Hipertireozlu xəstədə qanda TSH konsentrasiyası referans aralıqdan aşağıdır (adətən ölçülməyəcək dərəcədə ) və qanda sərbəst T4 və/və ya sərbəst T3 konsentrasiyası artmış olur.
Bir qayda olaraq hipertireozu olan xəstələr qiymətləndirilmək üçün daxili xəstəliklər üzrə mütəxəssisə yönləndirilməlidirlər.
Hipertireoz klinikası aydın olduğu zaman mütəxəssisə göndərənə qədər artıq beta - blokator, həmçinin antitiroid müalicəni başla. Antitiroid müalicə ilə əlaqədar olaraq aqranulositoz yaranma riski barəsində xəstəni məlumatlandırmağı unutma.
Tiroid göz xəstəliyi (yalnız Bazedov [ Graves ] xəstəliyi) olan və ya hamiləliklə əlaqədar olaraq hipertireoz yaranan xəstələr dərhal mütəxəssisə yönləndirilməlidir.
Hipertireoz həmişə müalicə olunur. Mübahisəli klinik hallarda yalnız beta - blokatorla başla.
İltihabi proseslə əlaqədar olaraq hormon ehtiyatının boşalması antitiroid dərmanlarla müalicə olunmur (məsələn yarımkəskin tiroidit ).
Qalxanabənzər vəzin ölçüsünü qiymətləndirmək üçün qalxanabənzər vəz palpasiya olunur, belə ki, ultrasəs müayinəsinin hipertireozun diaqnostikasında yeri yoxdur.
Səbəblər
Bazedov xəstəliyi (Graves xəstəliyi)
Ən çox rast gəlinən səbəbdir: TSH reseptor anticisimlərinin konsentrasiyası artmış olur.
Ən çox 30 - 40 yaşda başlayır. Xəstələrin əksəriyyəti qadındır.
Qalxanabənzər vəzin hiperaktivliyi adətən əhəmiyyətli olur.
Hiperaktiv (toksik) çoxdüyünlü zob
Hiperaktiv adenoma
Digər səbəblər
Tiroksinin artıq dozası
Yod tərkibli maddələr, məsələn amiodaron: həmçinin hipotireoz da yarana bilər. Yodun yarım parçalanma müddəti uzundur.
Həmçinin kontrastlı KT müayinəsi də hipertireoza təkan verə bilər.
Tranzitor tireotoksikoz
Yarım kəskin tiroidit
Bəzi hallarda xronik autoimmun tiroidit zamanı hipotireozun inkişafından əvvəl.
Simptomlar
Ümumi simptomlar
İstiyə həssaslığın artması və tərləmə
Yorğunluq, əzələ zəifliyi, ümumi vəziyyətinin pisləşməsi
Ürəkdöyünmə, əldə tremor
Bədən çəkisinin azalması, bağırsaq motorikasının artması
Susuzluq, poliuriya
Menstrual sikldə pozulmalar
Qalxanabənzər vəz adətən böyümüş olur.
Dəridəki əlamətlər
İsti və nəm dəri
Psixoloji əlamətlər
Labillik, əsəbilik, qıcıqlanma, yuxunun pozulması
Kardial simptomlar
Taxikardiya və aritmiya, xüsusilə səyirici aritmiya
Qastro - intestinal əlamətlər
Bağırsaq funksiyasının artması, diareya, iştahın yaxşı olmasına baxmayaraq bədən çəkisinin azalması
Yalnız Bazedov xəstəliyində oftalmopatiya
Hipertireozlu bir çox digər xəstələrdə başqa tipdə göz simptomları rast gəlinir.
Xəstələr arasında simptomlar dəyişkəndir. Yaşlı xəstələr adətən monosimptomlu olur (məsələn, səyrici arıtmiya, yorğunluq, çəki azalması, stenokardiyanın pisləşməsi, yalnız fiziki gərginlik zamanı yaranan təngnəfəsliyin olması ) və ya simptomlar maskalanmış olur ( artıq beta - blokator müalicəsi alan xəstələr)
Diaqnoz
Xəstədə hipertireoza uyğun olan simptomlar var.
Qalxanabənzər vəz palpasiya olunur.
TSH referans aralıqdan aşağı və sərbəst T4 (FT4) isə yuxarı olur.
TSH reseptor anticisimlərinin konsentrasiyasının artması səbəb olaraq Bazedov xəstəliyinin olmasını təsdiqləyir.
Əgər TSH < 0,1 və FT4 normaldırsa, T3 hipertireozun aşkarlanması üçün FT3 yoxlanmalıdır.
Əgər TSH referans aralıqdan aşağıdadırsa, amma həm FT4, həm FT3 normaldırsa, xəstədə subklinik hipertireoz var. Qalxanabənzər vəzin parametrləri, məsəslən 3 aydan sonra yenə yoxlanılmalıdır. Əgər TSH konsentrasiyası mülayim azalmışdırsa (0.1 - 0.4 mU/I ) və xəstədə simptom yoxdursa, izlənməsi yetərlidir. Əgər xəstədə aşağıdakılar varsa, xəstənin qiymətləndirilməsi üçün mütəxəssisə yönləndirilməlidir.
TSH < 0.1 mU/I və xəstənin yaşı 60 yaşdan yuxarıdırsa
xəstədə zob, hipertireoz simptomları, səyrici aritmiya və ya hər hansı digər ürək xəstəliyi varsa
Müalicə prinsipləri
Bütün xəstələr eutiroid vəziyyət alınana qədər antitiroid dərmanlarla müalicə olunmalıdırlar ( ilkin tibbi xidmətdə başlanıla bilər )
Mütəxəssis tərəfindən aktual olan müalicə qərarı alınır və buna daxildir
uzunmüddətli anti-tiroid müalicə (12 - 18 ay)
radioyod müalicə
cərrahiyyə.
Müalicə növünün seçiminə qalxanabənzər vəzin ölçüsü, öncədən qalxanabənzər vəzdə keçirilmiş cərrahi əməliyyatın olma ehtimalı, göz simptomlarının olma ehtimalı, hamiləlik və süd vermə, xəstənin yaşı və digər ağır xəstəliklərin olma ehtimalı təsir edir.
Qalxanabənzər vəz kiçik olduqda uzunmüddətli anti-tiroid müalicə və radioyod müalicə yaxşı alternativdir.
Çox böyük qalxanabənzər vəz əməliyyat edilir.
Radioyod müalicə tiroid göz xəstəliyini pisləşdirə bilər.
Hiperaktiv (toksik) multinodulyar zobda antitiroid müalicə ilə daimi sağalma gözlənməməlidir.
Mülayim hipertireozu və ümümi vəziyyəti yaxşı olan xəstələrdə tək beta - blokator verməklə dərhal radioyod müalicə başlanıla bilər; digər xəstələr isə ilk öncə qisa antitiroid müalicə kursu ilə eutiroid vəziyyətə gətirilməlidir.
Farmakoterapiya
Simptomatik müalicə
Beta - blokatorlar
İlkin olaraq propranolol, 20 - 40 mq ×3; hipertireoz sönən kimi doza azaldılır
Bisoprolol 5 mq × 1
Profilaktik müalicənin başlanması
Antitiroid dərmanı (əsasən karbimazol 15 - 20 - 30 mq gündə iki dozaya bölünərək ) ya tək verilməlidir, ya da daha yaxşı olar ki, beta - blokatorla kombinə şəkildə verilsin.
Xəstəni aqranulositoz yaranma ehtimalı barəsində məlumatlandırmaq vacibdir: əgər boğaz ağrısı və temperatur olarsa, həkimə müraciət etsin və bu zaman leykositlər kontrol edilir.
Əgər xəstə mütəxəssisə hələ müraciət etməyibsə qalxanabənzər vəz parametrləri və trombosit sayımı ilə bərabər əsas qan göstəriciləri 1 ay sonra kontrol edilməlidir.
Uzunmüddətli antitiroid müalicə
Xəstədə kiçik qalxanabənzər vəz, göz simptomları və ya hər ikisi olduqda göstərişdir. Davam etmə müddəti 12 - 18 aydır.
Uzunmüddətli antitiroid müalicə qalıcı hipotireoza səbəb olmur (məsələn radioyod müalicə və cərrahiyyə)
İzlə; başlanğıcda hər 4 - 6 həftədən bir trombosit sayımı ilə ümumi qan analizi ,TSH, FT4 (və əgər ehtiyac varsa FT3 ) və daha sonra stabil fazada hər 2 - 3 aydan bir.
Eutiroid vəziyyət əldə edildikdən sonra beta - blokatorlarla müalicə dayandırılır.
Eutireoz vəziyyəti başqa cür əldə etməkdə çətinlik olduqda, antitiroid dərmanlar (karbimazol 5 - 20 mq/24 saat) bəzi hallarda tiroksinlə kombinə edilir.
Eutireoz vəziyyətdə FT4 və FT3 normal olur: TSH-ın isə referans aralığa geri qayıtması üçün uzun müddət vaxt lazımdır.
Nəzərdə tutulan müalicə müddəti (12 - 18 ay) bitdikdə, müalicə dayandırılır və qalxanbənzər vəz parametrləri 1 - 3 aydan sonra kontrol edilir.
Müalicə dayandırıldıqdan sonra xəstəliyin geri qayıtması Bazedov xəstələrinin yarısında və toksik düyünlü zobu olan xəstələrin isə hamısında görülür. Böyük ölçülü qalxanabənzər vəz, antitiroid dərmanlarının böyük dozası və TSH reseptor anticisimlərinin konsentrasiyasının artması xəstəliyin geri qayıtmasının prediktorudur. Xəstəlik geri qayıtdıqda antitiroid müalicə yenidən başlanılmamalıdır və aktual olan müalicə ya radioyod müalicəsi,ya da cərrahiyyədir və bu qərar mütəxəssis tərərfindən verilir.
Bir qisim yaşlı xəstələrdə əgər eutiroid vəziyyət kiçik dozada antitiroid dərmanlarla saxlanıla bilinirsə, antitiroid müalicə bəzi hallarda ömür boyu aparıla bilər.
Müxtəlif müalicə sxemləri haqqında qeydlər
Antitiroid dərmanlar
Aqranulositoz riski (bütün antitiroid dərmanlar səbəb ola bilər: bax )
Temperatur və boğaz ağrısı ilkin simptomlardır.
0.5% xəstədə inkişaf edir.
Kəskin vəziyyətlərdə xəstəxanaya müraciət edin (qan əkilməsi, septisemiyanın müalicəsi)
Antitiroid müalicəni kəsin.
Yüksək həssaslıq reaksiyaları (qaşınma, kvinke ödemi, eritema) və qaraciyər parametrlərində yüksəlmə
Çox düyünlü zobda tam remisiya əldə olunmur.
Radioyodla müalicə
Müalicədən sonra xəstənin eutiroid, hipotiroid və ya hipertiroid olduğunu laborator testlər aparılmayana qədər bilmək olmur.
Əgər hipertireoz yenə davam edirsə, antitiroid müalicə yenidən başlanılır və müalicə seçimi yenidən planlaşdırılır (əgər ehtiyac varsa radioyodla müalicə 4 - 6 aydan sonra təkrarlanılır, cərrahiyyə )
Bu cür hipotireozu tiroksinlə idarə eltmək asandır.
Göz simptomları pisləşə bilər.
Müalicədən sonra qəbul edilən dozaya uyğun radiasiya təhlükəsizliyinə aid təlimatlara əməl olunmalıdır.
Cərrahiyyə
İlkin olaraq 8 - 10 həftə ərzində antitiroid dərmanlarla müalicə aparılmağı tələb olunur. Əməliyyat adətən eutiroid vəziyyətdə aparılır. Xəstə əməliyyata hazır olana qədər antitiroid müalicə ilə yanaşı laborator müayinələr aparılmalıdır.
Davamlı hipotireoz: ömürlük tiroksinlə müalicə tələb edir.
Qayıdan sinirin iflici və hipoparatireozun yaranma riski təxminən 2 - 4 %dir. Ona görə də qalxanabənzər vəz əməliyyatı ixtisaslaşmış mərkəzlərdə aparılmalıdır.