Lüzumsuz müayinələrdən çəkinmək üçün süd vəzisinin fizioloji böyüməsini və "normal variantı" patoloji vəziyyətlərdən differensiasiya edin.
Sürətlə inkişaf edən yaxud simptomatik ginekomastiya zamanı pasienti növbəti müayinələr üçün, yaxud ən azı, ilkin müayinələr aparılması üçün yönləndirin.
Süd vəzinin fizioloji böyüməsi.
Yenidoğulmuşlarda ananın yaxud plasentar estrogenlər süd vəzini böyüdür. Bu hadisə həyatın ilk həftəsində yox olur, lakin, bəzi hallarda, daha uzun sürə bilər.
Qızlarda döşlərin böyüməsi cinsi yetkinliyin ilk əlaməti kimi artıq 8 yaşda başlaya bilər, Oğlanlarda, müvafiq olaraq, cinsi yetişkənlik dövrü 9 yaşlarında başlaya bilər və ginekomastiya yetkinlik dövrünün istənilən mərhələsində baş verə bilər.
Müstəqil telarxe, yəni, proqressiv cinsi yetişkənlik olmadan döşlərin böyüməsi, qızlarda daha tez-tez adətən 2-3 yaşlarında rast gəlinir, lakin həmçinin, yetkinlik yaşından əvvəlki illərdə də həmçinin, istənilən vaxtda baş verə bilər. Oğlanlarda bu hadisəyə daha nadir hallarda rast gəlinir, lakin, bunun, xüsusilə də, həyatın birinci ilində baş verməsi mümkündür.
Uşağın cinsi inkişafı normal olduğu təqdirdə, pubertal ginekomastiya oğlanlarda daha sonrakı müayinələrə göstəriş deyil.
Müstəqil telarxe olan uşaqlarda əmin olmaq lazımdır ki, uşaqda daha sonrakı müayinə və müalicə tələb edən inkişaf etməkdə olan yetişkənlik yoxdur. Əgər böyüməni sürətlənməsi və döşlərin böyüməsi davam edərsə, erkən cinsi yetkinliyə görə müayinələrin aparılması özünü doğruldur. Baxın.
Artıq çəkili hər ikinci yaşlı kişidə ginekomastiya vardır. Bu ehtimal ki, piy toxumasında androgenlərin estrogenlərə metabolizmə uğraması səbəbindəndir.