə bilən hissə, dabanda birləşdirici toxumanın daxilində, daban vətərinin altında yerləşir.
Diaqnoz
Səciyyəvi simptomlar və klinik müayinə ümumiyyətlə diaqnoz qoymaq üçün kifayətdir.
Ayaqda anomaliyalar, ayaq dabanı bağının hündürlüyü, dəridə zədələnmə
Windlass testi: ayaq biləyini 90 dərəcə bucaq altında saxlayaraq, ilk və ya bütün sümük darağı-falanqa oynaqlarını passiv şəkildə uzatmaq. Əgər oynaqları uzadan zaman damarda birləşdirici toxumada ağrı yaranırsa, deməli, nəticə müsbətdir.
Simptomlar uzun müddət davam edərsə və ya diaqnoz dəqiq deyilsə, rentgen müayinəsi edilə bilər. Simptomatik xəstələrin yarısında rentgen müayinəsində daban şpurları müşahidə olunur. Birləşdirici toxumada bu cür şporların yaranması çox vaxt asimptomatik insanlarda da müşahidə olunur (15-25%).
Xəstələrin az bir hissəsində fəqərə xəstəliyi müşahidə olunur. Əgər xəstədə səhər yuxudan oyanarkən yorğunluq, omba və bel hissəsində ağrı və ətraflarda vətər sıxılması aşkar olunursa, bu zaman oynaqlar müayinə edilməli və EÇS və CRP-in yoxlanılması üçün qan analizləri götürülməlidir.
Müalicə
Artıqçəkili xəstələr arıqlamağa çalışmalıdır.
Ayaqları gücə salan iş şəraitindən yayınmalı və daha yüngül şəraitli işlərdə çalışmalısınız, qaçış və tullanma kimi vərdişlərə ara verməlisiniz.
Gecə pəncələri 90 ° bucaq altında saxlayan və daban fassiyasını dartan sarğılardan istifadə etməlisiniz. Hazır şəkildə əldə edə biləcəyiniz gecə sarğıları mağazalarda köməkçi vasitələr qismində mövcuddur.
Ayaqqabının içərisinə qoyulmuş silikon tamamlayıcılar, fərdi dəstəkverici ayaqqabı içlikləri, həmçinin, soyuq və isti sarğılardan istifadə edilə bilər. Eyni zamanda ayaq pəncə üçün kifayət qədər dəstəyi təmin edən uyğun ayaqqabılardan (çox da alçaq dabanlı olmayan) faydalanmaq mümkündür, ayaq yalın gəzmək olmaz.
Pəncə və baldır əzələlərinin dartılması və gücləndirilməsi
Dabanda birləşdirici toxumanı dartmaq üçün oturaq vəziyyətdə bir ayağın pəncəsi digər dizin üzərinə qaldırılır və ayaq barmaqları passiv şəkildə bükülür.
Gündə üç dəfə heç bir addım atmadan öncə yuxudan oyanan kimi 10 dartma hərəkəti edilməlidir.
Daban hissəsinin sarılması
Ayaqqabının içindəki silikon içlik, normal ayaqqabı içlikləri, gecə istifadə olunan ortoz, həmçinin, soyuq və isti kompreslərdən istifadə oluna bilər. "?>
Analgetiklər (parasetamol, topikal və ya ağızdan qəbul olunan antiinflamatuar dərmanlar) köməkçi müalicə qismində istifadə olunur.
Dabanda birləşdirici toxumada ağrı olduqda, dabanın orta hissəsindən, 2.5-3 sm dərinliyə qlükokortikoid / lokal anestetik inyeksiyalar yeridilə bilər. Lazım olduqda, inyeksiyalar 3 həftəlik fasilələrlə maksimum 2 - 3 dəfə təkrarlana bilər. Daban şpurlarında degenerasiya mənfi təsir kimi müşahidə oluna bilər. Bu zaman dərman həmin şpurlar istisna olmaqla, daha dərinə yeridilməlidir. İnyeksiyanın uzunmüddətli olaraq faydalı olacağı dəqiq fakt deyildir.
Yuxarıdakı vasitələr təsirsiz olduqda, şok dalğası və ya botulin terapiyası tətbiq edilə bilər. "?>
Müalicənin də təsir göstərmədiyi kəskin ağrılar zamanı əməliyyat tətbiq oluna bilər, ancaq əməliyyatdan sonrakı nəticə o qədər də xoşagələn olmaya bilər və müəyyən ağırlaşmalar müşahidə oluna bilər.
Daban şpurlarında ağrı
Ağrı, daban fassiyasındakı ağrıdan daha gec başlayır.
Müalicə müvəqqəti olaraq, çəki itirilməsi, dabanlıq və ya sarğıdan istifdə edilməsindən ibarətdir.
Eyni zamanda dabanda bursitin yaranması da ağrıya səbəb ola bilər. Ultrasəs müayinə olmadan ağrının bu səbəbini digər səbəblərindən ayırmaq çətindir.
Müalicə üçün qlükokortikoid / lokal anestetik inyeksiyadan istifadə edilə bilər (video).
Sinir sıxılması (arxa qamış siniri)
Yayılan ağrı: ağrı pəncənin və ayaq biləyinin orta hissəsində yaranır, sıxılma isə mərkəzi hissədəki aşıq sümüyü çıxıntısında baş verir.
Daban sümüyündə valqus əyriliyi olan zaman və yastıdabanlılıq zamanı baş verir.
Elektroneyromioqrafiya vasitəsilə qoyulan diaqnoz nəticəsiz hesab olunur.
Topuq sümüyündə gərginlik nəticəsində yaranan sınıq
Hərbi xidmət zamanı gərgin qaçış və ya yürümə məşqləri nəticəsində baş verir.
Bəzən hamilə qadınlarda müşahidə olunur.
Topuq sümüyü yan təzyiqə qarşı həssasdır.
Simptomların ilk görülməsindən təxminən üç həftə ərzində rentgen müayinəsi ilə sümük sıxlığında skleroza səbəb olacaq dərəcədə artımın olduğu müşahidə edilə bilər.
Daban sümüyü apofizi (Sever xəstəliyi)
Ən çox gənc oğlanlarda rast gəlinir. (8-12 yaş)
Adətən şişkinliyin toxunduqda belə hiss olunduğu ağrıyan hissə Axilles vətərində müşahidə olunur. Ümumiyyətlə rentgen müayinəsinə isə ehtiyac duyulmur.