Addison's disease and other conditions inducing hypocortisolism
EBM Klinik protokolları
08.08.2017 • Sonuncu dəyişiklik 08.08.2017
Anna-MariKoski
Əsas məqamlar
Kortizolun qeyri-kafi səviyyəsinin simptomlarına yorğunluq, hipotenziya və çəkinin itirilməsi aiddir. Piqmentasiya da, həmçinin, ola bilər. Xəstəlik. həm də, kəskin Addison krizi kimi də özünü göstərə bilər.
Əvəzedici terapiya alan pasientlərdə stressli situasiyalarda dərmanın dozası profilaktik olaraq artırılmalıdır.
Qeyd! Etalon aralığı və kortizol konsentrasiyasının klinik qərar vermə həddləri laboratoriyada istifadə edilən üsuldan asılıdır.
Bu məqalədə daha köhnə müayinə üsuluna əsaslanan (immunoxemiluminesens ) etalon aralığından istifadə edilir. Əgər laboratoriya kortizolun konsentrasiyası üçün yeni test istifadə edirsə, (elektroxemiluminesens), müqayisə olunan kortizol konsentrasiyalarını tapmaq üçün laboratoriyanın kitabçasında müvafiq metod müqayisə cədvəlindən istifadə edin.
Hiperkortizolizmin etiologiyası
Adrenokortikal xəstəlik (Addison xəstəliyi)
Autoimmun adrenalit, infeksiyalar (vərəm, HIV),hemorragiyalar, infiltrativ xəstəlik, metastazlar yaxud adrenoleykodistrofiya
1-ci tip autoimmun poliendokrin sindromun (APS-1) təzahürü kimi də görünə bilər. .