Psixotik xəstəlik, nümunə üçün şizofreniya və ya sayıqlama pozuntuları artıq gənc yaşda başlaya bilər.
Əgər şizofreniya orta və ya qoca yaşda başlayarsa "gecikmiş başlanğıclı şixofreniya" və ya "çox gec başlanğıclı şizofreniyayabənzər psixoz" termini istifadə olunur.
Psixotik simptomlar bir neçə üzvi və psixiatrik vəziyyətlərlə əlaqədar olaraq ortaya çıxa bilər.
Depressiya, mania və deliriy
Metabolik və endokrin pozuntular
Nevroloji xəstəliklər
Yaddaş xəstəlikləri
MSS infeksiyaları
Dərman, zəhərlənmə və dərmanın doza həddinin aşılması
Dərman müalicəsinə başladıqda yan təsirlərdən qaçmaq üçün ən aşağı effektiv doza tapılmalıdır.
Yayılması
Yaşlı əhali arasında şizofreniyanın yayılma tezliyi 1%-dir.
Sayıqlama yaşlıların 6%-də və həqiqi sayıqlama pozuntusu 0.5%-də tapıla bilər.
Huşun pozulmaları və yaddaş xəstəliklərində psixoza-bənzər simptomlar xəstələrin 30-50%-də tapılır.
Simptom təzahürləri
Şizofreniyada psixotik simptomlar tez-tez uzun müddət davam edir. Sayıqlamalar qəribə və müxtəlifdir. Hallüsinasiyalar əksər hallarda eşitmə hallüsinasiyalarıdır. Şizofrenik düüncə pozuntusuna əlavə olaraq yaşlı şəxs qəribə xarakterdə ola bilər və onun emosional həyatı düzlənmiş ola bilər.
Gecikmiş başlanğıclı şizofreniyada görmə, taktil və iybilmə hallüsinasiyaları ilə yanaşı təqib və təsir sayıqlamaları tez-tez rast gəlinir.
Sayıqlama pozuntusunda fikirlər təhrif olunur. Şəxs öz inanclarının düzgünlüyünə əmindir. Sayıqlamalar hərəkəti istiqamətləndirə bilər, yaşlı şəxs özünü sosial olaraq izolə edir və ətrafdakı insanlarla mübahisə edə (küsə bilər) bilər. Oğurlamaq, təcavüz və təsir sayıqlamaları tippikdir. Eşitmə hallüsinasiyaları da həmçinin tez-tez rast gəlinir.
Psixotik depressiyada xəstədə tez-tez qeyri-real fikir axını, günahkarlıq hissi və bədən funksiyaları ilə əlaqəli qəribə sayıqlamalar olur.
Maniakal psixozda xəstənin əhvalı yüksəlmiş və ya qıcıqlandırıcı olur. Davranış idarə olunmayan və həddindən artıq həyəcanlıdır.
Yaddaş xəstəliklərində simptomlara tez-tez oğurluq sayıqlamaları və görmə hallüsinasiyaları daxildir. Qısqanclıq sayıqlamaları da həmçinin ola bilər. Tanımada səhvlər tez-tez rast gəlinir. Psixotik simptomlar müvəqqətidir.
Klinik qiymətləndirmə
Anamnezin təsdiqlənməsi
Vəziyyətin başlanması və kursu: nə, psixotik simptomlara kim birinci diqqətyetirdi və nə üçün?
Hər hansı əvvəlki psixotik xəstəlik haqqında məlumat
Somatik xəstəliklər və onları müalicə etmək üçün dərmanlar; hazırki somatik simptomlar
Əgər bu mümkündürsə, xəstənin yaxınlarının və ya onun qayğısını çəkən şəxslərin vəziyyət haqqında düşüncələrini öyrənməsi haqqında xəstənin şəxsi təcrübəsi ilə tamamlanması faydalı olacaqdır. Yaşlı şəxslər kənar şəxslərə alçaldıcı hesab etdikləri məsələlər haqqında danışmağı lazım bilmirlər, lakin yaxınları onun təcrübəsi haqqında eşidə bilərlər.
Vəziyyəti obyektiv qiymətləndirdiyinizə əmin olun: yəni xəstə həqiqətən oğurluq qurbanı olubmu? Bu mövzunun əhəmiyyəti nə qədərdir?
Nə üçün qiymətləndirmə indi lazımdır? Vəziyyət necə dəyişmişdir?
Psixiatrik müayinə
Xəstə ilə əlaqə yaratmaq mümkündürmü? Xəstə vəziyyəti müzakirə edə bilirmi?
Fikirlərin məzmunu: Xəstə necə düşünür, o necə nəticəyə gəlir, o hadisə barədə öz düşüncəsinə sual verə bilirmi?
Müsahibə zamanı xəstədən danışdığı qeyri-real hadisəni necə hiss etdiyi və ya əsaslandırdığı barədə soruşa bilərsiniz.
Xəstə özünü təhlükədə hiss edirmi və o ətraf mühit üçün təhlükəlidirmi?
Koqnitiv funksiyaların qiymətləndirilməsi vacibdir: yaddaş və qavrama necə işləyir?
Əhval-ruhiyyə: xəstə depressiv, hərəkətli, qorxurmu, təşvişli, müdafiəli və ya aqressivdirmi? Onun intihar fikirləri varmı?
Funksional qabiliyyətinin səviyyəsi? Hər hansı dəyişiklik varmı?
Fizikal qiymətləndirmə
Psixoza səbəb əvvəllər qeyd olunmuş somatik xəstəlik və ya onun dərman müalicəsidirmi?
Xəstənin kəskin və ya müalicə olunmamış somatik xəstəliyi varmı?
Psixososial qiymətləndirmə
Xəstə baxımsız, çirkli və acdırmı?
Xəstənin yaşayış yeri normaldırmı?
Alkoqol və ya dərmanlarda sui-istifadəni düşündürən aləmətlər varmı?
Dəstək varmı? Ailə üzvləri və ya qonşular yorğun və yaxud ajitasiyalıdırlar?
Xəstə yardım əldə etmək istəyirmi (ev xidmətləri, evdə qulluq və s)?
Yardımın təcililiyinin qiymətləndirilməsi
Xəstə həyəcanlı, qorxu dolu, depressiv və yaxud ajitasiyalıdırmı?
Xəstə özünə müvafiq şəkildə yardım edə bilirmi?
Xəstə əməkdaşlıq edə bilirmi?
Xəstənin xəstəxanaya qəbulunu təsdiqləyəcək özünə və ətrafdakılara qarşı risk daşıyırmı? Xəstə təhlükə altında olduğunu hiss edərsə özü təklükəli ola bbilər. Güclü şübhəsivə ya qısqanclığı olan insan potenisal olaraq təhlükəlidir. Zədələnmiş yaddaşı olan şəxs aqressiv və hirsli ola bilər. Psixotik depressiya qeyri-real günahkarlıq hissinə görə özünə-zərərli davranışa səbəb ola bilər.
Psixozun diaqnostik alternativləri
Bələdliliyin itirilməsi və çaşqınlıq simptomlarının qəfil başlanması: səbəb deliriy ola bilər?
Psixotik simptomlar, dərman müalicəsi tələb edən orqanik xəstəlik: dərmanın təsirindən yaranmış psixoz?
Psixotik simptomlar, yaddaş pozuntuları və funksionallığın ümumi pozulması: yaddaş xəstəlikləri?
Psixi xəstəliyin uzunmüddətli tarixi, əlaqəsiz nitq, qəribə davranış: şizofreniya?
Dar çərçivədə əlaqələndirilmiş əlaqəli sayıqlama sistemi, lakin funksionallıq saxlanılmış, ciddi yaddaş pozuntusu yoxdur: sayıqlama pozuntusu və ya gecikmiş başlanğıclı şizofreniyayabənzər psixoz?
Depressiv əhval, ümidsizlik, boyun əymək, tez-tez somatik məzmunlu sayıqlamalar: depressiya.
Sevinc hissi olmayan hiperaktivlik və paranoid günahlandırma: yaşlılarda mania?
Etibatsızlıq və çəkinməyə uzunmüddəli meyllik, reallıq hissinin aşkar pozulmaması: paranoid tip şəxsiyyət pozuntusu
Tənha olmaqdan həzz alır, sosial əlaqələrdən qaçır, ətraf mühitlə diqqətəlayiq problemləri yoxdur, öz qayğısına qalır: psixiatrik diaqnoz yoxdur.
Menecment
Menecmentin təcili məqsədləri
Kəskin krizisin menecmenti və təcili müalicənin təmin edilməsi
Somatik vəziyyətin optimallaşdırılması; psixotik simptomların arxasında olan mümkün hər hansı altdayatan orqanik xəstəliyin müalicəsi
Xəstənin psixotik simptomlarına meyllilik yaradan hal-hazıırda istifadə olunan dərmanlara həqiqi ehtiyacın qiymətləndirilməsi
Fiziki vəziyyətin optimallaşdırılması
Təşviş və qorxunun aradan qaldırılması
Əgər yaşlı şəxs özünə və ya ətraf mühitə qarşı təhlükəlidirsə lazım olduqda məcburi psixiatrik müalicəyə müraciət edilir.
Menecmentin uzunmüddətli məqsədləri
Psixi əzabların azaldılması
Xəstənin etibarını yaratmaq və qoruyub saxlamaq və müalicəyə riayət edilməsi
Müalicəvi münasibətlərin yaranması üçün somatik simptomlar və somatik xəstəliyin müalicəsindən istifadə etmək məsləhətdir. Əlavə olaraq somatik xəstəliyin yaxşı menecmenti ilə dəstəklənir.
Əgər mümkündürsə simptomlara qarşı orta dərəcəli tolerantlıq.
Xəstəlik kimi təsnif oluna bilinməyən psixotik simptomlar. Hallüsinasiyalar və sayıqlamalar yaşlı şəxs üçün realdırlar. "Hörmətli" çıxışın axtarılması tez-tez məqsədəuyğundur.
İzolyasiyanın azaldılması
Ailənin dəstəklənməsi və xəstə ilə əlaqədə olan şəxslərə məlumatın verilməsi. Əgər ailədə xəstənin nəvə və ya nəticələri varsa, onların valideynləri ilə baba və ya nənənin simptomlarının uşaqlarla necə müzakirə olunmasında dəstək istəmələrini müzakirə etmək məsləhətdir.
Dəstəkləyici xidmətlər və psixoloji yardım təklif edilir. Əsas diqqət xəstənin gendəlik həyata uyğunlaşması olmalıdır.
Xəstə həm ona, həm də ətraf mühit üçün qəbul edilən fəaliyyət modellərinin seçilməsində istiqamətləndirilir və dəstəklənir.
Antipsixotik dərman müalicəsi
Dərman seçimi psixotik simptomlara səbəb olan psixi və ya fiziki vəziyyət nəzərə alınmaqla fərdi qiymətləndirməyə əsaslanmalıdır. Digər yanaşı gedən xəstəliklər və onların müalicəsi üçün istifadə olunan dərmanlar da həmçinin dərman seçiminə təsir edir.
Əgər xəstənin vəziyyəti təcili dərman müalicəsinin başlanmasını tələb etmirsə daha dəqiq klinik diaqnoz təyin edilənə qədər dərman müalicəsinin təxirə salınması məsləhətdir.
Antipsixotiklər yaşlı şəxslərdə sayıqlama pozuntusu və şizofrüeniyayabənzər psixozlarda ilkin seçimdir.
Dərman müalicəsi başlandıqda yan təsirlərdən qaçmaq üçün ən aşağı effektiv doza axtarılmalıdır. Dozalanma ümumi olaraq gənc xəstələrə nisbətən aşağıdır, hətta gənc yaşlarında xəstələnmiş yaşlı şəxslərdə dozanın 1/4 və ya 1/2-si qədər aşağı.
Dərmanın dozası gənc yaşda istifadə olunan dozanın 50% və ya daha aşağısı olmalıdır.
Gənc yaşlarında xəstələnmiş əksər xəstələr uzun illər antipsixotiklərin böyük dozalarını istifadə ediblər. Qoca yaşlarda dərman dozasınınazaldılması adətən lazımdır.
Antipsixotik dərmanlar adətən sabit zaman müddətindətəyin olunur. Dərman müalicəsinə ehtiyac müntəzəm fasilələrlə qiymətləndirilməlidir.
Klozapinin (50-400 mq/gün) ən effektiv antipsixotik dərman olması müşahidə olunmuşdur, lakin onun müntəzəm qan analizi ilə monitorinq və dərman müalicəsinin psixiatr (şizofreniya) və ya nevroloq (Parkinson xəstəliyi) nəzarəti altında başlanması tələbləri kimi məhdudiyyətləri vardır. Əks təqdirdə psixotik dərmanların effektivliyində fərqlər tapılmamışdır.
Psixotik xəstəliyin müalicəsində istifadə olunan digər antipsixotik dərmanlara risperidon (terapevtik doza 1–3 mg/gün), qvetiapin (200–600 mg/gün), olanzapin (10–20 mg/gün) və aripiprazol (15–30 mg/gün) daxildir.
Antipsixotik dərmanların uzunmüddətli inyeksion formaları öz xəstəlikləri barədə az məlumatlı olması səbəbilə dərman müalicəsini asanlıqla dayandıran psixotik xəstəliyi olan yaşlı şəxslər üçün praktik ola bilər.
Gec başlanğıclı şizofreniyayabənzər psixozu olan xəstələr müalicəyə cavabın yaxşı olmasına baxmayaraq dərman terapiyasında zəif tolerantlıq göstərirlər.
Demensiyası olan xəstələrdə psixotik simptomları müalicə edərkən dərman müalicəsinə göstərişlər xüsusi ehtiyatla qiymətləndirilməlidir. Dərman müalicəsi əsas olaraq sabit zaman müddəti üçün (məsələn çaksimum 3 aya qədər) planlaşdırılır, müalicəyə cavab diqqətlə monitorinq edilir və ehtiyatla dozalanır: risperidon 0.25-1 mq/gün, aripiprazol 5-10 mq/gün, kvetiapin 25-100-200 mq/gün və olanzapin 5 (-10) mq/gün, lakin bunların yaddaş pozuntularında davranış simptomları üçün rəsmi göstərişi yoxdur. Risperidon 0.25-1-2 mq/gün, Kvetiapin 12.5-25 mq 1-2 dəfə/gün, 75 mq gündə 2 dəfəyə qədər qaldırmaqla, olanzapin 2.5-5 mq/gün, haloperidol 0.5-2-4 mq/gün. Aripipprazol və ziprazidonla əlaqədar 65 yaşdan yuxarı onların müalicəsdə istifadəsinə dair tədqiqat sübutları hələ ki, yoxdur. Zəif antixolinergik effektlərinə görə onlar prinsipcə istifadə oluna bilərlər.
İnyeksion formalar xəstə psixotik olduqda və ya hirsli davrandıqda istifadə olunur: haloperidol 2.5-5 mq gündə 2-3 dəfəəzələdaxili, risperidon depot inyeksiyası 25 mq əzələdaxili effekti 2-3 həftə davam edir. Tipik antipsixotik olan haloperidol ajitasiya və bələdliliyin pozulmasını yaşlı xəstəni sedasiya etmədən aradan qaldırır. Psixoz üçün uzunmüddətli antipsixotiklər onların uyğunluğu qısamüddətli analoqlarının itifadəsilə təsdiq edillmədikcə başlanmamalıdır. Müalicə yaşlılarda antipsixotik dərman müalicəsində xüsusi təcrübəsi olan həkim tərəfindən təyin edilməlidir. Uzunmüddətli (depot) formalarla müalicə ən aşağı dozada oral formalarla başlanmalıdır. Hər inyeksiyadan sonra yan təsirləri qiymətləndirilməlidir. Gec-başlanğıclı şizofreniyayabənzər psixozlu xəstələr dərman müalicəsinə zəif tolerantlıq göstərirlər.
Yaşlılarda psixozun müalicəsində ilk növbədə ikinci-nəsil antipsixotiklər (risperidon, kvetiapin və olanzapin) istifadə olunur, çünki onların orta hesabla ənənəvi antipsixotiklərlə müqayisədə daha az yan təsirləri vardır. Yeni antipsixotiklərin təsirinin başlanması ənənəvi olanlara nisbətən daha yavaşdır. Əgər lazım olarsa ənənəvi haloperidol (0.5-2 mq/gün və ya 2.5-5 mq əzələdaxili) ajitasiyalı xəstəni sürətlə sakitləşdirə bilər.
Antipsixotiklərin xüsusi diqqət tələb edən yan təsirlərinə ekstrapiramid simptomlar, tardiv diskineziya, hipotoniya, EKQ-də QT intervalının uzanması və koqnitiv funksiyaların pisləşməsi ilə ortaya çıxan antixolinergik effektlər daxildir. Arzuolunmaz çəki artımı bəzən yaşlı şəxslərdə də problem ola bilər.
Atipik antipsixotiklər ən az ekstrapiramid simptomlar və koqnitiv funksiyaları azədələyən antixolinergik yan təsirlərə səbəb olur, lakin onların istifadəsilə assosiasiya olunan çəki artımı bəzən yaşlılarda həmçinin problem ola bilər.
Yadda saxlamaq lazımdır ki, antipsixotiklər yaddaş xəstəliyi olan şəxslərdə insult və ölüm riskini yüksəldir. Risk doza və istifadənin uzunluğundan asılıdır.
Əgər psixotik simptomlar depressiya səbəbindən yaranıbsa xəstə antipsixotik dərman və ya psixiatrik elektorekonvulsiv terapiyanın (EKT) antidepressantlarla kombinasiyası ilə müalicə olunur.
Menecment və müşahidə
Yerli səhiyyə mərkəzi və ya palata
Evdə yardım: həkimin evə baş çəkməsi, evdə yardımçı işçi, psixiatrik ambulator xidmətlərdən professional
Gündüz stasionarı
Psixiatrik xəstəxana: kəskin simptomlar və ya müalicə problemləri olan yaşlı xəstələrə təcili yardım
Psixogeriatrik xidmət evləri və ya şöbəsi
Psixiatrla nə zaman konsultasiya etməli?
Diaqnoz aşkar olmadıqda.
Xəstəxanada müalicə və ya məcburi psixiatrik yardım düşünüldükdə.