Progesterondan istifadə etməklə menstruasiyanı ləngitmək mümkündür.
Menstruasiyanın vaxtının dəyişdirilməsi proseslərinin, əsasən səfərdən və ya hər hansı bir tədbirdən və yaxud da daha fərqli bir səbəbdən öncə həyata keçirilməsinə üstünlük verilir (bu yolla səfər zamanı dərman qəbuluna ehtiyac qalmır).
Kombinasiya olunmuş kontraseptiv həblərdən istifadə edən qadınlar bu preparatları, menstruasiya vaxtının dəyişdirilməsi məqsədiylə qəbul edirlər.
Oral kontraseptivlərdən istifadə etməyən qadınlar
Hamiləliyin erkən dövrlərində progesteron qəbulunun təhlükəsizliyinə dair heç bir məlumat mövcud deyildir. Buna görə də hamiləlik, dərman qəbuluna əks göstəriş hesab olunur. Müalicə zamanı kontrasepsiyadan (IUD, prezervativ (kondom), qorunma) istifadə edilməlidir.
Məhsullar
Noretisteron
Maksimum 14 gün olmaqla, gündə iki dəfə 5 mg (ləkələrə təsadüf edildikdə, gündə üç dəfə). Müalicəyə, menstruasiyanın başlanmasının təxmin edildiyi ilk günündən ən azı üç gün əvvəl başlanılmalıdır.
Linestrenol
Gündə 10 mg (bu doza, adətən kifayət edir)
Həmçinin uzunmüddətli amenoreya - menstruasiya olmama (14 gündən çox) arzu edildikdə də istifadə olunur .
Axşamlar 2 həb. Müalicəyə, menstruasiyanın başlanmasının təxmin edildiyi ilk günündən 4-5 gün öncə başlanılır. Amenoreyanın tələb olunduğu müddət ərzində müalicə davam etdirilir. Əgər açıq qanama müşahidə edilərsə 3 - 5 gün ərzində dozanı, 15 mg-a qaldırmaq olar.
Oral kontraseptivlərdən istifadə edən qadınlar
Bir fazalı kombinə olunmuş kontraseptivlərdən istifadə edən qadınlar həblərin qəbuluna, normal həbsiz dönəmi buraxmaqla, növbəti zolağa keçməklə davam edə bilərlər.
Amenoreyanın tələb olunduğu müddət ərzində həblərin qəbuluna ara vermədən davam etmək mümükündür məsələn, iki tam zolaq ardıcıl olaraq qəbul edildikdən sonra, 7 gün həblərin qəbuluna ara vermək olar.
Qeyd edin! Bəzi müasir prosedurlarda həblərin istifadəsinə ara verildiyi dönəm, plasebo dərmanlarının qəbul edilməsiylə əvəzlənmişdir: bundan qaçınılmalıdır və menstruasiyanın ertələnməsi məqsədiylə yeni zolağa başlanılmalıdır.
Qanaxma, sonuncu həbin qəbulundan 2 - 4 gün sonra başlayır. 7 günlük fasilədən sonra məhsulun istifadəsi, adi qaydada davam etdirilir.
Ardıcıl, bir fazalı və ya üç fazalı kombinə olunmuş oral kontraseptivlərdən istifadə edən qadınlar, həblərin qəbuluna yuxarıda göstərilmiş qaydada davam edə bilərlər, lakin yeni zolağın sonuncu 10 həbi, yalnız tərkibində daha çox progesteron olduğu təqdirdə istifadə edilir. Bu, menstruasiyanın başlamasını ləngidəcəkdir.
Oral progestogen - tək kontraseptiv ("minihəb")-in tərkibindəki progestogenin miqdarı, menstruasiyanı ləngitmək üçün kifayət deyildir. Bu üsuldan istifadə edən qadınlar, menstruasiyanın vaxtını dəyişmək üçün arzu edilən zaman kəsiyində gün ərzində 2 həb istifadə edə bilərlər. Noretisterondan da, həmçinin yuxarıda təsvir edilmiş şəkildə istifadə edilə bilər və ya əks təsirin mövcud olmadığı təqdirdə kombinə olunmuş oral kontraseptivlərin istifadəsinə başlanıla bilər.
Hormonal IUD-nin istifadəçiləri, əlavə olaraq progesteron - tək kontraseptivlərdən (məs, həb, 30 µg levonorgestreldən ibarətdir, gün ərzində 2 həb) və ya istifadəsinə hər hansı bir əks göstərişin olmadığını güman edərək 0.15 mg levonorgestrel və 30 µg etiniloestradioldan təşkil olunmuş bir fazalı kombinə olunmuş oral kontraseptivlərdən istifadə etməklə menstruasiya vaxtını dəyişə bilərlər.