Tip 2 diabetdə müalicə və nəzarət

EBM Klinik protokolları
05.08.2017 • Sonuncu dəyişiklik 18.10.2017
HanneleYki-Järvinen

Qısa Referans

Əsaslar 

Hiperqlikemiyanın müalicəsi

Hiperqlikemiyanın müalicə pinsipləri

Əgər xəstə həmçinin ürək - damar xəstəliklərinə sahibdirsə bu, qeydə alınmalıdır.

Hipertenziyanın müalicəsi

Nefropatiyası olmayan xəstələrdə hipertenziyanın müalicəsi

  1. Həyat tərzinin modifikasiyası
    • Artıqçəkili xəstələrdə çəki itirmək, duz qəbulunu və həddsiz alkaqol tükətimini məhdudlaşdırmaq, tərəvəz, giləmeyvə və meyvə porsiyasını artırmaq, müntəzəm şəkildə fiziki aktivliklə məşqul olmaq, siqareti tərgitmək
    • Əgər BMI, 35 kg/m2-ı keçərsə diabet, bariatrik cərrahiyyə üçün xüsusi göstəriş hesab olunur.
  2. Dərman seçərkən digər xəstəliklər və dərman preparatlarının əks təsirləri nəzərə alınmalıdır.
  3. Zəruri hallarda digər dərman preparatları da müalicəyə əlavə edilməlidir, məs, aşağı dozalı diuretiklər və ya kalsium kanalı blokatorları.
  4. Zəruri hallarda, üçüncü dərman preparatını da əlavə edin, məs, diuretik + ACE inhibitoru +uzun təsirli dihidropiridin qrupu kalsium kanalı blokatorları və ya diuretik + selektiv beta - blokatoru + kalsium kanalı blokatoru.

Nefropatiyalı xəstələrdə hipertenziyanın müalicəsi

  1. ACE inhibitoru (kreatininin qalxması halında dozanı azaldın) və ya ARB, 1 - 2 həftədən sonra plazma kreatinin və kaliumun ölçülməsi. İlk 2 ay ərzində plazma kreatinin konsentrasiyası başlanğıc həddən 30 % -dan daha çox miqdarda qalxıbsa və ya xəstədə hiperkalemiya inkişaf edibsə (plazmada kalium > 5.6 mmol/l), ACE inhibitoru və ya ARB istifadəsi dayandırılmalıdır. Bu vəziyyətdə mütəxxəssis konsultasiyasına zərurət yaranır.
  2. Zəruri hallarda tiazid diuretikinin kiçik dozasını əlavə edin: Əgər eGFR < 30 ml/dəq/1.73 m2 və ya plazma kreatinin konsentrasiyası > 150 µmol/l olarsa, tiazid diuretikini ilgək diuretiki ilə (məs, furosemid) əvəz edin.
  3. Zəruri hallarda digər qrupdan olan antihipertenziv dərman preparatını müalicəyə əlavə edin, məs, kalsium - kanal blokatoru.

Dislipidemiyanın müalicəsi

Hədəf səviyyəsi

Diabet xəstələrində lipid konsentrasiyasının hədəflənmiş səviyyəsi
Lipid Hədəf səviyyəsi
Plazmada HDL  xolesterolu
  1. Kişilər > 1.0
  2. Qadınlar > 1.3 mmol/l
Plazma triqliseridləri          < 1.7 mmol/l
Plazmada LDL xolesterolu
    < 2.5 mmol/l < 1.8 mmol/l, əgər xəstə arterial xəstəliyə malikdirsə

Müalicə strategiyası

  1. Əgər LDL xolesterolunun (proqram) konsentrasiyasını 2.5 mmol/l-dən aşağı salırsa, həyat tərzi dəyişiklikləri kifayət edir.
    • Çəkini azaltmaq, pəhrizə (kifayət qədər təmiz yağdan təşkil olunmuş orta yağ tərkibli məhsulların tükətimi vacibdir) əməl etmək, fiziki məşqləri artırmaq və siqareti buraxmaq.
  2. Diabetə nəzarətin yaxşılaşdırılması
    • Hiperqlikemiyanın korreksiyası triqliseridlərin konsentrasiyasının azalmasına səbəb olur: buna baxmayaraq, LDL xolesterolunun konsentrasiyası adətən dəyişilmir.
  3. Dərman terapiyası
    • Digər müalicə vasitələrinin, LDL xolesterolunun (proqram) konsentrasiyasını 2.5 mmol/l-dən aşağı salmadığı və xəstənin mikroalbuminuriyaya sahib olduğu təqdirdə dərman terapiyasına başlanılmalıdır.
    • Əgər xəstə arterial xəstəliyə sahibdirsə (işemik, serebral və ya periferik arterial xəstəlik və ya aterosklerotik aortik aneurizm), hədəflənmiş LDL xolesterolunun konsentrasiyası, mümkün qədər aşağı, ən azı, 1.8 mmol/l olmalıdır. Praktikada LDL xolesterolunun konsentrasiyasının aşağı limiti mövcud deyildir. Statinlər, onların istifadəsinə əks göstərişin olmadığı təqdirdə, digər xolesterolların dəyərlərindən asılı olmayaraq istifadə edilə bilər.
    • Tipik yüksək plazma triqliserid konsentrasiyasına (adətən 1.7 - 5.0 mmol/l) və aşağı LDL xolesterol konsentrasiyasına malik dislipidemiyalı diabetlərdə statin üstünlük verilən dərman preparatlarından sayılır.
    • Ağır diabetik dislipidemiyada, fenofibratın statin terapiyasına əlavə edilməsi mümkün ola bilər. Bu kimi hallarda adətən mütəxəssis məsləhətinə ehtiyac duyulur.
    • Müxtəlif statinlərin effektivliklərinin müqayisəsi: atorvastatin 10 mg = rozuvastatin 5 mg = lovastatin 40 mg = fluvastatin 80 mg

Antitrombotik terapiya

Mikroalbuminuriyanın təfsiri və müalicəsi

Ürəyin işemik xəstəliklərinin diaqnozu

Mütəmadi səfərlər zamanı aparılan müayinələr

Hər ziyarətdə

İllik müayinələr

Mütəxəssis yardımına nə zaman müraciət edilməli?

Evdə monitorinq

Yatmadan öncə insulin tətbiqinin sadə başlanğıcı

 

Müvafiq resurslar

 

Holman RR, Paul SK, Bethel MA et al. Tip 2 diyabetdə intensiv qlükoza kontrolunun 10 illik izlənimi. N Engl J Med 2008;359(15):1577-89. Zinman B, Wanner C, Lachin JM et al. Empaqliflozin, Kardiovaskulyar Xəstəliklər və Tip 2 Diyabetdə ölüm halları. N Engl J Med 2015;373(22):2117-28. Sjöström L, Peltonen M, Jacobson P et al. Bariatik əməliyyatın tip 2 diyabetin uzun müddətli remissiyası və mikrovaskulyar və makrovaskulyar ağırlaşmalarla əlaqəsi. JAMA 2014;311(22):2297-304. Wanner C, Inzucchi SE, Lachin JM et al.Empaqliflozin və  tip 2 diyabetdə Böyrək Xəstəliklərinin proqressivləşməsi. N Engl J Med 2016;375(4):323-34. Kernan WN, Viscoli CM, Furie KL et al.İşemik İnsult və ya Tranzitor İşemik hücumdan sonra Pioqlitazon. N Engl J Med 2016;374(14):1321-31. Marso SP, Daniels GH, Brown-Frandsen K et al.Liraqlutid və Tip 2 Diyabetdə Kardiovaskulyar Xəstəliklər N Engl J Med 2016;375(4):311-22.

Yuxarıya