Tiroid vəzin iltihabı, adətən boyun ağrısı, temperatur və tiroid vəzinin həssaslığı ilə müşahidə olunur.
Qlükokortikoid müalicəsinə verilən sürətli cavab reaksiyası qoyulan diaqnozu təsdiqləyir.
Laborator göstəricilər
CRZ (CRP) kimi EÇS (ESR) də əksər xəstələrdə yüksəlir.
Başlanğıcda adətən TSH konsentrasiyasının həfif azalması və sərbəst T4 konsentrasiyasının həfif yüksəlməsiylə gedən keçid tirotoksik faza müşahidə edilir. 20% hallarda müalicədən 1 - 2 ay sonra bu faza keçid hipotirodizm ilə davam edir. Qalıcı hipotiroidizm xəstələrin 2 - 3%-də inkişaf edir.
Tipik gedişli hallarda nə ssintiqram, izotop qəbulu ssintiqrafiyası, ultrasəs müayinə, tiroid peroksidaza (TPO) antitel testi, nə də incə iynə biopsiyasına ehtiyac duyulmur.
Diaqnoz: həssas tiroid vəzi, hipertiroidizmin klinik tablosu, yüksəlmiş EÇS və CRZ, qlükokortikoid terapiyasına sürətli reaksiyanın verilməsi. Həmçinin TSH və sərbəst T4 də başlanğıc mərhələdə təyin edilməlidir.
Xəstəliyin seyri
Tiroidit ilkin yardım mərkəzində müalicə edilə bilər.
Xəstəlik, qlükokortikoid müalicəsinə bir neçə gün ərzində reaksiya verir (temperatur aşağı düşür, tiroid vəzidə müşahidə edilən ağrı azalır). Əgər müalicəyə heç bir cavab verilmirsə, tonzilit kimi digər diaqnozları da nəzərdən keçirin və lazım gəldikdə xəstəni, mütəxəssis yardımına yönəldirin.
Əgər qlükokortikoidlərin qəbulu çox erkən zamanda dayandırılarsa və ya dozası çox tez bir şəkildə azaldılarsa, simptomlar residivləşə bilər.
Müalicə və izləmə
Qlükokortikoidlər təyin edin, məs, prednizon və ya prednizolon 1 həftə ərzində 40 mg/gün, 1 həftə ərzində 30 mg/gün, 1 həftə ərzində 20 mg/gün, 2 həftə ərzində 10 mg/gün və 2 həftə ərzində 5 mg/gün.
Əgər doza azaldıldıqda simptomlar residivləşərsə, xəstənin qəbul etdiyi doza səviyyəsi əvvəlki həddinə qaytarılır.
Əgər müalicəyə verilən cavab reaksiyası tez və qalıcı olarsa, dərmanın dozası daha tez bir tempdə azaldıla bilər.
İltihabın aktivlik dərəcəsinə CRZ və EÇS ilə nəzarət edilir.
Müalicənin davam etmə müddəti adətən 6 - 12 həftə çəkir.
Əgər simptomlar bir ildən daha çox davam edərsə xəstə, cərrahi müalicəni nəzərdən keçirtmək məqsədiylə mütəxəssis yardımına yönləndirilir.
Yüngül hallarda QSİƏD-nın (NSAİDs) normal dozada tətbiqi kifayət edə bilər.
Hipertiroidizm, antitiroid dərman preparatları ilə deyil, beta-blokator vasitəsiylə müalicə edilir.
Əgər hipotiroidizm simptomları müşahidə edilərsə, xəstənin klinik vəziyyətindən asılı olaraq lazım gəldikdə, serum TSH və sərbəst T4-ün konsentrasiyaları izlənilir. Tirotoksikoz fazasının başlanğıc mərhələsindən sonra adətən keçid hipotiroid fazası müşahidə edilir, hansı ki, bu, heç bir müalicə tələb etmir. Buna baxmayaraq, əgər xəstədə simptomlar müşahidə edilərsə, müvəqqəti olaraq tiroksin yükləməsi ilə gedən müalicəyə başlanıla bilər. Bu müalicə yolunu, adətən simptomların başlanmasından 6 - 12 aydan sonra dayandırmaq olar.