Aşağı ətrafların amputasiyası: postoperativ müalicə və reabilitasiya
EBM Klinik protokolları
22.05.2018 • Sonuncu dəyişiklik 25.07.2017
TimoPohjolainen
MikaMäättänen
Əsaslar
Ağrının tənzimlənməsi, venalarda trombozun qarşısının alınması və güdüldə yaranan şişkinliyin azaldılması, kəskin fazanın əsas məqsədlərindən hesab edilir.
Fizioterapiyaya, onun prosedurlarına bədənin tab gətirə biləcəyi zaman, optimal funksional gücün və hərəkətliliyin bərpa edilməsi məqsədi ilə ən qısa zaman daxilində başlanılmalıdır.
Planları, reabilitasiya, adaptasiya proseslərini və avadanlıqları xəstənin evinə uyğunlaşdıraraq təşkil etmək lazımdır.
Əməliyyatdan dərhal sonra aparılan müalicə
Ağrının adekvat bir şəkildə tənzimlənməsi
Venalarda trombozun profilaktikası (dərman müalicəsi və fizioterapiya)
Dərindən nəfəsalma məşqləri, xüsusilə də yaşlı xəstələr üçün (məs, "üfləmə şüşəsi" alətindən istifadə etmək)
Xəstə, bunlardan uzaq durmalıdır:
çanaq və dizlərə, bükülmə pozisiyasında durmaqla dəstək vermək
uzun müddət eyni pozisiyada oturmaq və ətrafların ödeminə səbəb ola biləcək digər pozisiyaları almaq.
Yataqda olarkən xəstə, lateral və üzüaşağı pozisiyada mümkün qədər çox uzanmalıdır ( oynaqların genişlənməsini təşviq edir).
Şişkinliyi azaltmaq məqsədi ilə kompressiv bandajlardan və ya elastik corablardan istifadə etməyə mümkün qədər tez başlanılmalıdır. Vakuum sarğı taxtası da ödemin qarşısını alır. Onun tətbiqini əməliyyat otağındaca həyata keçirtmək olar.
Güdülün yüngül təzyiqlərə tab gətirə biləcəyi zaman güdül formalı bandajlardan istifadə edilməlidir; bandajın sarılmasını proksimal istiqamətdə apardıqda mümkün qədər az təzyiq tətbiq olunmalıdır.
Silikon bandajlara uyğunlaşmaq mərhələsinə güdülün sağalması prosesinin daha yaxşı və normal bir şəkildə baş verməsi halında ən tez əməliyyatdan 5 - 10 gün sonra başlanıla bilər. Silikon bandajlardan istifadə müddəti tədricən uzadılır; bantlamanın aparılması yanaşı olaraq davam edir.
Güdül, travmaya qarşı qorunmalıdır; qanaxmalar yaranın sağalmasını gecikdirəcəkdir.
Yardımçı şəxs, ətrafı amputasiya olunmuş şəxsə müxtəlif məsələlərdə kömək edə bilər.
Məşqlər
Məşqlərə mümkün qədər tez başlanılmalı və gün ərzində bir neçə dəfə həyata keçirilməlidir.
Gündə 1 - 2 dəfə olmaqla aparılan qalıq kənarın məşqləri; oynağın uzadılması xüsusi olaraq vacibdir.
Yan və üzüaşağı pozada uzanaraq güdül yavaşca 10 -12 dəfə gərilir və geriyə doğru uzadılır.
Ayaq üstə duraraq güdül 10 - 12 dəfə olmaqla mümkün qədər geriyə doğru uzadılır.
Dizlərin uzadılması məşqləri ayaq üstdə, oturaq və uzanıqlı vəziyyətdə 10 - 12 dəfə olmaqla həyata keçirilir.
Digər ətraf və həmçinin gövdə də məşq etdirilməlidir.
Ayaqda durmağa kömək edəcək məşqlərlə yanaşı ayaq üstə duraraq aparılan məşqlər də mövcuddur.
Balans və koordinasiya təlimləri.
Protezin quraşdırılması
Silikon protezlərin uyğunlaşdırılması prosesi xəstənin protezi geyinə bilməsi üçün ətrafın lazım olan yuvaya yerləşdirilməsindən sonra ödemin çəkilməsinə qədər davam etdirilməlidir.
Protezin uyğunluğu və yerləşdirilmə müddəti fərdi olaraq qiymətləndirilir. Xəstəyə özəl olaraq hazırlanmış silikon protezləri əməliyyatdan 3 həftə sonra əldə etmək mümkündür.
Protezlər, təlimatlara uyğun istifadə edilməlidir və istifadə müddəti tədricən uzadılmalıdır.
Köməkçi cihazlar hərəkət qabiliyyətinə əsasən seçilir, başlanğıcda adətən rollator, daha sonra isə iki qoltuq altlı dəyənək, bir qoltuq altlı dəyənək və çəlik.
Evdə lazımı dəyişikliklərin və köməkçi cihazlara olan ehtiyacın qiymətləndirilməsi üçün fizioterapevtin və peşə terapevtinin xəstənin evini ziyarət etməsinə ehtiyac vardır.
Protezin quraşdırılması təxirə salınarsa, ayaq üstə durma və yerimə məşqləri, erkən yürüyüş məşqləri vasitəsiylə həyata keçirilə bilər.
İzləmə və ağrı profilaktikası
Amputasiyadan öncə müvafiq analgeziyadan istifadə edilməlidir.
Çəkinin tənzimlənməsi vacibdir.
Güdülün ağırlıq daşıma qabiliyyəti və protezlərin uyğunluğu nəzərdən keçirilməlidir.
Kompressiv sarğılardan, dəstəkləyici corablardan və silikon protezlərdən ödemin yaranmasının qarşısının alınması tədbiri kimi istifadə edilə bilər.
Müvafiq analgeziya
Xəstə, dövlət fondlarının və ya sığortanın ödədiyi müxtəif reabilitasiya proqramlarına cəlb edilə bilər.