Halluks Valqus
EBM Klinik protokolları
31.07.2018 • Sonuncu dəyişiklik 24.07.2017
Editors
Əsas məqamlar
- Ayaqların biomexanik funksiyasını və funksional pozğunluğunu klinik və lazım gəldikdə, radioloji müayinələrlə qiymətləndirin.
- Müalicə klinik və ya radioloji nəticələrdən deyil, simptomlardan (ağrı və funksional pozğunluq) asılı olaraq təyin edilir.
İzah
- Bunion və ya halluks valqus, baş barmağın digər ayaq barmaqlarına tərəf yer dəyişdirdiyi bir vəziyyətdir.
Halluks abduktovalqus
-
- Halluks valqus bucağının artması (ilk ayaq darağı sümüyü və baş barmağın proksimal falanqa sümüyü arasında). 15 ° -dən aşağı bir bucaq göstəricisi normal hesab olunur.
- Baş barmaq içəri doğru əyilmişdir.
- Bunion: İlk ayaq darağı sümüyünün distal ucunun medial eksostozu.
- Ayaq darağı sümükləri arasında bucaq artımı (birinci və ikinci ayaq darağı sümüyü arasındakı bucaq) adətən, yuxarıdakı deformasiyalarla əlaqələndirilir. 10 ° -dən az ölçülü bucaq normal hesab olunur.A bunion or hallux valgus is a condition in which the big toe is turned towards the other toes.
Epidemiologiya və Etiologiya
• 30 yaşdan yuxarı insanların təxminən 30% -də rast gəlinən ümumi xəstəlik
• Halluks Valqus yerimə zamanı təkan ayağı yerə basanda ilk ayaq darağı sümüyündə oynaq funksiyasının pozulması ilə əlaqədardır.
• Yaranan problemə:
o Eyni zamada barmağın qeyri-normal şəkildə içə bükülməsi də səbəb ola bilər: Ayağı yerə basan zaman daban tağının həddindən artıq elastikliyi
o Qeyri-normal supinasiya: aşıq sümüyü oynağında supinasiya səviyyəsinin artması.
• İrsi faktorlar halluk valqusa meyilliliyi artırır. "?>
• Risk faktorlarına qadınlarda genetik meyillilik və artıqçəkililik daxildir.
• Dar, yüksək dabanlı ayaqqabılar, ümumiyyətlə bu vəziyyətin daha da kəskinləşməsinə səbəb olur, lakin bununla bağlı hər hansı araşdırma sübutları yoxdur.
• İltihabi artropatiyalar vəziyyətə meyilliliyi artıra bilər.
Simptomlar
- Funksional qüsur
- İlk metatarsal-falanqa oynağı ağrılı və qeyri-sabit olur.
- Mexaniki qüsur
- Medial ekstostozdakı sürtünmə metatarsal-falanqa oynağında iltihaba səbəb olur (bursit).
- Kosmetik zərər (əməliyyatlıq deyil)
- Ayaqdakı funksional pozğunluq, adətən, ikinci dərəcəli simptomlar və dəyişikliklərə səbəb olur: Fiziki fəaliyyət zamanı ayaqda, ayaq biləyində və ya pəncədə ağrı, yara, II-IV ayaq darağı sümüklərin distal uclarında daban dərisinin lokal olaraq qalınlaşması.
Müayinə
- Xəstə ayaqları yalın və ayaq üstə, oturmuş vəziyyətdə və ya beli üstə uzanıqlı halda müayinə edilir.
- Müayinə zamanı ağır bişr şeyin qaldırılması ilə halluks valqus deformasiyası yoxlanılır. İlk ayaq darağı sümüyündə Valqus əyriliyi və baş barmaqda pronasiyanın müşahidəsi mümkündür.
- İlk ayaq darağı sümüyü oynağının qeyri-normal vəziyyətinin, hərəkət səviyyəsinin və hərəkət zamanı ağrının səviyyəsi nəzərə alınmalıdır. İkinci barmağın beşinci barmağa doğru əyilməsi adətən, qeyri-sabit daban tağının əlaməti olaraq görülür.
- Dəridə sərtləşmə və ya yaralar müşahidə oluna bilər.
- Passiv ayaq biləyi fleksiyasının müayinəsi zamanı xəstə ayaqlarını boş, dizlərini isə düz və bükülü vəziyyətdə saxlayır, eyni zamanda daban tağına isə dəstək göstərilir.
- Gəzdikdə isə 90 ° bucaq altında ayaq biləyinin 10 °-lik fleksiyası və dizin düz saxlanması normal hərəkət göstəricisi kimi qəbul olunur.
- Rentgen müayinəsi
- Simptomlar davamlı olaraq müşahidə olunursa və ya əməliyyat önəmli hesab olunursa, bu zaman Halluks valqusun nə dərəcədə kəskin olduğu qiymətləndirilir.
- Ancaq əməliyyat qərarı rentgen müayinəsinə deyil, simptomlara əsaslanmalıdır.
- Rentgen müayinəsi zamanı, lazım olduqda ayaq biləyinin AP və lateral görüntüsü ilə bərabər ayaq biləyinin AP görüntüsünə baxıla bilər.
- Ayağın AP görüntüsündə ilk metatarsal sümüyün medializasiyasına diqqət yetirilməlidir; lateral sesamoid formalı sümük daraq sümüyünün yan tərəfindən görüntülənir. Bu da halluks valqus və daraq sümükləri arasındakı bucağın ölçüsündə artım ilə əlaqələndirilir.
- Sümüklərdə Osteoartrit, eroziya və çıxıntı varsa, mütləq şəkildə qeyd olunmalıdır
Müalicə
- Müalicənin məqsədi ağrıları azaltmaq və yerdəyişmələri, eyni zamanda ayaqda hərəkət pozğunluqlarını aradan qaldırmaqdır.
- Konservativ müalicə
- Konservativ müalicəyə adətən, yüngül hallarda və əməliyyat barədə qərar vermədən öncə baş vurmaq lazımdır. Bununla birlikdə, konservativ üsulların faydalarına dair çox az sübut mövcuddur.
- Kifayət qədər geniş və alçaq dabanlı ayaqqabılar geyinilməlidir. Qalın dabanlı və ön tərəfi yuvarlaq olan ayaqqabılar da yoxlanıla bilər.
- Ortoz
- Baş barmaq üçün dəstək
- Baldır əzələlərinin uzadılması üçün fiziki məşqlər
- Xəstədə problemli hissə birinci metatarsal-falanqa oynağıdırsa və təqib zamanı və ya konservativ terapiya ilə aradan qaldırılmadığı təqdirdə əməliyyat təyin olunur.
- Yüngül və ya orta dərəcəli hallarda, ən çox istifadə edilən üsul Chevron proseduru, yəni ilk metatarsal sümüyün distal transpozisiya osteotomiyasıdır.
- Digər cərrahi üsullara Akin osteotomiyası və dəyişdirilmiş Lapidus proseduru daxildir.
- Degenerativ dəyişikliklər və kəskin deformasiya ilə əlaqədar olaraq ilk metatarsal oynaqda süni ankiloz yaratma proseduru, yəni halluks valqus müalicəsində istifadə olunan funksional üsuldan istifadə geniş yayılmışdır. Uğursuz halluks valqus əməliyyatının (əvvəlki Keller proseduru) aradan qaldırmaq üçün və sərt baş barmağının müalicəsi üçün də bu üsul tövsiyə olunur.
- Keller proseduru travmatik əks təsirləri səbəbindən artıq istifadə edilmir.
Əlavə müalicələr
- Əməliyyatdan sonra sağalma müddəti adətən, 3- 6 həftə olur.
- Əlavə müalicələrin edilməsi həyata keçirilən prosedurdan asılıdır. Osteotomiyadan sonra 4-6 həftə ərzində baş barmaq üçün sarğıdan və ya xüsusi halluks dəstəyindən barmağın yerinə bərkidilməsi üçün istifadə olunur. Tikişlər açıldıqdan sonra baş barmaq üçün artıq fiziki məşqlər başladılır. İlk həftələrdə xəstə ağırlığını ayağın yan tərəfinə salmalıdır.
- Xəstə bilməlidir ki, əməliyyatdan sonra belə, ayaq barmaqlarını sıxan ayaqqabı geyinməmək lazımdır. Metatarsal-falanqa oynaq bucağının 10-25 ° aralığında olması normaldır.