Çanağın İltihabi Xəstəlikləri (ÇİX)
EBM Klinik protokolları
04.09.2018 • Sonuncu dəyişiklik 10.11.2017
LeenaLaitinen
Əsas məqamlar
- Erkən diaqnostika və müalicə ÇİX-nin gecikmiş ağırlaşmalarını azaldır:
- sonsuzluq
- ektopik hamiləlik
- Xronik abdominal ağrı
Epidemiologiyası
- ÇİX, adətən, reproduktiv yaşda olan gənc qadınlarda baş verir.
- Kəskin və xronik ÇİX-nə bölünür (müvafiq olaraq 30 gündən az yaxud çox olmasına görə ).
Etiologiyası
Çanağın Kəskin İltihabi Xəstəlikləri
- Ən mühüm törədici amilləri cinsi yolla keçən mikroblar: Xlamidiya- Chlamydia trachomatis və Neyseriya- Neisseria gonorrhoeae (əhəmiyyətli dərəcədə nadir). 2014-cü ildə Finlandiyada :244/100 000 xlamidiya infeksiyası, (bunların 82% -i 15 -29 yaşlar arasında insanlar olmuşdur;) 20-24 yaşlarında olan insanlarda yüksək rast gəlmə tezliyi ilə 5.3/100 000 qonoreya infeksiyası baş vermişdir." ?>
- Mikoplazma -Mycoplasma genitalium
- Digər törədici patogenlər : Peptostreptokokklar, Bakteroidlər, Atopobium, Leptotrichia və Klostridiya növləri, mikoplazma- Mycoplasma hominis, Ureoplazma-Ureaplasma urealyticum
- Əlavə olaraq təqribən, patogenlərin 15%-i respirator yaxud bağırsaq mənşəlidir : Haemophilus influenzae, Streptococcus pneumoniae, A qrup Streptokokklar, Qızılı Stafilokokk- Staphylococcus aureus və Kampilobakter növləri.
- Digər mümkün ola biləcək törədici amillərə qeyri-hemolitik streptokokklar, Bağırsaq çöpləri- Escherichia coli, Haemophilus influenzae, peptokokklar, peptostreptokokklar, və Bakteroid cinsi daxildir. Mikoplazmalar və virusların da Çanağın Kəskin iltihabi Xəstəlikləri ilə bağlı olması mümkün ola bilər. "?>
- ÇİX adətən bir neçə mikrob ilə eyni zamanda törədilir.
- Müayinələrə baxmayaraq, təqribən 1/4 hallarda etiologiyası naməlum qalır. "?>
Çanağın Xronik İltihabi Xəstəlikləri
- Vərəm mikobakteriyaları Mycobacterium tuberculosis ( vərəm riski olan ölkələr)
- aktinomisetlər- (Çox zaman pasientlərdə UDV olur, infeksiya yaxmada aşkarlanır (pap test))
Klinik mənzərəsi "?>
- Çanağın kəskin iltihabi xəstəlikləri zamanı xəstəliyin gedişatı.
- Tipik olaraq aybaşı, yaxud Uşaqlıqdaxili Vasitələrin (UDV) qoyulması kimi proseslərdən sonra başlayır. ( 3 həftəyədək ehtimalı yüksəkdir).
- İnfeksiya servikal kanal ilə qalxaraq uşaqlqda uşaqlığın selikli qişasının iltihabını, yaxud endometrit, və fallopi borulanda boruların iltihabı yaxud, salpingit, və ya fallopi boruları və yumurtalıqların iltihabı- yaxud salpinqoooforit, və fallopi borularında irin yığılarsa- piosalpinks törədir.
- Həmçinin, Çanağın İltihabi Xəstəlikləri ilə əlaqədar perihepatit, yaxud qaraciyərin fibroz kapsulasının səthi iltihabı (tunica fibrosa hepatis),və periappendisit , baş verə bilər. Ağır hallarda boru-yumurtalıq absesi və peritonit inkişaf edə bilər.
- Tipik olaraq aybaşıdan sonra başlayır. İnfeksiya servikal kanalla yuxarı qalxaraq uşaqlıqda endometrioz, fallopi borularında isə salpingit törədir. Perihepatit və periapendisit də həmçinin baş verə bilər. Boru-yumurtalıq absesi və peritonit çanağın kəskin iltihabi xəstəliklərinin ən ciddi ağırlaşmasıdır. "?>
- Simptomları
- Qarının aşağı hissəsində hərəkət zamanı artan ağrılar
- Qeyri-normal vaginal axıntı (aybaşıarası dövrdə qanama, cinsi əlaqədən sonra qanama)
- Cinsi əlaqə zamanı ağrı, sidik ifrazı zamanı ağrı
- ( yüngül) qızdırma
- Simptomların kəskinliyi dəyişkəndir: xəstəliyin cox cüzi simptomları ola bilər, yaxud demək olar ki, asimptomatik, (xüsusilə də xlamidiya) yaxud pasientin ümumi vəziyyətinin pisləşməsi ilə gedən septik xəstəlik şəklində təzahür edə bilər.
- Müayinə nəticələri:
- Palpasiya zamanı qarnın aşağı hissəsində ağrılı gərginlik.
- Uşaqlıq artımlarının yaxud uşaqlığın çanağın müayinəsi zamanı gərgin ağrılıolması
- Güzgü ilə müayinə zamanı selikli-irinli yaxud qanlı servikal axıntı
- Simptomları. Vibrasiyadan artan ağrı Leykorreyanın artması Laxtalanma pozuntuları ola bilər. Qızdırma Simptomların ağırlığı pasientlər arasında fərqlidir və xəstəlik çox yüngül simptomlar verə bilər, və hətta asimptomatik də ola bilər( xüsusən xlamidiya)kliniki müayinənin nəticələri Qarının aşağı nahiyəsində ağrılı gərginlik. Çanağın müayinəsi zamanı uşaqlıq və uşaqlıq artımlarının ağrılı gərginliyi. Güzgü ilə müayinədə selikli-irinli axıntı görülə bilir. "?>
Klinik müayinə
- CRZ və leykositlər( adətən yüksəlmiş)
- Differensial diaqnostika üçün sidiyin biokimyəvi analizi və sidiyin bakterioloji əkilməsi vacibdir.
- Sidiyin analizi. Differensial diaqnostika üçün vacibdir. "?>
- Qan zərdabında İnsan Xorionik Qonadotropinin təyini differensial diaqnostika üçün vacibdir.
- Qonokokk və xlamidiya nümunələri ( ilkin sidik nümunəsi və yaxud servikal kanaldan yaxma nümunəsi )
- Həmçinin, anormal sitologiyanın təyini üçün yaxma
- Xüsusilə absesi olan pasientlərdə HİV analizini nəzərə alın.
- Xlamidiya- Chlamydia trachomatis
- və Neyseriya- Neisseria gonorrhoeae ( ilkin sidik nümunəsi) Həmçinin anormal sitologiyanın təyini üçün yaxma götürülə bilər."?>
Xəstəxanada aparılan xüsusi müayinələr.
- Transvaginal ultrasonoqrafiya
- Müayinənin nəticəsi : Fallopi borularının divarlarının qalınlaşması, mayenin toplanması, Duqlas boşluğunda maye, qarın boşluğunda yaxud yumurtalıqlarda abses, endometriyanın damar şəbəkəsinin qalınlaşması və artması.
- Laparoskopiya
- Pasientdə piosalpinks olarsa, yaxud, müalicəyə az və ya tabe olmayan abses, yaxud iltihabı göstərən müayinə nəticələri olduqda göstərişdir.I
- Endometrial biopsiya (xüsusilə də uzunmüddətli gedişli olduqda )
- MRT yaxud KT müayinəsi, xüsusən də, differensial diaqnostikada.
Differensial diaqnozu
- Bağırsaqların iltihabi xəstəlikləri (appendisit, divertikulit, Kron xəstəliyi)
- ektopik hamiləlik
- Yumurtalıq kistası (burulması yaxud cırılması)
- Ağrının sürətli başlanması və normal yaxud azca yüksəlmiş iltihab göstəriciləri .
- Endometrioz
- Uzunmüddətli anamnez və iltihab göstəricilərinin yüksəlməsi olmadan simptomların residivi
- Sidik yollarının infeksiyaları
- Normal ginekoloji vəziyyət
Müalicəsi
- Ambulator müalicə edilir, əgər:
- pasientin ümumi vəziyyəti yaxşıdırsa,
- oral mikrobəleyhinə müalicə istifadə edilə bilər
- iltihab göstəriciləri yalnız azca yüksəlibsə
- Ambulator yardım zamanı mikrobəleyhinə müalicə.
- İlk növbədə xlamidiya əleyhinə müalicə: 100 mq doksisiklin 14 gün müddətində gündə 2 dəfə və ya, müvafiq olaraq, 400 yaxud 500 mq metranidozol 3 və ya 2 dəfə gündə
- Allergiyalı xəstələr üçün qeyri-optimal alternativ müalicə isə, məsələn, 500 mq siprofloksasin gündə x3 dəfə və ya metronidazol gündə x3 dəfə.
- Əgər qonoreyaya şübhə varsa,(uşaqlıq yolundan aydın təzahür edən irinli ifrazat) müalicəyə ə/d seftriaksonun 250 mq-lıq birdəfəlik dozası ilə başlanıla bilər və əlavə olaraq, 14 gün ərzində 100 mq doksisiklin gündə iki təyin oluna bilər.
- Əgər xlamidiya və qonokokk infeksiyaları istisna edilə bilərsə, və infeksiya Məsələn UDV-nin qoyulmasından sonra yenidən təkrarlanarsa, bu adətən normal vaginal floranın törətdiyi qarışıq infeksiyadır və sefaleksin ( gündə 500 mq x3 dəfə yaxud , 750 mq x2 dəfə ) və metronidazolla ( gündə 500 mq x2 dəfə yaxud 400 mq x 3 dəfə) kombinasiya edilə bilər.
- Xəstəxanada müalicəyə göstərişlər.
- İmmunitetin zəifləməsi yaxud ümumi vəziyyətin pis olması.
- Hamiləlik
- Naməlum diaqnoz ( məsələn, appendisit və ektopik hamiləliklə differensial diaqnostikası)
- Yüksək qızdırma (Qeyd ! CRZ leykositlərə nəzərən daha ləng yüksəlir)
- Kiçik çanaqda absesə şübhə olarsa.
- uğursuz ambulator müalicə yaxud müşahidə gəlişlərinin təşkilinin çətinliyi.
- Xəstəxanada mikrobəleyhinə müalicə
- 100 mq doksisiklin gündə 2 dəfə və metronidazol 500 mg gündə 3 dəfə yaxud V/d
- 2ci və ya 3cü nəsil sefalosporinlər v/d və 500 mq metraniazol gündə 3 dəfə yaxud
- v/d klindamisin 800 mq gündə 3 dəfə və levofloksasin 500 mq 2 dəfə gündə
- UDV-nin xaric edilməsi; əgər pasientin qızdırması olarsa və/və ya iltihab göstəriciləri aşkar surətdə yüksəlibsə və ya, medikamentoz müalicəyə zəif reaksiya müşahidə olunarsa.
- Lazım gələrsə, cinsi əlaqə sonrası və daha sonrakı kontrasepsiyanı barədə unutmayın
- Simptomların yüngülləşdirilməsi üçün QSİƏM-lər
- kifayət qədər uzun müddətli xəstəlik vərəqi ilə İstirahət (mikrobəleyhinə müalicə dövründə, ehtiyac olduqda, xüsusən pasientdə qızdırma olarsa)
- (xlamidiya və qonoreya üçün nümunələr) Cinsi partnyorun müayinəsi və müalicəsi.
- Dinamik müşahidə gəlişini unutmayın!
- Finlandiyada xlamidiya və qonoreyanın müalicəsi ödənişsizdir.
- Xəstəxanada müalicəyə göstərişlər. Gənc yaş və uşaq doğmayanlar (sonsuzluğun profilaktikası )Hamiləlik Naməlum diaqnoz ( məsələn, appendisit və ektopik hamiləliyə görə differensial diaqnostika) Yüksək qızdırma Kiçik çanaqda absesə şübhə Ambulator müalicə uğursuz olduqda və müşahidə gəlişlərinin təşkili çətin olduqda. Mikrobəleyhinə müalicə. Əgər seçim müalicəsi ambulator olaraq peroral preparatlar olarsa, ilk növbədə xlamidiya əleyhinə məqsəd daşıyır: peroral doksisiklin 14 gün müddətində 100 mq gündə 2 dəfə Əgər qonoreyaya şübhə varsa,( uşaqlıq yolundan aydın irinli ifrazat olarsa) müalicəyə seftiaksonun birdəfəlik dozası 250 mq olmaqla ə/d başlanıla bilər ; Bu halda peroral doksisiklin 100 mq gündə 2 dəfə olmaqla 14 gün müddətində,həmçini, təyin oluna bilər. Əgər pasientdə Uşaqlıqdaxili Vasitə (UDVyaxud bakterial vaginoz ) olarsa, metronidazolla (500 mq gündə iki dəfə) kombinə edilərək müalicə aparılır. Metronidazol Çanağın Yüngül İltihabi Xəstəliklərinin müalicəsində müntəzəm olaraq istifadə edilməməlidir. Əgər xlamidiya və qonokokk infeksiyaları istisna edilibsə və infeksiya yenidən təkrarlanırsa, məsələn, UDV-in qoyulmasından sonra, bu, adətən normal vaginal floranın törətdiyi qarışıq infeksiyadır və sefaleksin və metronidazol kombinasiyası ilə müalicə edilməlidir. UDV-nin xaric edilməsi .Daha sonrakı kontrasepsiya barədə unudulmamalıdır. Simptomların yüngülləşməsi üçün QSİƏM-lər İstirahət Kişi cinsi partnyorların müayinəsi və müalicəsi ( qonoreya və xlamidiyayaya görə analiz nümunələri) Müşahidə gəlişini unutmayın! "?>
Proqnozu
- Subyektiv olaraq normal hallarda pasientlər Çanağın İltihabi Xəstəliklərinin kəskin fazası zamanı tez sağalırlar. Absesin sorulması sağalmanı sürətləndirir.
- ÇİX-nin uzunmüddətli ağırlaşmasının zamanı ən böyük fəsadı: qarının aşağı hissələrində ağrı, infeksiyanın residivi, sonsuzluq, və ektopik hamiləlikdir.
- Pasientlər ÇİX-nin kəskin fazası zamanı tez sağalır. Mümkün ola bilən absessin sorulması sağalmanı sürətləndirir. Kəskin ÇİX-nin uzunmüddətli ağırlaşmasının ən böyük problemləri: qarının aşağı hissəsində ağrı, infeksiyanın residivi və uşaqlıqdankənar(ektopik ) hamiləlikdir. "?>
Müvafiq mənbələr
Zimmerman HL, Potterat JJ, Dukes RL, Muth JB, Zimmerman HP, Fogle JS, Pratts CI. Epidemiologic differences between chlamydia and gonorrhea. Am J Public Health 1990 Nov;80(11):1338-42. Centers for Disease Control and Prevention, Workowski KA, Berman SM. Sexually transmitted diseases treatment guidelines, 2006. MMWR Recomm Rep 2006 Aug 4;55(RR-11):1-94. Gottlieb SL, Xu F, Brunham RC. Screening and treating Chlamydia trachomatis genital infection to prevent pelvic inflammatory disease: interpretation of findings from randomized controlled trials. Sex Transm Dis 2013;40(2):97-102. Schindlbeck C, Dziura D, Mylonas I. Diagnosis of pelvic inflammatory disease (PID): intra-operative findings and comparison of vaginal and intra-abdominal cultures. Arch Gynecol Obstet 2014;289(6):1263-9. Molander P, Sjöberg J, Paavonen J et al. Transvaginal power Doppler findings in laparoscopically proven acute pelvic inflammatory disease. Ultrasound Obstet Gynecol 2001;17(3):233-8. Brunham RC, Gottlieb SL, Paavonen J. Pelvic inflammatory disease. N Engl J Med 2015;372(21):2039-48.