Diyabetik ayağın müalicəsi
EBM Klinik protokolları
06.08.2017 • Sonuncu dəyişiklik 06.08.2017
TapaniEbeling
Əsas məlumatlar
- Diabetli xəstənin ayaqları müayinə edilməli və hansı risk qrupuna daxil olması hər il protokollaşdırılmalıdır. 2-ci və 3-cü risk qrupuna daxil olan xəstələr aktiv müalicə edilməli və müalicənin gedişinə xüsusi olaraq nəzarət edilməlidir.
- Diabetli xəstələrin ayağının müalicəsində və xəstənin maarifləndirilməsi prosesində ortoped-travmatoloqun da iştirakı məsləhətdir.
- Dəri infeksiyaları daha tez və effektiv bir şəkildə müalicə edilməlidir.
- Tam kontakt gips sarğısı, çıxarıla bilən gips sarğıları və terapevtik ayaqqabılar kimi, təzyiq azaldan vasitələrdən xroniki yaraların müalicəsində yardımçı üsul kimi istifadə etmək olar.
- Kritik işemiya halları vaxtında müəyyən edilməli və damar cərrahiyyəsi yolu ilə müalicə edilməlidir.
- Şarko neyroartropatiyası (Charcot's neuroarthropathy ) tez bir zamanda müəyyən edilməli və vaxt itirmədən müalicə edilməlidir. İlkin olaraq müalicəsi adətən kontakt gips sarğısı vasitəsiylə aparılır.
Ayaq problemlərinin funksional diaqnostikası və risk qrupuna daxil olan xəstələrin müəyyən edilməsi
- Diabetli xəstələrin ayaqları ən azı ildə bir dəfə müayinədən keçirilməlidir.
- Xəstəliyi 15 ildən daha uzun bir müddət ərzində davam edən 30 və daha yuxarı yaşlarda olan tip 2 və tip 1 diyabetli xəstələrin ayaqlarının müayinə edilməsi xüsusi əhəmiyyət kəsb edir.
- Xəstə həkim-ortoped və ya endokrinoloq-diabetoloq tərəfindən aparılan skrininq müayinələrindən keçməlidir və hansı risk qrupuna daxil olduğu müəyyən edilməlidir.
- Diabet diaqnozu yeni qoyulmuş xəstəyə , ayaq problemlərinin yaranmasının profilaktikası ilə bağlı məsləhətlər verilməlidir.
- Müayinənin nəticələrinə əsaslanaraq risk qrupuna daxil olan xəstələr müəyyən edilməli və vaxtaşırı müayinə edilərək nəzarət altında saxlanılmalıdırlar (yalnız orta tibb işçiləri tərəfindən deyil, həmçinin həkim tərəfindən də).
- Əvvəlki xora və infeksiyalar. Yeni xoraların yaranmasının qarşısının alınması xüsusilə əhəmiyyətlidir.
- Döyənək (döyənəkdə tünd hemoragiyaya təsadüf edildikdə, xora yaranma riski artmış olur)
- Dərinin maserasiyası və suluqlanması
- Ayaqların və ayaq barmaqlarının deformasiyası.
- Köndələn yastıpəncəliyi (pes transversoplanus ) olan xəstələrdə ayaqlarının ortası döyənək və ya xoranın yaranmasına meyilli olur.
- Barmaqlarının çəkicvari deformasiyası
- "Halluks valgus"
- Pəncənin metatarsal sümüklərinın çıxıntılı olması
- Taktil hissiyatında azalma (neyropatiya; 10-q monofilament testi: şəkilə baxın).
- Ayaqda qanın dövretməsinin azalması, keçirilmiş damar cərrahiyyəsi
- Ayaqda xora əmələ qəlməsi riskinin artmasına aşağıdakı faktorlar da təsir edir:
- qanda qlükozaya nəzarətin zəif olması
- görmə təhlükəsi yaradan retinopatiya
- nefropatiya
- siqaret çəkmə
- ayaq gigiyenasına kifayət qədər diqqət yetirilməməsi
- sosial izolyasiya, alkoqol problemləri
- psixiatrik xəstəliklər, depressiya.
- Yataq xəstəsinin daban nahiyyəsində xoraların yaranmasının qarşısının alınması üçün onun vəziyyəti vaxtaşırı dəyişdirilməlidir və amortizator funksiyasını yerinə yetirən qalın altlıqdan istifadə olunmalıdır. Dəri gündəlik olaraq müayinə edilməlidir.
- Risklərin klassifikasiyası əsasən terapevtik tədbirlərdən (məs, ayağa qulluq, dabanlıqdan istifadə etmək) və sonrakı nəzarətdən faydalanan xəstələrə (əməliyyata ehtiyacı olmayan) xüsusi diqqətin və qayğının yönəldilməsinə kömək edir.
- Pəncə xorasının əmələ gəlmə riski aşağı və orta qrupa aid olan xəstələrdə taktil hissiyyatın azalması 10-qramlıq monofilament testi ilə (obyektiv və sadə bir alətdir) və ayaqlarda nəbz palpasiya olunmadıqda müəyyən edilir.
- Öncədən keçirilmiş ayaq xorası və ya aşağı ətrafların amputasiyasının yer aldığı xəstəlik tarixi, yüksək risk qrupuna daxil olan xəstələrin müəyyən edilməsi üçün kifayət edir.
- Ətrafların saxlanılması və xoranın sağalması kimi vacib gözlənilən klinik nəticələrin asılılığını (correlates) göstərən WIFI (Wound, Ischemia, and foot Infection -Yara, İşemiya və ayaq İnfeksiyası) klassifikasiya sistemi özündə ayaqda xoraların yaranması, işemiya və infeksiya göstəricilərini birləşdirir .
Diabetik pəncə problemlərinin daxil olduğu risk qruplarının klassifikasiyası
| Risk qrupu 0 |
- Sensor neyropatiya və arterial qanın axınında pozulmalar müşahidə edilmir
- Ayaqlarda bəzi malpozisiyaların (malpositioning ) müşahidə edilməsi
|
| Risk qrupu 1 |
- Sensor neyropatiya; müdafiyə hissinin olmaması (10-q monofilament testi ilə yoxlanılır)
|
| Risk qrupu 2 |
- Sensor neyropatiya; müdafiyə hissinin olmaması
- Əlavə olaraq aşağıdakılardan birinin və ya bəzilərinin mövcud olması:
- hərəki neyropatiya
- məhdud oynaq hərəkəti (LJM)
- yerişdə və ayağın yüklənməsində dəyişikliklər
- arterial qan axınında dəyişikliklər:
|
| Risk qrupu 3 |
- Keçirilmiş xora və/və ya amputasiya
|
Diabetli xəstənin ayağının müayinəsi
- Neyropatiya əlamətlərini araşdırın
- "Qarışqalanma hissi", paresteziya, qıcolmalar, narahatlıq, hissiyatın olmaması, ağrı və hiperesteziya, sensor neyropatiyasının əlamətləri sayılır.
- Taktil hissiyatının zəifləməsi, vibrasiya hissiyatının yoxa çıxması və Axilles vətər refleksinin olmaması neyropatiyanın ən rahat təyin edilə bilən əlamətləridir. 10-q monofilament qiymətləndirilməsinin aparılması, hər zaman mümükün olmalıdır.
- Ayaqqabıların və onların uyğunluğunun yoxlanılması
- Pəncədə yaraların əmələ gəlməsinə gündəlik istifadə olunan, yoxsa nadir hallarda istifadə edilən ayaqqabılar səbəb olmuşdur?
- Ayaqqabı kifayət qədər böyükdürmü (= ayağın uzunluğu +1-1.5 sm)? Birinci və ikinci ayaq barmaqları ətrafında boşluq varmı? Ayaqqabı içliyi istifadə edilibmi?
- Corablar uyğun ölçüdədirmi və pambıq materialdan hazırlanıbmı?
- Sirkulyasiyanın yoxlanılması
- Qıcolma əlamətləri müşahidə edilirmi?
- Soyuq ayaqlar və nazik, parıltılı və qırmızımtıl dəri zəif arterial qan axınına işarə edir.
- Bud arteriyaları auskulyasiya olunmalı və periferik arteriyalar palpasiya olunmalıdırlar. Qeyd olunmuş makroangiopatiya yalnız periferiyada nəbzin aydın şəkildə palpasiya olunması halında inkar edilə bilər.
- Vegetativ neyropatiya arteriovenoz anastomozları artırır hansı ki, ayaqdan ələ qədər bütün bədənin qızmasına və venaların dolmasına səbəb olur. Qan axınının aşkar şəkildə yaxşılaşmasına baxmayaraq, toxumaların oksigen təchizatı azalmış olur.
- Dopler stetoskopiyası ( Doppler stethoscope ) periferik qan axınının qiymətləndirilməsində istifadə edilə bilər. Topuğa düşən təzyiqin azalması, hər zaman önəmli bir tapıntı sayılır. Damarların sklerozu zamanı yanlışlıqla topuqda yüksək təzyiq qeydə alına bilər, lakin ləng (aşağı tezlikli) və tək fazalı nəbz vurğusu zəif qan axınına işarə edir. Topuq təzyiqinin 60 mm c.süt-dan aşağı olması və ya topuq-qol təzyiqi nisbətinin 0.85-dən aşağı olması və xəstədə ağrı və ya xoranın müşahidə edilməsi, işemiyanın kritik olmasını göstərir. Aşağı ətrafların işemiyası,Bax.
- Tarsal deformasiyalara işarə edən dəridə dəyişikliklər, dırnaqda dəyişikliklər, xoralar, yarıqlar (həmçinin ayaq barmaqları arasında) və infeksiyaların əlamətlərini axtarın.
- Kandidadan şübhələnildikdə göbələk kulturası götürülməlidir.
- Təzyiqə məruz qalınan nahiyyələrdə dərinin nazikləşməsi.
- Ortoped-travmatoloq aynası və ya pedoqrafiya təzyiqə məruz qalmış sahələrin müəyyən edilməsinə yardımçı olacaqdır.
Deformasiyaların növündən asılı olaraq aparılan müalicələr
- Ehtiyac olduqda xüsusi fabrik istehsalı və ya fərdi tikilmiş münasib ayaqqabılar.
- Ayaq gigiyenası və ayaqların müntəzəm olaraq nəmləndirilməsi
- Ayaqlar üçün fiziki çalışmalar və gəzinti
- Ayaqları biomexanik olaraq stimullaşdıran və ya bədən çəkisinə uyğunlaşdırılmış dabanlıqlar
- Ortezlər, ayaq barmaqları üçün sarğı taxtası, ayaq altlıqları
- Döymələrin müntəzəm olaraq kənarlaşdırılması (video)
- Cərrahi müalicə: çəkic barmaqlarının düzəldilməsi, "hallux valgus" ayağın baş barmağında çıxıntının kənarlaşdırılması, ayaq barmaqlarının bərpası, metatarsal rezeksiya.
Səthi göbələk və bakterial infeksiyalar
- Göbələk infeksiyası diaqnozu fungal kulturaya əsaslanmalıdır. Nümunə, hər hansı bir infeksiyanın müalicəsindən sonra təmizlənmiş dəridən götürülməlidir.
- Barmaq arası məsafələrin müalicəsi (imidazole və ya terbinafine - yerli istifadə ).
- Onixomikoz və corab tipli dermatomikozda (tinea pedis) oral dərmanların istifadəsi tələb olunur (terbinafine və ya itraconazole). Ayaq dırnaqlarının ucunda (xarici üçdə bir hissəsində) müşahidə edilən onixomikoz , amorolfin dırnaq lakı vasitəsi ilə müalicə edilir.
- Onixomikoz hallarının müalicəsi ən azı 3 ay müddətində aparılmalıdır.
- İnfeksion dermatit (şəkil), adətən göbələk infeksiyalarından öncə təsadüf edilir.
- Ayaq barmaqları arasında və pəncədə qəfil meydana gələn irinli ekzema.
- Stafilokoklara qarşı antibiotik müalicəsi mümkün qədər tez başlanmalıdır (məs, cephalexin 500 mq × 3).
- Kalium permanqanat vannası (1:10 000) və irinli fazada kortikosteroid və antibakterial maddə tərkibli məlhəm,üzərinə isə fizioloji məhlulla nəm kompres qoyulmalıdır. Kompres, hər 4-6 saatdan bir dəyişdirilməli və ya nəmləndirilməlidir. İnfeksiya zəiflədikcə sarğılar, daha az örtülmüş və "quru yara" əldə etmək üçün daha quru olmalıdır.
- Diabetli xəstələrdə paronixiya (ayaq dırnağın batması ilə), ciddi diqqət tələb edir. Adətən səbəbi dırnaqların qeyri-düzgün kəsilməsi və ya sıx ayaqqabıdır.
- Xəstə dırnaqların düzgün kəsilməsi barədə təlimatlandırılmalıdır. Ortoped-travmatoloq dırnaqların düzgün şəkildə inkişaf etməsini ayaq yayı və ya digər cihazların köməyi ilə korreksiya edə bilər.
- Antibiotiklər (məs, cephalexin 500 mg × 3) erkən fazada təyin edilə bilər.
- Kalium permanqanat vannası. Allergiya riskinə görə neomycin və bacitracin-in istifadəsindən cəkinmək lazımdır.
- Paronixiya xronik hal alarsa, dırnağın kənarı kəsilməli və dırnaq kökü fenolla işlənməlidir. Mümkün qranulyasiya qazınmalıdır. Ayaqda sirkulyasiyanın aşkar bir şəkildə pozulması hallarında prosedur yerli anesteziyanın tətbiqi ilə həyata keçirilməməlidir.
Pəncə xorasının xəstəxana şəraitində müalicə edilməsi üçün göstərişlər
- Sümüyə və ya oynağa qədər uzanmış dərin xora
- Hərarətin yüksəlməsi və ya ümumi vəziyyətin zəifləməsi
- İnfeksiyalaşmış xoranın ətrafında 2 sm-dən daha böyük ölçüdə fleqmona (cellulitis )
- Kritik işemiya
- Xəstənin yaranın müalicəsi prinsiplərinə əməl etmə qabiliyyətinə malik olmaması
- Müalicənin aparılması üçün uyğun şəraitin olmaması (gigiyena, ailə vəziyyəti)
- Mütəxəssis məsləhətinə aşağıdakı hallarda zərurət yaranır:
- İki həftəlik müalicədən sonra xorada sağalma əlamətlərinin müşahidə edilməməsi.
- Xoranın təsadüf etdiyi ayaqda nəbzin palpasiya olunmaması.
Pəncə xorasının müalicəsi
- Hətta kiçik zədələr belə müalicə edilməli və nəzarət altında saxlanılmalıdır.
- Qanın qlükoza dəyərləri mümkün olduğu qədər normal hədd daxilində saxlanılmalıdır.
- Neyropatik xoralar adətən döyənək nahiyyəsində inkişaf edir və hiperkeratozlu dəri ilə əhatə olunur.
- Təzyiq yükünün aradan qaldırılması ən mühüm müalicə vasitəsi hesab edilir.
- Xora təqribən 1-1.5 ay ərzində ayaq ortezləri (cast walker) vasitəsiylə müalicə edilir. Müalicə, bu sahədə təcrübəsi olan müəssisədə aparılır. Drenaj tələb edən dərin infeksiyalar, işemik pozuntular, ayaqda və ya pəncədə dərinin tamlığının pozulması, pəncənin ağır ödemi, görmə qabiliyyətinin zəifliyi, müvazinət və artıq çəki problemləri ortezlər vasitəsiylə müalicənin aparılmasına əks göstərişlər hesab olunur.
- Çıxarıla bilən ortezlərin istifadəsi qapalı qəliblər kimi, neyropatik xoraların müalicəsində effektiv bir vasitə olaraq qəbul edilir. Faydalara, xəstənin özünü daha komfortlu hiss etməsi və aşağı qiymət aid edilir.
- Bədən çəkisinə uyğun ayaq altlıqları alternativ vasitə olaraq istifadə edilir və ortoped-travmatoloq və ya ortoped texniklər tərəfindən xüsusi olaraq xəstəyə uyğun hazırlana bilər.
- İşemik xoralar ayaq barmaqlarının ucunda, ayaq barmaqlarının arasında, ayağın yan kənarında və ya topuq nahiyyədə təsadüf edilir. Əhatə edən dəri nazik olur.
- Kritik işemiya hallarında damar cərahiyyəsi yolu ilə müalicənin mümükünlüyü təcili qiymətləndirilməlidir.
- Bədən çəkisinə uyğun ayaq altlıqlarından və ya xüsusi olaraq hazırlanmış ayaqqabılardan istifadə etməyə ehtiyac yarana bilər.
- Ayağın yan və ya uc hissəsində müşahidə edilən xoraların müalicəsində həmçinin "protez ayaq" sarğılarından da istifadə edilə bilər.
- Risk faktorlarının müalicəsini nəzərdə saxlayın.
- Zərdabda LDL xolesterolu (aşağı sıxlıqlı lipoproteinlər) ən azından 2.5 mmol/l / (2.0 mmol/l-dən aşağı olması daha üstündür)-dən aşağı həddə; demək olar ki bütün xəstələr statinlərdən yararlanırlar.
- Trombozun profilaktikası (aspirin, bəzən klopidoqrel və ya varfarin)
- Dərin xoralarda sümük iltihabının (ostit) müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir (sonra Bax).
Yerli müalicə
- Neyropatik xoranı əhatə edən hiperkeratoz, ən tezi həftədə bir dəfə mexaniki yolla kənarlaşdırılmalıdır.
- Xoranın qara əsası, nekrozlaşmış toxuma pinset, bıçaq və ya qayçı vasitəsiylə kənarlaşdırılır. Zəruri hallarda yerli anesteziyadan istifadə edilir.
- İrinli dərin xoraların sağaldılması ferment preparatları vasitəsilə (Varidaze® və ya İruksol®) aparılır. Bu proses, 8(-12) saat intervalı ilə dəyişdirilən və ya nəmləndirilən fizioloji duzlu məhlul kompresləri vasitəsiylə həyata keçirilir.
- Kalium permanqanat vannası (1:10 000) yaxşı yerli antibakterial terapiya üsulu sayılır.
- Dərin xoralar dextranomer məcunu (məs, Debrisan®), hidrokolloid (məs, Aquacell®) və ya sarğı bezləri (məs, Sorbakt®) vasitəsilə drenaj oluna bilər.
Antibakterial müalicə
- Əzələ qatına qədər inkişaf etmiş və infeksiyalı yumşaq toxuma ilə əhatə olunmuş (dərinin aşkar qızartısı) xoraların müalicəsi məqsədiylə təyin edilir.
- Dərin xoraların əsasını təşkil edən toxumadan nekrozlaşmış toxumanın və irinin kənarlaşdırılmasından sonra ifraz olunan mayeninin bakterial kulturası müəyyənləşdirilməlidir.
- Diabetik pəncə infeksiyası olan və müalicənin qeyri-cərrahi yolla aparılması nəzərdə tutulan xəstələr üçün 6 həftəlik antibakterial müalicə kifayət edir.
- Antibakterial dərman preparatları Stafilokokk və Streptokokka qarşı effektiv olmalıdır.
Dərin infeksiyalar (ostit və fleqmona)
Ostit
- Xoranın dərinliyi (xoranın dibindəki sümük zond vasitəsi ilə aşkarlana bilər), fistula keçidi və artmış sekresiya ostitə işarə edir.
- Ostitə xas dəyişikliklər rentgenoqrafiya vasitəsilə yalnız 2-6 həftədən sonra, bəzən isə daha gec qeydə alınır. MRT (maqnit rezonans tomoqrafiyası) daha sürrətli və daha dəqiq bir müayinə vasitəsi hesab olunur.
- Zondla müayinə və rentgenoqrafiya adətən ilkin müayinənin aparılması üçün yetərli hesab edilir.
- Əgər zond sümüyə çatırsa, xoranı ostit kimi müalicə edin.
- Sümük zond vasitəsiylə təyin edilmədikdə yumşaq toxumaların infeksiyasında olduğu kimi antibiotik tətbiq edilir. Rentgenoqrafiyanı təkrar edin və iki həftədən sonra müalicəni qiymətləndirin. Əgər rentgenoqrafik müayinə zamanı ostit aşkarlanırsa və ya xora hələ də maye ifraz edirsə o, ostit kimi müalicə edilməlidir.
- CRP (C-reactive protein,c-reaktiv zülal ), kəskin infeksiyalar zamanı yüksələcəkdir. Xroniki ostitlərdə CRP, adətən normal həddə olur və eritrositlərin çökmə sürəti (EÇS) cüzi artır.
- Ostitin müalicəsi ilə bağlı mütəxəssislə məsləhətləşmə aparılmalıdır (MRT müayinəsi adətən vacib olur, bakterial kultura üçün adətən invaziv yolla nümunə götürülür).
- Kəskin fazada müalicə, məs, clindamycin 450 mg × 4 i.v. + ciprofloxacin 500 mg × 2 per os aparılır.
- Müalicə oral clindamycin ilə 150 mg × 4 davam etdirilə bilər.
- Antibakterial müalicə klinik sağalmadan və xoranın qapanmasından sonra 1-2 ay, bəzən isə hətta bir il ərzində davam etdirilməlidir.
Fleqmona (Cellulitis)
- Yüksək hərarətlə müşayiət olunan, qızıl yeli (erysipelas) xatırladan fleqmona hər zaman xəstəxana şəraitində i.v. antibiotiklərin tətbiqi ilə müalicə edilməlidir.
- Ağır hallarda müalicə mərkəzi xəstəxanalarda imipenem-lə və ya üçüncü nəsil cephalosporin + clindamycin ilə aparılmalıdır.
- Yüngül hallarda müalicə poliklinik şöbədə cefuroxime 1.5 × 3 i.v. + clindamycin -lə (150-300 mq × 4 per os) aparılır. Gün ərzində bir dəfə olmaqla intravenoz 1.0 q ertapenem, alternativ müalicə vasitəsi olaraq istifadə oluna bilər. Müalicəyə, hərarət düşəndən və infeksiya əlamətləri səngiyəndən sonra (CRP analizi faydalıdır) oral yolla (clindamycin) davam etdirilə bilər. Antibakterial müalicənin ümumi müddəti 2-4 həftədir.
- Xəstənin ayağında diabetik neyro- və ya makroangiopatiya müşahidə edilmirsə penicillin G, qızıl yelin (erysipelas) yüngül formalarının müalicəsində istifadə edilə bilər
Şarko neyroartropatiyası
- Vəziyyətə adətən sümüklərin fraqmentasiyasının sürətli bir şəkildə proqressivləşməsi, oynaqların zədələnməsi, burxulmaya və çıxığa meyllilik aid edilir və uzun sürən diyabetdən əziyyət çəkən xəstələrin qeyri-işemik ayaqlarında təsadüf edilə bilir.
- İlkin simptomlara ödem, yüngül ağrılar, yüksəlmiş temperatur və bəzi hallarda ayağın qızarması aid edilir. Rentgenoqrafik dəyişikliklər xəstəliyin gec mərhələsində müşahidə edilir. Tarsal-metatarsal (TMT) oynağının destruksiyası nəticəsində tağın dağılması səciyyəvidir.
- CRP və eritrositlərin çökmə sürəti normal həddədirlər; plazmada qələvi fosfataza arta bilər.
- Ehtiyac olduqda diaqnozun təstiqi üçün MRT-dən (maqnit rezonans tomoqrafiyası) istifadə etmək olar.
- Müalicə 6-9 aylıq gips və qoltuq ağacından istifadə edilərək immobilizasiyadan ibarətdir.
- Amputasiyadan sonrakı müalicəyə Bax....
Diabetli xəstəyə müalicə ilə bağlı məsləhətlər
- Uyğun ayaqqabılardan istifadə edilməlidir.
- Kiçik zədələnmələrdən özünü qorumaq.
- Çöldə ayaqyalın gəzməkdən çəkinmək.
- Ayaqlar təmiz saxlanılmalıdır.
- Süni qızdırıcılardan istifadə etmək ziyandır.
- Dırnaqlarla ehtiyyatlı bir şəkildə davranılmalıdır.
- Fungal infeksiyaların profilaktikası effektiv bir şəkildə aparılmalıdır.
- Döyənəyin yaranmasının qarşısı alınmalıdır.
- Nəmləndirilmənin müntəzəm şəkildə aparılmasına diqqət yetirilməlidir.
Keyfiyyət meyarları: Diyabetli xəstələrin ayaq müayinəsinin tamamlanması; Ortopedik xidmətlərin mövcudluğu; Mütəxəssis xidmətinin mövcudluğu; Ciddi ayaq infeksiyalarının xəstəxana şəraitində müalicə günləri;Amputasiya tələb edən halların sayı.
Adiyyatı mənbələr
- "Cochrane" nəzəriyyələri
- Ədəbiyyat
Crawford F, Cezard G, Chappell FM et al. Diyabetli xəstələrdə ayaq xoraları üçün proqnostik faktorların sistematik nəzəriyyəsi və fərdi məlumatlarının meta-analizi: diyabetik ayaq xoralarının proqnozlaşdırılması üçün beynəlxalq elmi əməkdaşlıq (PODUS). Health Technol Assess 2015;19(57):1-210. Zhan LX, Branco BC, Armstrong DG et al. Yara, İşemiya və ayaq infeksiyasına (WIfI) əsaslanan aşağı ətraflara yönəlik Damar Cərrahiyyəsi Cəmiyyəti aşağı ətraf kassifikasiyası, geniş sahəli amputasiya və yaranın sağalma vaxtı ilə korrelyasiya edir. J Vasc Surg 2015;61(4):939-44. Tone A, Nguyen S, Devemy F et al. Qeyri-cərrahi yolla müalicə edilən diyabetik ayaq osteomiyelitinin on iki-həftəlik antibiotik terapiyasına qarşı altı-həftəlik antibiotik terapiyası: açıq idarə olunan çoxmərkəzli təsadüfi seçilmiş tədqiqatlar. Diyabet xidməti 2015;38(2):302-7.