Bartolinit; Bartolin axacağının absesi və kistası
EBM Klinik protokolları
10.08.2017 • Sonuncu dəyişiklik 10.08.2017
PenttiK.Heinonen
Əsasları
- Kəskin abses təcili bir şəkildə cərrahi yolla kənarlaşdırılır.
- Simptomatik axacaq kistası konservativ yolla müalicə edilir. Əgər vəziyyət residivləşərsə, həm kista, həm də vəzi cərrahi yolla kənarlaşdırılır.
Ümumi
- Bartolin vəzi (lat. glandula vestibularis major) vaginal dəhlizə posterolateral istiqamətdə, böyük cinsiyyət dodaqlarının (lat. labia majora) arxasında, çanaq dibinə yerləşdirilmiş şəkildə yerləşmişdir. Cüt vəzilər təxminən 1 sm ölçüdədir.
- Vəzi palpasiya zamanı hiss edilmir. Vəzinin 2 sm-lik axacağı kiçik cinsiyyət dodaqlarının (lat.labium minus) posterior (arxa) hissəsinin daxili tərəfinə açılır. Kanalın ağzı gözlə görünür.
- Vəzi selik ifraz edərək vaginal dəhlizi nəmləndirir.
- Abses və ya kista, infeksiya və ya bəzi digər zədələyici amillərin vəzi axacağını abstruksiya etməsilə inkişaf edir.
- Axacaq kistası ilə müqayisədə absesin rast gəlmə tezliyi üç dəfə daha çoxdur.
- Qadınların təxminən 2%-i həyatları boyu Bartolin vəzin xəstəliklərindən əziyyət çəkirlər.
Abses
- İnfeksiya həm aerob, həm də anaerob bakteriyaların qarışığından meydana gəlir. E. coli ən geniş yayılmış aerob, Bacteroides növlər isə ən geniş yayılmış anaerob patogendir.
- Qonoreya və xlamidiya ehtimalı nəzərdə saxlanılmalıdır.
- Yüngül infeksiyada axacaqdan gələn irin yeganə simptom sayılır.
- Axacaq tutulduqda xəstənin oturmasına və gəzməsinə mane olan ağrılı abses formalaşır. Xəstədə ümumi simptom olaraq qızdırma müşahidə edilə bilər.
Kista
- Bartolin axacağının kistası (şəkil) infeksiyanın ardınca formalaşır.
- O, həmçinin epiziotomiya zamanı axacağa göstərilmiş travma və zədənin nəticəsi kimi də meydana gələ bilər.
- Bartolin kista 3% xəstələrdə asimptomatik olaraq təsadüf nəticəsində aşkarlanan bir tapıntıdır.
- Kista daha böyük bir ölçüyə çatdıqda disparuniyaya səbəb olur. Kista həmçinin infeksiyalaşıb ikincili abses formalaşdıra bilər.
Differensial diaqnostika
- Vulvada infeksiyalaşmış hematoma, perianal abses.
- Parauretral (Skene) vəzin infeksiyası (Bartolin vəzinin önündə yerləşir)
- Vulvanın xoşxassəli şişləri məs. lioma, fibroma, leyomiyoma
- Bartolin vəzin xərçənginə nadir hallarda rast gəlinir, lakin o hər zaman postmenapauzal qadınlarda bir ehtimal olaraq nəzərdə saxlanılmalıdır
Müayinələr və müalicə
- Bakterial kultura üçün nümunə Bartolin absesindən və ya infeksiyalaşmış kistanın ifrazatından götürülür.
- Zöhrəyi xəstəliklərdən şübhələnildikdə N. gonorrhoeae və C. trachomatis nümunələri də həmçinin əldə edilməlidir.
- Əgər cinsiyyət dodaqlarındakı şişkinliyin kista olmasından şübhələnilirsə, bu halın cərrahi otaqda mövcud olduğu halda ultrasəs müayinəsi vasitəsilə asanlıqla təstiqlənməsi mümkündür.
- Əgər absesin drenajı zamanı nekrotik toxumalara təsadüf edilərsə, əgər xəstəlik müalicəyə cavab vermirsə və ya əgər vəzidə ağrısız şişkinlik tapılmışdırsa, bədxassəli şişi inkar etmək məqsədilə nümunə əldə edilir.
Abses
- Yetişmiş, hərəkətli abses yerli anesteziyanın tətbiqindən sonra selikli qişadan kəsilir və boşaldılır.
- Antibakterial müalicə tövsiyə edilir
- abses böyükdür
- o, vəzidən kənara çıxır
- xəstə qızdırmalıdır
- Tövsiyə edilən antibakterial müalicə kursu
- 7 gün ərzində oral yolla birinci nəsil sefalosporin (məs. sefaleksin) 500 mq x 3 və metronidazol 400 mq x 3 və ya
- amoksisillin + klavulan turşusu 875 mq/125 mq × 2 5-7 gün ərzində
- Xlamidia üçün doksisillin 100 mq x 2 7-10 gün ərzində
- Əgər abses hələ başlanğıc mərhələdədir və hərəkətli deyilsə, antibakterial dərman maddələri drenaja cəhd etmədən təyin edilir. Əksər hallarda abses cərrahi drenajı tələb edəcək həddə qədər inkişaf edir.
- Təkrari müayinə cərrahi kəsikdən bir ay sonra həyata keçirilir.
- 5-15% xəstələrdə cərrahi kəsikdən və drenajdan sonra abses ya residivləşir ya da axacaq kistası formalaşdırır.
- Drenaja alternativ olaraq ''Word'' kateter də tətbiq edilə bilər''?>. Yerli anesteziyadan sonra absesin divarında 5 mm ölçüdə kəsik aparılır və abses boşaldılır. Kateter boşluğun daxilinə yerləşdirilir və onun balonu yerində sabit qalması üçün 2-3 ml duzla doldurulur. Kateterin digər ucu vaginaya yönəldilir. Kateter 3 həftə qalmağa davam edir. Epitelizasiya yolu ilə kanalın yeni bir çıxışı meydana gəlir.
- Marsupializasiya absesin müalicəsi üçün tövsiyə edilmir.
- Hamiləlik zamanı abses adi qaydada müalicə edilir. Prosedur xarici cinsiyyət orqanlarında qan axınının artması ilə ağırlaşa bilər.
- İnfeksiya ətrafdakı yumşaq toxumalara yayılmışdırsa, xəstəyə təcili yardımın göstərilməsi üçün xəstəxanaya göndərilməlidir.
Kista
- Simptomatik kista müalicə tələb etmir.
- Kistada inkişaf etmiş abses, digər abseslər kimi müalicə edilir.
- Kista marsupializasiya (kistanın daxili səthinin kənarları qatlanaraq ətrafdakı dəriyə və ya selikli qişaya tikilir) və ya 'Word'' kateterin tətbiqi ilə müalicə edilir''?>.
- Konservativ müalicə üsulları vəzin funksiyalarının saxlana bilməsi üstünlüyünə malikdir.
- Əgər konservativ müalicə üsulları müsbət nəticə verməzsə və ya bədxassəli prosesdən şüngələnilərsə, kista və vəzi cərrahi yolla kənarlaşdırılır.
- Hamiləliyin sonlarına yaxın və ya doğuşdan əvvəl kista iynə aspirasiyası yolu ilə boşaldılır və digər müalicə üsulları doğuşdan sonrakı dönəmə saxlanılır.
Adiyyatı mənbələr
Omole F, Simmons BJ, Hacker Y. Management of Bartholin's duct cyst and gland abscess. Am Fam Physician 2003;68(1):135-40. Lee MY, Dalpiaz A, Schwamb R et al. Clinical Pathology of Bartholin's Glands: A Review of the Literature. Curr Urol 2015;8(1):22-5. Patil S, Sultan AH, Thakar R. Bartholin's cysts and abscesses. J Obstet Gynaecol 2007;27(3):241-5.