Hər bir ilkin səhiyyə xidməti mərkəzi həyat tərzi təlimlərinin verilməsinə hazır olmalıdır (qrup və ya fərdi şəkildə).
Uğurlu həyat tərzi təlimləri bütün metabolik pozğunluqlara müsbət təsir göstərir.
Əsas məqsəd daimi həyat tərzi dəyişikliklərinin əldə edilməsidir.
Çəkinin azaldılması hər zaman əsas məqsəd və yeganə məqsəd sayılmır; çəkini dəyişmədən fiziki məşqlərin həcmini artırmaq da faydalı ola bilər, necə ki çəkinin azaldılmasının heç bir nəticə vermədiyi halda, pəhrizdə müəyyən dəyişikliklərin aparılması faydalı ola bilər.
Çəkinin itirilməsində əldə edilən davamlı nəticəni nəzərə almasaq, nə çox aşağı karbohidratlı pəhriz, nə də çox aşağı enerjili pəhriz (VLED) digər metodlardan daha uğurlu sayılmır. Pəhrizdən sonra relapsların qarşısının alınması vacibdir. Xüsusilə fiziki məşqlər və bəzən də dərman preparatları buna dəstək olaraq istifadə edilə bilər.
Həyat tərzinin tədrisində irəliləyiş
1. Hazırki vəziyyəti qiymətləndirmək
Xəstənin tibb bacısı, həkim və ya qrup görüşünə fərdi ziyarəti tələb olunur.
Klinik müayinələri və laborator araşdırmaları təyin etmək
əsas problem nədir: hipertenziya, hiperqlikemiya, dislipidemiya, piylənmə?
xəstənin motivasiyası və funksional qabiliyyəti
hamiləlik diabeti (gestasion diabet) ehtimalı.
Həyat tərzinin qiymətləndirilməsi (əgər xəstə pəhriz müdaxiləsini gərəkdirən bir neçə xəstəliyə malikdirsə, həkim-dietoloq ilə məsləhətləşmək məsləhət görülür)
Yemək vərdişləri. Xəstədən yediyi hər bir yemək və içdiyi hər bir içəcək və zamanı haqqında, yeməklərarası qəbul etdiyi qəlyanaltılar və susuz olduqda içdiyi içəcəklər barəsində məlumatlar alın.
Xüsusilə "sürətli şəkər" (şəkərli içkilər, enerji içkiləri, şirniyyat, şirin desertlər), fruktoza (diabetli və artıq çəkili şəxslər üçün xüsusilə ziyandır) və doymuş yağ turşuları ilə zəngin qidaların (kərə yağı, yağlı yaxmalar, kolbasa məmulatları, digər yağlı ət məhsulları, yağlı pendir, bişmələr, yağlı qatıq və digər turş-süd məhsulları) istehlakı haqqında məlumatlar əldə edin.
Duz qəbulu. Xəstə yemək zamanı duzdan istifadə edirmi və ya duzlu məhsullar qəbul edirmi - duzlu balıq, çipslər, kolbasa məmulatları, şorabalar? Duzdan istifadə, anbarda saxlanmış məhsullar və yeməklərə əlavə edilmiş hazır ədviyyatlar? çörəyin duz tərkibi?
Tütünçəkmə
Fiziki məşqlər. Xəstə həftədə neçə dəfə fiziki məşqlə məşqul olur və hər dəfə fiziki məşqlə məşqul olduqda təngənəfəs olana və tərləyənə qədər nə qədər müddət keçir, iş yerində fiziki aktivlik, işə gedərkən və işdən qayıdarkən fiziki aktivlik, boş vaxtlarındakı fiziki aktivlik dərəcəsi?
Alkoqol istehlakı
Həftə ərzində standart vahid (=12 q alkoqol) miqdarını müəyyən edin. Bir vahid təxminən 100 kcal (420 kJ) enerji təşkil edir. Alkoqoldan əldə edilən enerji = vahidlərin sayı × 100 (kcal) = vahidlərin sayı × 420 (kJ).
Həftəlik riskli içki limiti yetkin kişilərdə 24 vahid (mütləq spirtin təxmini həcmi 280 qram), yetkin qadınlarda isə 12-16 vahiddir (mütləq spirtin təxmini həcmi 140-190 qram).
2. Məqsədlərin müzakirə edilməsi
Çəki itirilməsi adətən arzu olunan məqsəd sayılır (nəzər salın)
Hər bir hədəf şəxsən xəstənin özü tərəfindən təyin edilməlidir və bu, xəstənin önəmli olduğunu düşündüyü bir hədəf olmalıdır. Hədəflər böyük deyil, kiçik olmalıdır. Onlar əldə edilə bilən və ölçülə bilinən olmalı və xəstənin davranış dəyişikliklərinə uyğun olmalıdırlar.
Məsələn, şəkərli içkilərin, enerji içkilərinin istehlakını dayandırmaq, şirniyyatlardan məhdud miqdarda istifadə etmək, südün və digər süd məhsullarının (qatıq və digər turş-süd məhsulları) yağsız formalarına üstünlük vermək, pendirin və digər yağlı qəlyənaltıların tükətimini yarıya endirmək və az-yağlı məhsullara meyil salmaq, yemək bişirdikdə duru yağlardan istifadə etmək, çörəyin üzərinə yaxmaq üçün yumşaq marqarindən (yağ tərkibi 60-70%) istifadə etmək və ya fiziki məşqlərin miqdarını artırmaq. Hər bir razılaşdırılmış hədəfləri özünüzdə qeyd edin.
Çəki itirmək artıq çəkili xəstələrin əsas məqsədlərindən sayılır.
Qəbul edilən ümumi qidanın həcmini azaltmaq və tərəvəzin miqdarını artırmaq
Sürətli karbohidratların (saxaroza, qlükoza) istifadəsindən uzaq durmaq
Fruktoza ilə dadlandırılmış məhsullardan uzaq durmaq
Doymuş yağ turşularının istehlakından uzaq durmaq
Duz və alkoqol qəbulundan uzaq durmaq
Fiziki məşqlərlə daimi şəkildə məşqul olmaqla yaxşı uzunmüddətli nəticələr əldə etmək olur, lakin başlanğıcda sürətli çəki itirməklə bu nəticəni əldə etmək mümkün deyildir.
Dərman terapiyası (orlistat; nəzər salın) çəki itirmə prosesini gücləndirir. Uğurlu ilk çəki itkisindən sonra dərmanların istifadəsinə residivləşmənin qarşısını almaq məqsədiylə davam etmək olar.
Patoloji artıq çəkiyə malik xəstələrə (BMI > 40) bariatrik cərrahiyyə məsləhət görülə bilər. Əməliyyatdan sonra yemək miqdarı, təqribən 250 ml-ə qədər azaldılmalıdır. Cərrahi əməliyyata göstəriş əməliyyatın həyata keçirilə bilməsi üçün kifayət deyildir. Əks göstərişlərə bulemiya və alkoqoldan aşırı istifadə aid edilir.
Siqarət çəkməyi tərgitmək həmişə əhəmiyyətli faktor olaraq qalır; nəzər salın
Normal çəkili xəstədə məqsəd, pəhrizin keyfiyyətini və/və ya fiziki aktivliyi artırmaqdır. Ümumi kalori qəbulunun azaldılması istisna olmaqla əsas həyat tərzi dəyişiklikləri ağır çəkili xəstələrdə olduğu kimidir.
3. Fərdi hədəflərə çatmaq üçün təlimatların təklif olunması
Tövsiyə edilən pəhrizə əməl etməyin yolları
Xəstəyə müxtəlif çeşidli və rəngarəng qidaların istehlakını məsləhət görün.
Çoxlu miqdarda tam taxıl məhsulları, tərəvəzlər, giləmeyvə və meyvə (gün ərzində 2-3 uvuc)
Enerji ilə zəngin qidalı maddələrdən uzaq durmaq (məs, şirniyyat, şəkərli spirtsiz içkilər, enerji içəcəkləri, hamburgerlər, pizzalar, yağlı (17%-dən çox) pendir və kolbasa məmulatları)
Şəkərdən və fruktozadan uzaq durmaq
Az yağlı və ya yağsız süd məhsulları. Süd, süd ayranı, qatıq, digər turş-yağ məhsulları (maksimum yağ tərkibi, 1.0%) 5–6 dl günlük pendir (maksimum yağ tərkibi 17%) gündəlik 2–3 dilim "?>
Balıq məhsullarını daha tez-tez qəbul etmək (həftədə bir neçə dəfə); yağsız ət
Yağdan az miqdarda istifadə etmək; çörəküstünə çəkmək üçün bitki yağları və ya yağ qarışığı, yemək bişirmək üçün yağ, salata tökmək üçün ½-1 xörək qaşığı yağ tərkibli souslar və ya bitki yağları
Bədən çəkisinin proporsiyasına uyğun yemək miqdarı
Çəki dəyişiklikləri qəbul edilən yemək miqdarının doğru olub olmadığını göstərir.
Enerjiyə olan ehtiyacı müəyyən etmək.
Nümunəvi bir yemək növünü və ya tövsiyə olunan yemək təsvirini xəstəyə təqdim edin.
Yeməklər tələsmədən yeyilməlidir.
Yeməyi tələsmədən yemək, toxluq hissini asanlıqla müəyyən etməyə kömək edir.
Çəki üzərində nəzarəti dəstəkləmək məqsədiylə sabit yemək vaxtlarına əməl edilməlidir
Aclıq, asanlıqla ekstra qəlyanaltıların və ya nəzərdə tutulandan daha artıq miqdarda yemək porsiyasının tükətilməsinə və yaxud da növbəti yemək zamanı nəzarətsiz qida tükətiminə asanlıqla səbəb olacaqdır.
Əksər xəstələr asanlıqla yüngül səhər yeməyi, nahar yeməyi, axşam yeməyi və yüngül axşam qəlyənaltıları ilə kifayətlənirlər.
Fiziki aktivliyin artması
Normal gündəlik fəaliyyətlər zamanı xəstənin aktivlik dərəcəsinin daha da artırıla bilməsi yollarını hesablayın. Məşqlər nə qədər ki planlı şəkildə həyata keçiriləcək, enerji sərfiyyatı və çəki itirmə qabiliyyəti də bir o qədər asanlaşacaqdır. Xəstə bəyəndiyi və faydalı olan bütün növ fiziki məşqlərlə məşqul ola bilər.
Bir neçə qısa müddətli fiziki məşqlər, tək uzun müddətli məşqlə eyni nəticəni verəcəkdir. Xəstə məşqlərlə müntəzəm şəkildə məşqul olmağa həvəsləndirilə bilər, məsələn, məşq gündəliyi tutaraq.