Vaskulit
EBM Klinik protokolları
01.08.2017 • Sonuncu dəyişiklik 01.08.2017
TomPettersson
Ümumi məlumat
- Xəstədə sistematik simptomlar və ya işemik orqan zədələri olduqda vaskülit olma ehtimalı nəzərə alınmalıdır.
Xülasə
- Vaskulitidlər qan damarlarının iltihabı və zədələnməsi ilə xarakterizə olunan nadir və heterogen bir klinik sindromdur. Damarların zədələnməsi damar lümeninin daralmasına, tromboz, işemiya, anevrizma və ya qanaxmaya səbəb ola bilər.
- Bu, ciddi lakin müalicə edilən xəstəlikdir
- Müxtəlif kliniki nəticələrə görə diaqnoz qoyulması gecikə bilər.
- Zərər görmüş qan damarlarının ölçü və lokalizasiyasə kliniki nəticəni müəyyən edir.
Vaskulitin simptom və əlamətləri
- Qızdırma və çəki itkisi
- Palpasiya edilə bilən purpura, retikulyar livedo, dəridə yara və dəri nekrozu
- Mialgiya, miozit, artralgiua, artrit
- Çoxsaylı menevrit, insult
- Epistaksis, sinüzit, hemoptizis, pnevmonit, astma
- Miyokard infarktı, hipertansiyon, bəzən meydana gələn klaudikasiya, zəif periferik nəbz
- Abdominal ağrı, melena
- Qlomerulonefrit
- Yüksək EÇS, yüksək CRZ dəyəri, anemiya, leykositoz, trombositoz, proteinuriya, hematuriya, nüvə əleyhinə sitoplazmatik anticismlər (NƏSA)
Vaskulitidin təsnifatı
Geniş damar vaskuliti
- Temporal arterit (nəhəng hüceyrə arteriti)
- Takayasu arteriti
Orta ölçülü damar vaskuliti
- Poliarterit nodoza
- Poliangiitli (əvvəllər Vegener qranulomatozu kimi bilinirdi ) ilə mikroskopik poliangiit Qranulomatozu (əvvəllər Çarq-Straus sindromu kimi tanınan) Poliangiitli eozinofilik qranulomatoz
- Kavasaki xəstəliyi
Kiçik damar vaskuliti
- Əsasən, Asiyalı gənc qadınlarda yayılmışdır. Aorta və onun şaxələrini zədələyir.
- İlkin mərhələlərində, halsızlıq, artralgiya (oynaq ağrıları), mialgiya kimi qeyri-spesifik simptomlar meydan gəlir. EÇS və CRZ konsentrasıya artır.
- Arteriyaların daralması əlamətləri meydana gəlir.
- Yuxarı ətraflarda nəbz zəifləyir və qan təzyiqini ölçmək çətin olur.
- Mərkəzi sinir sistemi əlamətləri
- Diaqnostika arteriyal darlıq diaqnozu və angioqrafiya əsasında müəyyənləşdirilir.
- Ciddi xəstəliklər adətən orta yaşlı kişilərə təsir göstərir.
- Ümumi simptomlar: qızdırma, çəki itkisi, hallsızlıq
- Adətən antralgiya mialgiya meydana gəlir .
- Qusma, ishal və abdominal ağrı kimi mədə-bağırsaq simptomları xəstələrinin təxminən yarısında görülür. Hematemiz, melena və bağırsaq pereforasiyası baş verə bilər.
- Koronar arteriya xəstələrin 70%-də yaranır.
- Hematuriya, proteinuriya, böyrək çatışmazlığı və hipertansiyon kimi təzahür edən böyrək xəstəlikləri
- Çoxsaylı mononevrit nevroloji əlamətlərdən biridir və xəstələrin yarıdında və ya daha çoxunda yaranır.
- Xəstələrin 10%-də serebral hemorragiya yaranır.
- Episklerit, uveit və torlu göz qışası hemorragiyası kimi göz problemlrəi ola bilər.
- Ekzanetm və purpura kimi dəri problemləri xəstələrin 30%-də meydana gəlir.
- EÇS və CRZ səviyyəsi artır. Anemiya, neytrofilik leykositoz, trombositoz, proteinuriya, hematuriya və artan kreatinin konsentrasiya görülə bilir.
- Xəstəliyin ənənəvi formasında nüvə eleyhinə sitoplazmatik anti-cismlərə rast gəlinmir.
- Hepatit B səthi antigeni və anticismi xəstələrin 15%-dən çoxunda aşkar edilmişdir.
- Diaqnostika kliniki görüntü və biopsiya və ya arterioqrafiya ilə müyyən edilmiş vaskulit əsasında müəyyən edilir.
- Xəstələrdə qızdırma, çəki itkisi və sinüzit və burun qanaxması kimi yuxarı tənəffüs yolları simptomları olur.
- Episklerit, konjunktivit və artrit və ya artralgiya ola bilər.
- Xəstəlik müddətində irinli və ya qanlı bəlğəm olan öskürək olur.
- Böyrəklə bağlı simptomlar da ola bilər və bunlar yüngül fokal seqmental qlomerulonefritdən sürətlə inkişaf edən kreskentik qlomerulonefritə qədər dəyişir.
- Dəridəki əlamətlərə isə palpasiya edilə bilən purpura, dərialtı düyünlər və dəri xoralar daxildir.
- Periferik sinir sisteminə xas simptomlardan biri çoxsaylı mononevritdir.
- Adi lakin çox nadir hallarda rast gəlinən simptomlardan biri də, proptozdur, bu zaman göz yuvasının öz orbitindən çıxmasıdır.
- Burunda septal perforasiya və ya deformasiya kimi lezyonlar əmələ gələ bilər.
- Traxeya və bronxda obstruktiv iltihab baş verə bilər.
- EÇS və CRZ konsentrasiya artır.
- Anemiya, neytrofilik leykokitoz və trombokitoz olur.
- Sidik testi qlomerulonefrit olduğunu göstərir.
- c-NƏS/PR3-anticismləri poliangitli qranulomatoza xas əlamətdir. Bu anticismlərin müəyyənləşdirilməsi diaqnoz qoymağa və müalicənin daha erkən başlamasına şərait yaradır.
- Diaqnoz kliniki görüntü, NƏSA və biopsiya nəticələri əsasında qoyulur.
- Burun mukozası və ya ağciyər biopsiyası vaskulit və qranulomatoz iltihabı olduğunu göstərə bilər.
- Böyrək biopsiyasının histoloji müayinəsi fokal seqmental nekrotizləşdirici qlomerulonefriti göstərir.
- Qranulomatoz ehtimalı az olan hallarda NƏSA testi istifadə edilməməlidir.
- Baxın.
- İgE vaskulit(Henox–Şenleyn purpurası; şəkillər ) əsasən uşaqlarda olur, lakin böyüklərdə də ola bilər.
- Xəstələrin 90 %-də yuxarı tənəffüs yollarının infeksiyası 1-3 həftə ərzində vaskulit simptomları olacağını göstərir.
- Artralgiya, artrit, abdominal ağrı, melana, hematemiz və hematuriya aşkarlana bilər.
- Həftə ərzində kortəbii remissiya olur, lakin pisləşmələr baş verə bilər.
- Nadir hallarda, xronik qlomerulonefrit baş verir.
- Diaqnoz kliniki görüntü əsasında qoyulur. Dərin biopsiyası damar divarlarında çökən İqA-li leykokitoklastik vaskuliti göstərir. Serum İqA konsentrasiya yükək olmağa meyllidir.
- İnfeksiya, birləşdirici toxuma xəstəlikləri, limfopreliferativ xəstəlik və ya qaraciyər xəstəliyi ola bilər.
- Bunların əksəriyyətinə Hepatit C virusu səbəb olur. Bu hallardan çox az hissəsinə Hepatit B virusu səbəb olur və bəziləri zəruri formalardır.
- Qarışıq krioqlobulində immun vaskulitinin xüsusiyyətləri var.
- Ümumi simptomlar: yorğunluq, halsızlıq
- Demək olar ki, bütün xəstələrdə dəri əlamətləri olur: purpura, Raynaud sindromu, dəri nekrozu, ayaq xoraları.
- Digər əlamətlərə artralgiya, proteynuriya, hematuriya, böyrək çatışmazlığı, yüksək təzyiq, hepatomegaliya, mono və ya polinevropatiya və abdominal ağrı daxildir.
- Artan EÇS səviyyəsi, yüksək revmatoid faktoru və komplementin aşağı konsentrasiyası (xüsusilə C4).
- Septikemiya, endokardit, Laym xəstəliyi, miliar vərəm kimi infeksiya xəstəlikləri
- Birləşdirici toxumanın sistem xəstəlikləri
- Bədxassəli şişlərlə bağlı vaskulit
- Dərman vasitələri ilə bağlı vaskulit
- Damar divarı xəstəlikləri, məs.arterioskleroz, Buerger xəstəliyi, amiloidoz, kalsifilaksis, C Vitamini çatışmazlığı (iskorbit)
- Ateromatoz xolesterol emboliyası, endokardit, mikotik anevrizma, atriyal miksoma kimi emboliyalar.
- DDL, TTP, HUS və antifosfolipid sindromu kimi qan laxtalanması xəstəlikləri
- Vasospastik hallar məs. narkotik istifadəsi, feokromositoma
- Hipereosinofiliya sindromu, hipervizkosit sindromu
Müalicə qaydaları
Müvafiq mənbələr
- Koxran icmalı
- Kliniki qaydalar
- Digər internet mənbələri
- Ədəbiyyat
Jennette JC, Falk RJ, Bacon PA et al. 2012 revised International Chapel Hill Consensus Conference Nomenclature of Vasculitides. Arthritis Rheum 2013;65(1):1-11.