APECED (autoimmun poliendokrinopatiya – kandidoz – ektodermal distrofiya)
EBM Klinik protokolları
09.08.2017 • Sonuncu dəyişiklik 09.08.2017
JarmoJääskeläinen
Əsas məqamlar
- Aşağıdakılardan biri və ya ikisi olan bütün uşaqlar və gənclərdə bu xəstəlikdən şübhələnin, əks halda izah edilməmiş simptomlar və ya vəziyyətlər:
- inadkar və ya təkrarlanan ağız boşluğunun kandidozu (şəkil); qida borusunda, dəridə və dırnaqlarda da baş verə bilər.
- yüngül hallarda yalnız ağızın kənarlarında şırımlar (şəkil)
- hipoparatiroidizm
- Addison xəstəliyi
- alopesiya
- xroniki keratokonyunktivit (simptomlar: işığa həssas qırmızı gözlər)
- uşağın autoimmun hepatiti
- qəfil qızdırmalı eritema və infeksiyanı göstərən tapıntıların olmaması
- xroniki diareya və ya obstipasiyanın ağır forması
- Daimi dişlərin minasının hipoplaziyası (şəkil)
- bükülmüş dırnaq distrofiyası (şəkil)
- Daimi dişlərin minasının hipoplaziyası (şəkil) və bükülmüş dırnaq distrofiyası (şəkil) şübhələri arıtır. "?>
Epidemiologiya
- Dünyada təxminən 400 hal qeydə alınıb.
- Autosom resessiv irsilik: hər iki autoimmun tənzimləyici genin (AIRE) mutasiyaları ( xromosom 21q22.3)
- Bütün xalqlarda rast gəlinir: indiyədək ən çox finlərdə, sardiniyalılarda və İran yəhudilərində rast gəlinib.
- Kliniki mənzərə və inkişafı çox dəyişkəndir, diaqnozda gecikməyə səbəb olur və ya diaqnoz qoyulmaya bilər.
- Müəyyən mövqelərdə yerləşən autoimmun tənzimləyici genlərinin mutasiyası (amino turşularını p.299–340 və p.228 mövqelərində kodlaşdırır) autosom dominant tipli irsi autoimmun xəstəliklərinə də səbəb ola bilər.
Klinik mənzərə
- Xəstəliyin klinik mənzərəsi və inkişafı çox dəyişkəndir. İlk simptomlar adətən ağızın selikli qişasının kandidal təbəqəsi ilə birlikdə ağız ətrafı yaralar, hipokalsiemiya simptomları (ədatən qızdırmalı infeksiyalarla əlaqədar lənglik, əzələ spazmı, konvulsiyalar) və ya zəiflik, yorğunlik və çəkinin azalması
- Bununla belə, kandidozaların, hipoparatiroidizm və Addison xəstəliyinin əvəzinə klinik mənzərədə digər xəstəliklərin kliniki elementləri (bax cədvəl), məsələn, keratokonyunktiv, qızdırmalı eritema və ya autoimmun hepatit üstünlük təşkil edə bilər.
- İlk element adətən 15 yaşdan əvvəl üzə çıxır, ancaq yetkinlik dövründə də ola bilər. Yeni element həyat boyu üzə çıxa bilər.
Finlandiyalı 91 xəstədə 10 və 40 yaşlarında APECED-in elementlərinin yayılması
(%)
| Component |
10 yaşında |
40 yaşında |
| Ağız və/və ya dəridə kandidoz |
83 |
100 |
| Ən azı bir endokrinopatiya |
74 |
100 |
| Hipoparatiroidizm |
65 |
87 |
| Addison xəstəliyii |
40 |
81 |
| Şəkər xəstəliyi |
3 |
23 |
| Hipotiroidizm |
1 |
21 |
| Yumurtalıq atrofiyası |
– |
69 |
| Kişi hipoqonadizmi |
– |
28 |
| Keratokonyuktivit |
18 |
22 |
| Pernisioz anemiya |
3 |
28 |
| Hepatit, aktiv və ya qeyri-aktiv |
12 |
18 |
| Xroniki diareya |
13 |
22 |
| Obstipasiya |
10 |
26 |
| Dalaq çatışmazlığı |
9 |
≥ 19 |
| Tubulointerstisial nefrit |
2 |
≥ 7 |
| Qızdırmalı eritemanın anamnezi |
12 |
14 |
| Gözün damarlı qişasının anamnezi |
≥ 2 |
≥ 8 |
| Alopesiya (saç tökülməsi) |
16 |
39 |
| Vitiliqo |
9 |
31 |
Əsas pozğunluq
- Autoimmun tənzimləyici genin çatışmazlığında timusda autoreaktiv T-limfositlərin məhv edilməsi normal baş vermir; xəstə bir çox orqanların autoimmun məhvinə məruz qalır. Bununla əlaqədar olaraq xəstə dəri kandida infeksiyalarından yayına bilmir.
Vacib müayinələr
- Artıq xəstəliyin ilkin kliniki elementləri üzə çıxmazdan əvvəl demək olar ki, bütün xəstələrin plazmasında interferon alfa autoantitellər olur. APECED-lə bağlı şübhələr yarandığı zaman bu ilkin laborator müayinələrdir. Onun həssaslığı və spesifikliyi hətta DNT diaqnostikasınkından daha yaxşıdır.
- Antitellərin hərtərəfli müəyyən olunması böyrəküstü vəzinin qabığının, yumurtalıq və mədənin parietal hüceyrələrinin məhvini üzə çıxarır, xəstəliyin müayinəsində faydalıdır. 1-ci tip diabet və autoimmun tiroiditlə əlaqədar antitellər geniş yayılıb, lakin onların proqnozluluğu zəifdir, yəni onlar həqiqi diabet və ya hipotiroidizmdən daha geniş yayılıb.
Müalicə və müalicəsonrası müayinə
- Şübhəli hallarda endokrinoloqla (çox güman ki pediatrik endokrinologiyada ixtisaslaşmış) məsləhətləşmək lazımdır. O, həmçinin xəstənin müalicəsonrası müayinəsi üçün də məsuliyyət daşıyır.
- Yeni xəstəlik elementlərinin yaranması müntəzəm laborator müayinələrlə monitorinq edilməlidir. Prinsipcə hər element müstəqil xəstəlik kimi müalicə edilməlidir. Bununla belə endokrin elementləri və onların müalicəsi bir-birinə təsir göstərəcək. Ümumi immunoloji müalicə indiyədək mövcud deyil.
- Ağız boğluğunun kandidozu və ezofaqeal kandidoza effektiv nəzarət edilməlidir. Çünki bu karsinogenikdir. Bir həftə ərzində sağalmayan ağız xorası biopsiya tələb edir.
Xəstəlik yükü
- Xəstəliyin yükü kliniki mənzərədən asılı olaraq dəyişir. Bütün xəstələr üçün ümumi yük, xəstəliyin yeni, mümkün, həyat üçün təhlükəli (selikli qişa karsinoması, hepatit) elementlərinin istənilən vaxt üzə çıxa biləcəyi ilə bağlı məlumatlılıqdır.
- Endokrinoloji pozğunluqlar, xüsusilə də hipoparatiroidizm, Addison xəstəliyi və diabet, həmçinin autoimmun iltihablı bağırsaq xəstəlikləri, xüsusilə bunlardan ən azı 2-si eyni xəstədə baş verirsə, gündəlik dərmanlardan başqa ciddi müayinə tələb edilir. Bu hal funksionallığı məhdudlaşdıra bilər.
- Kosmetik problemlər (alopesiya, vitiliqo, ağız və dişlərin anormallıqları) psixoloji problemlər də yarada bilər.
- müayinə və müalicənin keyfiyyəti yaxşı olarsa və xəstə ailəsi ilə birlikdə bunun məsuliyyətini öz üzərinə götürərsə, belə xəstələrin əksəriyyəti üçün uzunömürlülük normaldır.
Müvafiq mənbələr
Perheentupa J. Autoimmune polyendocrinopathy-candidiasis-ectodermal dystrophy. J Clin Endocrinol Metab 2006;91(8):2843-50. Oftedal BE, Hellesen A, Erichsen MM et al. Dominant Mutations in the Autoimmune Regulator AIRE Are Associated with Common Organ-Specific Autoimmune Diseases. Immunity 2015;42(6):1185-96. Ferre EM, Rose SR, Rosenzweig SD et al. Redefined clinical features and diagnostic criteria in autoimmune polyendocrinopathy-candidiasis-ectodermal dystrophy. JCI Insight 2016;1(13):.