Ahıl yaşlı şəxslərin funksional imkanlarını və sağlamlıqlarını mümkün olan uzun müddət ərzində saxlamaq və yaxşılaşdırmaq lazımdır.
Ahıl yaşında olan şəxslər ev şəraitində nə qədər çox saxlanılarlarsa, insitutional müəssiəyə göndərilmə bir o qədər təxirə salına bilər.
Həyat keyfiyyəti təmin edilməli və təhlükəsiz yaşanma təmin edilməlidir.
Sosial əlaqələr möhkəmləndirilməlidir.
Ahıllara mümkün olan xidmətlər və normal qocalma prosesi haqqında məlumatlar verilməlidir.
Ölüm hallarının azalmasına nail olmaq lazımdır (azaldılır).
Müxtəlif cür sağlamlıq problemləri və digər problemləri olan ahıl şəxslərin hərtərəfli heriatrik qiymətləndirməsi üçün çox vacib bir vasitədən, Yaxud Tam Herirartrik Qiymətləndirmə-dən (Comprehensive Geriatric Assessment –CGA) istifadə edilir.
Əsas qaydalar
Fiziki cəhətdən nisbətən sağlam olan ahıl şəxslərin (72-78 yaş) heriaritriya sahəsində kifayət qədər bilik və bacarıqları olan tibbi işçiləri tərəfindən, ev şəraitində hərtərəfli olaraq profilaktik baxışlardan keçiriliməsinin, o cümlədən, il ərzində bir neçə (> 4) nəzarət baxışlarının həyata keçirillməsinin effektliliyi inandırıcı dəlillərlə çox yaxşı sübut edilmişdir. "?>
Ahıllar arasında aparılan aşağıdakı profilaktik müdaxilələrin effektliliyi sübut edilmişdir: döş vəzisinin xərçənginin olmasına görə müayinə aparılması, siqaretdən imtina edilməsi, hipertenziyanın müalicəsi, fiziki hazırlıq məşqlərinin miqdarının artırılması, peyvəndlər və yıxılma travmalarının profilaktikası.
Ayrı-ayrı hallarda pasiyentlərin sağlamlıq mərkəzinə müraciətləri zamanı onların tibb işçiləri (sahə tibb bacısı, həkim) tərəfindən skrininq edilmələri faydalı ola bilər. Bu cür yanaşma ilkin səhiyyə xidməti səviyyəsində daha asandır. Belə skrininqlər hər hansı bir tibb işçisi tərəfindən, lazım olduqda isə həkim-terapevet tərəfindən daha ətraflı müayinə edilməklə həyata keçirilə bilər. Hədəf kimi seçilməyin ahıllar arasında aparılan skrininqinə dair məlumatlar ziddiyyətlidirlər, baxmayaraq ki, əksər hallarda skrininq nəticəsi olaraq, hələ əvvələr diaqnostika edilməmiş müxtəlif xəstəliklər aşkar edilir.
Yalnız elə xəstəliklər və əlilliyə gətirib çıxaran patoloji hallar axtarılmalıdır ki, onların effektiv mealicəsi vardır və onlar ahıl yaşlılarda baş verir.
Şəxsi məsuliyyət altında olan pasiyentlərin skrininqi
Daha ətraflı qiymətləndirmə aparılmasını tələb edən yaşlı insanlar müəyyənləşdirilməlidir.
Xəstəliklərdən əlavə, funksional imkanlar: gəzə bilmək qabiliyyəti, kognitiv funksiyalar, gündəlik həyat fəaliyyətini təmin edə bilmək qabiliyyəti və zəifləmə sindromunun əlamətləri: çəki itkisi, sarkopeniya, hərəkəliyin azalması, hərəkət sürətinin və əzələ gücünün azalması üzərində daha çox dayanılır.
Funksional imkanların zəifləməsi, əksər hallarda hər hansı bir somatik xəstəliyin əlamətidr və ətraflı qiymətləndirmə aparılması üçün göstərişdir.
İlkin səhiyyə xidməti səviyyəsində aparılan skrininqin məzmunu
Həyata keçirilməsi mümkün ola bilən skrininq proqramlarının məzmunu ilə bağlı konsensus mövcud deyil, lakin aşağıdakı müayinə tədbirlərinin effektivliyinin elmi sübutları mövcuddur: barmaqla rektal müayinə aparılması, nəcisisdə qan olmasının yoxlanılması və sigmoidoskopiya(düz bağırsaq xərçəngini aşkar etmək üçün), qan təzyiqinin ölçülməsi, mammografiya və s.
Həmçinin aşağıdakı tədbirlər təklif edilmişdir:
Fiziki hazırlıq məşqləri və onların dəyişkənliyi;
Qidalanma statusunun MQQ (Mini Qidalanma Qiymətləndirməsi / MNA-Mini Nutritional Assessment) anketi ilə araşdırılması, dəyişikliklər qeydə alınır.
Gündəlik həyat fəaliyyətinin səciyyəsi GHFM-Gündəlik həyat fəaliyyətinin məzmunu (ingliscə Activities of Daily Living-ADL) və GHİF-Gündəlik Hayatda Instrumental Fəaliyyət (İngliscə-Instrumental Activities of Daily Living-IADL): alış-veriş, maliyyə işləri, yemək hazırlamaq, telefondan istifadə.
eşitmə qabiliyyəti: anamnezi və ya qulaqdan 20 sm məsafədə edilən pıçıltının eşidilməsi;
əhval-ruhiyyə (depressiya testləri ilə yoxlanılır):
Zung testi -depressiyanın ağırlığını ölçmək üçün istifadə edilən fizioloji özünü qiymətləndirmə testidir (ingliscə- psychological self-rating test measuring depression severity).
HDT-Heriatrik depressiya testi (İngliscə-GDS- The Geriatric Depression Scale).
Depressiya şkalası testi (ingliscə-DEPS - The Depression Scale).
kognitiv funksiyasını yoxlamaq üçün test (MMSE və saat siferblatını şəkilinin çəkilməsi); (bax- тестирование для оценки когнитивной функции (краткая шкала оценки психического статуса (MMSE) и рисование циферблата; .
Denzitometriya vasitəsi ilə sümük sıxlığının ölçülməsi;
Stulda oturmaq və stuldan durmaq qbiliyyəti və gəzə bilmək qabiliyyəti (yıxılma riski olan və ya anamnezində əvvəllər yıxılma olan xəstələr).
Lakin, aşağıdakılar sübüt edilmişdir:
Heç bir simptomatikası olmayan ahıl şəxslərdə görmə qabiliyyətini skriniqi, onların görmə qabiliyyətini yaxşılaşdırmır.?! (cümlə orginalda mənasızdır)
səhiyyə işçiləri tərəfindən aparılan müayinələr nadir hallarda yeni problemlərin aşkarlanmasına səbəb olur və ahılların ümumi sağlamlıq vəziyyətlərini yaxşılaşdırmır; Skrininqi həyata keçirən şəxsin heriatrik təcrübəyə və ahıllarda olan risk faktorlarını arasında ən vacib problemləri müəyyənləşdirmək qabiliyyətinə malik olması vacibdir.
psixi xəstəliklərin (depressiya, narahatlıq) aşkarlanması üçün müntəzəm olaraq anket sorğusunun aparılması aşkarlama dərəcəsini artırmır və ya emosional pozğunluqların proqnozunu yaxşılaşdırmır
Yıxılma riskini azaltmağa yönəlmiş müdaxilələr, belə tədbirlərədən daha çox faydalanmaq qabiliyyətinə malik pasiyentlərə yönəldilməlidir. "
Prostat xərçənginin skrininqində prostatın palpasiyası və / və ya PSA-nın əhəmiyyəti barədə fikir yekdilliyi yoxdur.
Kimlər və hansı tezlikliklə skrininqə cəlb edilirlər?
Əgər nəticələr həkim tərəfindən aparılan faəliyyətlərə təsir edirsə, yuxarıda göstərilən skrininq tədbirlərinin və ya onlardan bəzilərinin 1 ildən 5 ilədək olan intervalla aparılması tövsiyə edilə bilər. Skrininqinqin nəticələri müalicə tədbirlərinin aparılmasına zəruri edirsə, belə müalicə tədbirlər sübutlara əsaslanan təbabəta uyğun aparılmalıdır və nəticələr müşahidə altında saxlanılmalıdır. Aparılmış tədqiqatlar ev şəraritində keçirilən profilaktik baxışların effektivliyini sübut edir.
Skrininq edilməsi üçün yuxarı yaş həddini təyin etmək çətindir; bununla birlikdə, 85 yaşdan yuxarı və simptomatikası olmayan insanların xəstəliklərə görə skrininq edilməsinin əhəmiyyəti şübhə altına alınmışdır. Sağlamlıq vəziyyətinin yoxlanılması, terapevtik müdaxilə tələb edən və müxtəlif risk faktoruna malik olan və (65-dən yuxarı) 72 ilə 78 yaşlı insanlar arasında aparılması daha faydalıdır.
Qocalma prosesinin ilə baş verməsini müəyyənləşdirmək faydalı ola bilər, lakin hazırda bu sahədə aparılmış ellmi araşdırmalar hələ də azdır.
Müxtəlif tipli müəssisələrdə (institusional qayğı müəssisələrində) yerləşdirilmiş ahıllarda diqqət yataq yaralarının, sidik buraxmanın və yıxılmaların qarşısını almağa və hərəkət etmə qabiliyyətini qorumağa yönəldilməlidir. Bu xəstələrdə illik laborator müayinələrın aparılması əsaslandırılmamışdır.