Antenatal clinics and specialist care: consultations, referrals, treatment guidelines
EBM Klinik protokolları
14.08.2017 • Sonuncu dəyişiklik 14.08.2017
JukkaUotila
Əsas müddəalar
- Yerli şəraitdə doğum evinə / xəstəxananın doğum şöbəsinə göndəriş vermək üçün tələb olunan qaydalar ilə tanış olun.
- Qeyri - müəyyən hallarda telefon və ya yazılı şəkildə müvafiq mütəxəssisə (həkimə / mama - ginekoloqa) müraciət edin.
- Mümkünsə, təcili göstərişlər üzrə xəstəxanaya göndəriş verilməsindən qaçın və xəstə üçün planlaşdırılmış qəbul təyin edin. Belə olduqda, xəstəxanada tələb olunan mütəxəssislərin və avadanlıqların olması təmin ediləcək və lazım olduğu hallarda, xəstəxananın işçiləri əvvəlcədən müvafiq ədəbiyyatla tanış olmaq üçün vaxt tapacaqlar.
- Ananın və ya dölün vəziyyəti gecikmədən qiymətləndirmə və ya müalicə tələb edilirsə, pasiyenti təcili yardımla profil üzrə göndərin.Təcili yardım müraciətində problemlər çoxdur: xəstəxanada gözləmə müddəti uzun ola bilər, araşdırma və müalicə tələsik aparıla bilər, müraciət xəstə üçün lazımsız narahatlığa səbəb ola bilər və hətta patronajlıq edən klinikanın etibarlılığı şübhə altına alına bilər.
- Həmçinin bax .
Hamilələyin planlaşdırılması mərhələsində göndəriş verilməsi
- Əgər pasiyent hamiləliyi əvvəlcədən planlaşdırırsa, mütəxəssislərlə birlikdə məsləhətləşmələr aparılması aşağıdakı hallarda lazım ola bilər:
- hər hansı bir ciddi xəstəliyin və ya proqnozu bəlli olmayan xroniki xəstəliyin olması;
- əvvəlki hamiləlik dövründə ciddi bir ağırlaşmanın olması və doğuşdan sonrakı müayinə zamanı həmin ağırlaşmanın xarakterinin yetərincə qiymətləndirilməməsi;
- ailə anamnezində hər hansı bir irsi xəstəliyin olması və pasiyentin həmin xəstəliyin təsadüf edilmə nisbəti barədə məlumatı yoxdur və ya həmin xəstəliklə əlaqadər olan skrininqlərin mövcudluğundan xəbəri yoxdur.
- Lazım gələrsə, pasiyentə doğuş klinikasına, genetik klinikaya və ya digər bir ixtisaslaşmış klinikaya göndəriş verilir. Müalicə planı ilkin səhiyyə xidməti / poliklinika / müvafiq profilli xəstəxana ilə birlikdə tərtib ediləcəkdir.
- Həmçinin bax___.
Şəkərli diabet
- İnkişaf qüsurları olması riskini azaltmaq üçün mayalanmadan başlayaraq, bütün erkən hamiləlik dövründə diabet olan pasiyentlərin ciddi nəzarət altında saxlanılması çox vacibdir.
- Ana hamiləlik planlarını öz həkimi ilə müzakirə etməlidir. Hamiləlik zamanı qəbul edilən dərmanlar, lazım gələrsə dəyişdirilir.
- Pasiyentin diabeti artıq ağırlaşma veribsə (nefropatiya, böyrək çatışmazlığı, ağır retinopatiya, koronar xəstəliklər) hamiləliyin əlavə riskləri nəzərə alınmalı və lazım olduqda mütəxəssis məsləhətləşmələri aparılmalıdır
Digər xronik xəstəliklər
- Hamiləlik risklərinin qiymətləndirilməsini və hamiləliyin əvvəlcədən planlaşdırılmasını tələb edən xəstəliklərə ağır ürək patologiyası və yüksək hipertoniya və ya böyrək patologiyası, tromboemboliya və həmçinin ağır autoimmun xəstəliklər daxildirlər.
- Hamiləliyin planlaşdırma mərhələsində bəzi nadir xəstəliklər üçün də araşdırmalar aparılmasına ehtiyac ola bilər.
İrsi xəstəliklər
- Əgər pasiyent irsi xəstəliyin xarakteri barədə tam məlumatlı deyilsə və ya genetik qüsur daşıyıcılığının mahiyyətini öyrənmək məqsədi ilə araşdırmalar aparılmayıbsa, genetik məsləhətxanaya (və ya ixtisaslı mama - ginekoloqa) müraciət edilməlidir.
Hamiləliyin erkən mərhələsində anamnez əsasında mütəxəssis yanına göndəriş verilməsi
Anada xronik xəstəliyin olması
- Həmçinin bax____ .
- Göndəriş üçün tarixin təyin edilməsi mövcud xəstəliyin ağırlıq dərəcəsindən və müalicəyə aid tövsiyələrin müvafiq qaydalarla tətbiqindən və patologiyanın hamiləliyə təsirinin öyrənilməsindən asılıdır.
- Diabet (birinci və ya ikinci tip):
- Göndəriş erkən hamiləlik dövründə verilir.
- Məqsəd hamiləliyin gedişini mayalanmadan əvvəl və bütün erkən dövr ərzində ciddi surətdə nəzarət altında saxlamaqdır.
- Tromboemboliyaya meyillilik və ya anamnezində venoz trombozun olması:
- Trombozun profilaktikasının vaxtı və metodu aşağıdakı amillərdən asılıdır: venoz tromboz əvvəllər hansı şəraitdə olmuşdur və hansı lokalizasiyaya malik idi, nə dərəcədə tromboza meyillilk var, bu hal anadangəlmədir və ya qazanılmadır; laboratoriya müayinələrinin nəticələri.
- aşağı dərəcədə risk olan xəstələrdə trombozun profilaktikası, yerli səviyyədə razılaşdırıldığı hallarda, ilkin səhiyyə xidməti tərəfindən həyata keçirilə bilər.
- Anadangəlmə və ya qazanılmış ürək patologiyaları:
- Hamiləlik dövründə çətinliklə keçirilən xəstəliklərə III - IV sinifə aid edilən NYHA (NYHA New York Heart Association [1]Functional Classification) simptomları olan ürək qüsurları, Marfan sindromu ilə gedən aorta kökünün genişlənməsi, Eizenmenger sindromu və ağciyər hipertenziyası gedən digər ürək qüsurları (nəzarət altında saxlanılır) aiddirlər.
- Hamiləlik dövründə ürək (damar) sisteminin vəziyyəti, ananın funksional imkanları nəzarət altında saxlanılmalıdır. Doğuş planı tərtib edilməli və profilaktik olaraq dərmanlar təyin edilməlidir (koaqulyasiya əleyhinə preparatlar, antiaritmik maddələr və endokarditlərin profilaktikası üçün dərmanlar).
- Müalicə edən mama - ginekoloq (patoloji) hamiləlik barədə məlumatlandırılmalıdır və hamiləliyin erkən və ya orta mərhələlərində pasiyentə onun yanına getmək üçün müvafiq göndəriş verilməlidir.
- Revmatoid (artrit) və və kollagenozlar:
- Hamiləlik dövründə xəstəliyin gedişi və ya (dərman vasitələri ilə) müalicə dəyişə bilər.
- Xəstəlik, xüsusən də fosfolipid və ya ENA (ingliscə-extractable nuclear antigens) antitellərinin olduğu hallar hamiləliyin gedişinə təsir göstərə bilər.
- Pasiyentə hamiləliyin ixtisaslaşdırılmış mama - ginekoloq nəzarəti altında aparılması üçün göndəriş verilməlidir (yüngül, yaxşı müayinə edilmiş və problem olmadığı hallarda göndərişdən imtina edilə bilər.
- Xroniki hipertenziya:
- Əgər hipertenziya yüksəkdirsə və ağırlaşma veribsə, hamiləliyin erkən dövründə ixitsaslaşdırılmış mütəxəssis məsləhəti almaq üçün pasiyentə göndəriş verilməsi üzərində düşünmək lazımdır.
- Xroniki hipertenziyası olan pasiyentlərə üç antenatal görüş təyin olunur: hamiləliyin erkən / orta dövrlərində 28 - 32 həftəsində və hamiləliyin son həftələrində.
- Pasiyentin, qan təzyiqi əhəmiyyətli dərəcədə artdıqda və ya digər fəsadlar meydana gəldikdə, o, ixtisaslaşdırılmış mama - ginekoloqa qəbul üçün göndəriş almalıdır.
- Xroniki hipertenziya diaqnozu qoyulmamışdırsa və erkən hamiləlik dövründə qan təzyiqi yüngül şəkildə qalxırsa, vəziyyətə ilkin səhiyyə xidməti (ambulator –poliklinika xidməti) nəzarət edilə bilər. Qan təzyiqi səviyyəsi əhəmiyyətli dərəcədə artdıqda və ya proteinuriya aşkar edildikdə ixtisaslaşdırılmış klinikaya müraciət edilir. İlkin səhiyyə xidməti səviyyəsində qan təzyiqini azaldan dərmanların verilməsinə başlanmamalıdır.
- Xroniki böyrək xəstəlikləri:
- Yaxşı nəzarət olunan böyrək xəstəliyi, hamiləliyin erkən, orta və son dövrlərində müntəzəm olaraq aparılan müayinələrdən əlavə heç nə tələb etmir. Böyrək xəstəlikləri ilə bağlı potensial risklərə: preeklampsiya, böyrək patologiyası ağırlaşmaları və dölün böyüməsindəki pozğunluqlar aiddirlər.
- Qanın laxtalanma pozğunluqları:
- Ən çox rast gəlinən qan laxtalanması patologiyası Von-Villebrand xəstəliyidir. Belə vəziyyətlərin ağırlığını müəyyənləşdirmək və doğuşun aparılması ilə bağlı məlumat əldə etmək üçün mütəxəssislərlə məsləhətləşmə aparılması tələb olunur.
- Epilepsiya və digər nevroloji xəstəliklər:
- İnkişaf qüsuru yaranması riskinin artması səbəbindən ətraflı anomaliya skrininqi həyata keçirilməli, hamiləlik və doğuşun aparılması üçün dərmanların tətbiqi və müalicə planı tərtib edilməlidir. Fol turşusu əlavəsinin verilməsi üçün _bax___.
- Bağırsağın xroniki xəstəlikləri:
- Xəstə əvvəlcə mütəxəssis (terapevt) yanına (məsləhət alınması üçün) göndərilməlidir. Xəstəlik ağırdırsa, simptomatikdirsə və ya diaqnoz yeni qoyulubsa, pasiyent mama - ginekoloqa da müraciət etməlidir. Hamiləlik dövründə uzunmüddətli dərman müalicəsi başlana bilər. Aktiv bağırsaq xəstəliyi erkən doğuş riskini artırır.
- Ağciyər xəstəlikləri və məsələn, çətinliklə aradan götürülən astma halları
- Xəstə əvvəlcə terapevtin qəbuluna göndərilməlidir. Hamiləlik dövründə təyin edilən dərmanlar ağciyərin optimal fəaliyyətini təmin etmək üçün yetərli olmalıdırlar.
- Astmanın müalicəsi üçün istfadə edilən dərmanların hamiləliyə zərərli təsirinin olmasına dair məlumatlar yoxdur.
- Müalicəsi aparılmaqda olan bədxassəli şişlər
- Hamiləliyin və şişin monitorinqi ilə bağlı prinsiplər bəlli olmadıqda, mütəxəssislər qrupu tərəfindən ultrasəs struktur müayinəsi aparılmalıdır.
- Tiroid funksiyasının pozğunluqları:
- Erkən hamiləlikdəki yüngül hipotiroidizm dölün inkişafı üçün zərərli ola bilər və buna görə də erkən hamiləlikdə hipotiroidizm korreksiya edilməlidir. Hamiləliyin zamanı tiroksinə olan gündəlik ehtiyac 25-50 mkq artır. Hamiləlik dövrünün başlanğcğnda gündə 25-50 mkq Levothyroxinum natrium (L-tiroksin) verilir və daha sonralar və plazmada TSH konsentrasiyasına nəzarət edilir (bu göstərici 2,5 mV / l-dən çox olmayaraq qalmalıdır).
- Müalicə olunmamış hipertiroidizm həm ana, həm də döl üçün təhlükəli ola bilər.
- Anamnezində hipertiroidizmə görə əvvəllər müalicə aparılmış şəxslərdə (məsələn, radio-yod ilə müalicə olunan Graves Basedov xəstəliyi olanlar), TSH reseptoru antitellərinin plazmada konsentrasiyasının artdığı təqdirdə, ixtisaslaşmış yardım üçün ehtiyac yaranır.
- Psixi xəstəliklər
- Hamilə ananın ciddi bir psixi xəstəliyi varsa, psixiatr, müalicə edən terapevt və mama - ginekoloqun iştirakı ilə çoxtərəfli yanaşma tətbiq edilməlidir.
- Hamiləlik dövründə bu xəstələr əksər hallarda hərtərəfli dəstək verilməsinə ehtiyac duyurlar və aktual problemləri olmayan hamiləlikdə də mama - ginekoloq ilə olan görüşlər faydalı ola bilərlər.
- Xroniki infeksiyalar üçün aşağıda "Ananın infeksion xəstəlikləri" bölməsinə baxın.
Dölün inkişaf qüsurları riskinin artması və ya irsi xəstəliklərin olması
- Bax___ .
- Skrininq və ya digər müayinələrin nəticəsi, dölün anormal inkişaf riskinin artdığını göstərirsə, ana razlıq verdiyi təqdirdə, o, mütəxəssis məsləhətləşməsinə göndərilməlidir.
Zərərli (psixotrop maddələr və alkoqol) maddələrdən sui-istifadə halları
- Bax__
- Antenatal baxışa gəldikdə və ananın zərərli maddələrdən asılılığından (alkoqol, qeyri-qanuni dərmanlar və ya qeyri-terapevtik effekt almaq üçün dərman vasitələrindən istifadə) əziyyət çəkdiyi qeyd edilərsə və ya şübhə varsa, o, mütəxəssis qrupuna məsləhət almaq üçün göndərilməlidir, çünki:
- Belə göndəriş, mövcud asılılığın müalicəsinə və asılılıqdan azad olma motivasiyasının artırılmasına təkan vermiş ola bilər;
- Zərəli maddələrdən sui-istifadə və asılılıq çoxşaxəli problemlərlə əlaqələndirilir;
- Xəstəxana heyəti həm ana, həm də yeni doğulmuş uşaq üçün doğuş və doğuşdan sonrakı dövrlə əlaqədar problemlərə hazırlaşmalıdırlar.
- Terminlər
- Təcrübənin olması: ana öz həyatının hər hansı bir mərhələsində narkotiklərin istifadəsini təcrübədən keçirə bilər, belə hallarda mümkün ola bilən asılılığının qiymətləndirilməsi bir göstərişdir;
- Narkomanlıq: narkotik maddələrdən 10 dəfədən çox istifadə edilməsidir;
- Zərərli maddələrə qəbul edilməsinə olan asılılıq: müntəzəm istifadənin dayandırılmasından 12 aydan az vaxt keçmişdir və ya qeyri - müntəzəm istifadə davam etdirilir;
- Spirtli içkilərin həddindən artıq qəbulu: həftədə 8-dən çox doza qəbulu və ya bir dəfəyə 5 dozadan artıq spirtli içki qəbul edilməsi (hamiləlik üçün olan meyarlar).
Patoloji pozğunluqlar və ya qeyri - normal inkişaf olduqda konsultativ yardım
Hyperemesis gravidarum (Dayanmayan qusmalar)
- Hamiləlik zamanı, bəzən mülayim və ağır qusma arasındakı fərqləri söyləmək çətindir. Ketoz, çəki itkisi (5%,> 2 kq / həftə) və ya dehidratasiya olduqda hamilə qadın xəstəxanaya göndərilməlidir. Həmçinin, belə vəziyyət uzun müddət davam edirsə və ya pasiyentin qusmaya dözməsi çox çətin olarsa, hamilə qadın xəstəxanaya göndərilməlidir. Adətən, normal maye balansını bərpa etmək üçün venadaxili maye köçürülməsi həyata keçirilir.
- Poliklinikada / Antenatal baxışlar zamanı ürək bulanmasının müalicəsi üçün , bax__
Anada qanaxmanın olması
- Qanaxma, adətən uşaqlıq boşluğundan qaynaqlanır, eyni zamanda uşaqlıq yolu və uşaqlıq boynunun iltihabı, yaraları və ya şişlər də qanaxmaya səbəb ola bilər.
- Erkən hamiləlikdə (22 həftədən əvvəl) anada qanaxma olması, döl salma təhlükəsinin olmasından xəbər verir. Belə vəziyyətlərin effektiv müalicəsi yoxdur. Lakin, ana müşahidə altında saxlanıla bilər. Ağır qan itkisi və ya kəskin ağrılar yoxdursa və təcili müdaxilə üçün ehtiyac duyulmursa, növbəti iş günündə hamiləliyin xarakterini təyin etmək üçün ultrasəs müayinəsi aparılmalıdır.
- Ananın qan itkisinə aşağıdakılar səbəb ola bilərlər:
- normal keçən uşaqlıq daxili hamiləlik;
- embrionun və ya dölün artıq ölmüş olduğu uşaqlıq daxili hamiləlik (ötmüş abort)
- embrionun inkişaf edə bilmədiyi uşaqlıq hamiləliyi (sönmüş yumurtalıq, "embrionsuz hamiləlik")
- qaçılmaz döl salma - uşaqlıq yolu açılılır və uşaqlıq daxili hamiləlik toxumaları xaricə qovulur. Ehtimal olunur ki, müayinə zamanı yalnız hamiləlik toxumasının qalıqları uşaqlıqda tapılır.
- uşaqlıqdan xaric hamiləlik
- Hamiləliyin sonrakı mərhələlərində qanaxma olmasına (22-ci həftədən sonra) aşağıdakılar səbəb ola bilərlər:
- uşaqlıq boynu və uşaqlıqğın selikli qişaları yetişir, uşaqlıq yığılır və ya doğuş başlayır
- cift gəlişi və ya ciftin qopması,
- Adətən, qanaxma anadan olur, lakin qismən döldən də ola bilər
- Qanaxmanın olması döl üçün ciddi bir təhlükə olduğunu göstərə bilər və dölün qorunması üçün təcili tədbirlər görülməli, ana təcili olaraq doğum evinə göndərilməlidir.
Qan təzyiqinin yüksəlməsi və preeklampsiya
- Həmçinin, Bax_ və.
- Əgər istirahət vəziyyətində qan təzyiqinin təkrarən edilən ölçülmələri aşağıdakıları göstərərsə, qan təzyiqi həddindən artıq yüksəlmiş hesab olunur:
- sistolik təzyiqin 140 mmHg-dən yuxarı olması;
- diastolik təzyiqin 90 mmHg-dən yuxarı olması;
- sistolik təzyiq normadan 30 mmHg-dən çox artmışdır;
- diastolik təzyiq normadan 15 mm Hg-dən çox artmışdır.
- Əgər 24 saatlıq sidikdə proteinin konsentrasiyası 0.3 q / l-dən çox olarsa (ekspress test + / ++) bu ciddi proteinuriya hesab olunur.
- Preeklampsiya ilə bağlı digər simptomlara aşağıdakılar daxildir: ödem, qarının nahiyələrində ağrılar, ürək bulanması, baş ağrısınım olması, görmə qabiliyyətinin pozğunluğu və digər nevroloji simptomlar.
- Qan təzyiqi yüksək olan və ya ciddi proteinuriyası olan asimptomatik pasiyentlər planlı şəkildə mama - ginekoloqun yanına göndərilməlidirlər və göndəriş alındıqdan sonarkı bir həftə ərzində mütəxəssis qəbuluna düşməlidirlər.
- Proteinuriyası olan və qan təzyiqi kəskin surətdə artan simptomatik pasiyentlərin təcili olaraq doğum evinə / doğuş şöbəsinə göndərilməsi təmin eilməlidir.
- Qan təzyiqinin azacıq da olsa yüksəlməsi və kəskin yuxarı qarın ağrılarının olması HELLP sindromunun[1] göstəricisi ola bilər (hemoliz, qaraciyər fermentləri səviyyəsinin yüksəlməsi, trombositlərin sayının artması). Bu vəziyyətdə olan qadınlar təcili olaraq xəstəxanaya göndərilməlidirlər.
- Hellp sindromu (h-hemoliz, qırmızı qan hüceyrələrinin parçalanması, EL-qaraciyər enzimlərinin səviyyəsinin artması, LP-trombositlərin miqdarının azalması)
- Antenatal baxışlar həyata keçirilən klinikalarda skrininqlər risk faktorlarının qiymətləndirilməsi və qlükoza tolerantlığı testinin (QTT) aparılmasına əsaslanır.
- QTT 24 - 28 həftələr arasında aparılmalıdır.
- QTT aparılmasına ehtiyac yoxdur, əgər:
- yaşı 25-dən aşağı olan və doğmamış qadının BKI <25 kq / m² -dir və yaxın qohumlarında 2-ci tip diabet aşkar edilməmişdirsə;
- yaşı 40-dan aşağı olan və bir neçə hamiləliyi olan qadının BKI <25 kq / m² dir və əvvələr çəkisi normadan yuxarı olan uşaq doğmamaşdır.
- Əgər pasiyentdə aşağıdakılar varsa, 12 və 16 həftə arasında QTT aparılmalıdır:
- anamnezində erkən hamiləlik dövründə hestational diabet olması;
- YPKS olması - yumurtalıqların polikistozu sindromu (Polycystic ovary syndrome);
- BKI> 35 kq / m²-dir;
- erkən hamiləlik müddətində qlükozuriyanın olması;
- yaxın qohumlarında 2-ci tip diabet vardır;
- oral qlükokortikoid müalicəsi alır.
- Əgər 75 q qlükoza qəbulundan sonra 2 saat ərzində bir və ya bir neçə nəticə qeyri - normal olarsa, anada hestasional diabet olması şübhəsi var.
- Əvvəlki testlərin normal olmasına baxmyaraq, QTT testi yenidən 26 - 28 həftələr arasında təkrarlanmalıdır.
- QTT normal deyilsə, pəhriz saxlanılması üçün məsləhətlər verilir və qanda qlükozanın ev şəraitində monitorinqinə başlanılır. Mütəxəssis baxışı üçün göndəriş, qanda qlükoza səviyyəsinin ev şəraitində aparılan monitorinqinin nəticələrinə əsasən həyata keçirilir.
- Dölün makrosomiyası bir qayda olaraq təsdiq olunmalı və müvafiq doğuş planlı işə salınmalıdır.
Hamiləlik zamanı xolestazın yaranması (hepatostazın olması)
- Həmçinin bax___
- Bu hallarda ananın mütəxəssis ilə məsləhətləşməsinə ehtiyac duyulur:
- Ananın Hb üç həftə ərzində dəmir əlavələrinin verilməsinə baxmayaraq <10,0 q / dl-dir;
- Ananın Hb <9.0 g / dl (çox aşağıdır).
Vaxtından əvvəl gələn doğuş sancıları və ya yaxınlaşan erkən doğuş
- Həmçinin, bax___ .
- Vaxtından əvvəl başlamış doğuş sancıları çox yayılmışdır. Vaxtından əvvəl gəlmiş doğuş sancılarından əziyyət çəkən qadınların əksəriyyəti tam müddətə doğmağa üstünlük verəcəklər.
- Uşaqlıq boynu əl ilə qiymətləndirilir və ya erkən doğuş riskini qiymətləndirmək üçün ultrasəs müayinəsi aparılır. Həmçinin, Bishop qiymətləndirməsi skoru üçün____ baxın.
- Ananı təcili olaraq xəstəxanaya göndərin, əgər:
- sancılar ağrılı və müntəzəmdir (2 saatdan çox davam edir və <10 dəqiqə davam edir);
- sancılar qanlı, selikli və ya sulu ifrazat ilə müşayiət olunur;
- sancılar kəskin ağrı və ya təzyiq hissi ilə birgədirlər;
- bir çox hallarda tez - tez baş verən sancılar hestasion həftələr də nəzərə alınmaqla, kifayət qədər yetişmiş uşaqlıq boynu ilə birlikdə meydana çıxırlar.
- Erkən doğuş riskinin aşağı olduğu təqdirdə təcili olmayan (planlı şəkildə olan) göndərişin verilməsi barədə düşünülə bilər; müalicə planını dəqiqləşdirmək üçün mütəxəssis məsləhətləşməsi tələb olunur və məsələn, ananın tokolitik preparatlara olan ehtiyacı, dölün qlükokortikoidlərə (ağciyərinin inkişafı üçün) olan tələbi və ya ananın xəstəxanaya yerləşdirilməsi müzakirə edilə bilər.
- Anaya hamiləliyin 35 həftəsini tamamladıqdan sonra istirahətdən başqa, digər aktiv tədbirlər təklif edilmir; bu cür tədbirlərin faydası müəyyən edilməmişdir. Ananın 35 həftəni tamamlaması nə qədər yaxındırsa, mütəxəssis məsləhətləşməsinə göndərilməsi bir o qədər az vacibdir.
- Təcili olmayan göndəriş aşağıdakı hallarda lazım olur:
- ilkin səhiyyə xidməti səviyyəsində edilən tibbi yardıma baxmayaraq, anada tez - tez sancılanmalar olur (xəstəlik məzuniyyətinə, məzuniyyətə, infeksiyaların müalicə edilməsinə baxmayaraq);
- hamiləlik həftələri ilə müqayisə edərək müayinə edildikdə, uşaqlıq boynu olduqca yetişmiş görünür.
Membranın tamlığının pozulması
- Membran tamlığının pozulması şübhəsi varsa və ya bu təsdiqlənmişdirsə, təcili olaraq doğuş müəssisəsinə göndəriş etmək lazımıdır.
- Membranın yırtılması çox vaxt doğuşun başlanmasına səbəb olur. Yırtılma, həmçinin infeksiyanın olmasını göstərə bilər və ya əksinə, infeksiyaya səbəb ola bilər.
- Membran yırtıldığı zaman adətən ciftdə sirkulyasiya dəyişir və göbək ciyəsi sıxılır.
- Əgər pasiyent əminsizliklə maye itkisininin olduğunu deyirsə və ya çox az olduğunu göstəririsə və həmçinin güzgü ilə müayinənin nəticələri və anamnez isə membranın yırtılmasının əlamətləri tam şəkildə vermirsə, bir qədər gözləmək və pasiyenti müşahidə etmək olar.
Antitellərin əmələ gəlməsi
- Bir çox ölkələrdə dölün qırmızı qan hüceyrələrinə qarşı antitellərin olmasını yoxlamaq üçün milli transfuziya laboratoriyasında ananın qanı analiz edilir. Laboratoriya, nümunələrin təkrar alınmasının zəruriliyi ilə bağlı antenatal müşahidə aparan poli / klinikanın işçilərinə məsləhətlər verə bilər.
- Antitellərin tapılması barədə həm antenatal müşahidə aparılan poli / klinikaya, həm də müvafiq doğum evinə / şöbəsinə bildiriş göndərilir. Doğum evi / xəstəxana lazımi qaydada müşahidə aparılmasını təşkil edir və müvafiq qaydada müalicənin aparılmasını təmin edir.
- Doğum evinin / xəstəxanasının əməkdaşları yeni doğulmuş körpənin müşahidəsinin düzgün aparılmasına və qan köçürülmə ehtimalına hazırlaşmalıdırlar.
- Qırmızı qan hüceyrələrinə və ya trombositlərə qarşı çox ağır olan antitellər yaranması prosesi baş verə bilər, belə hallar hamiləlik dövründə mütəxəssis müdaxilələri tələb edə bilər.
- Əksər hallarda antitellərin yaranması mülayim dərəcədə olur və hamiləlik dövründə heç bir müdaxilə tələb etmir.
Uşaqlığın qeyri - normal böyüməsi və və amnion mayesinin miqdarının qeyri - normal olması
- Uşaqlığın böyüməsi üçün simfiz – uşaqlıq dibinin hündürlüyünun (SFH) ölçülməsi ilə təyin edirlər.
- Adətən uşaqlığın böyüməsi verilən bir istinad çablonu əyrisi ilə üst-üstə düşür. Xüsusilə kiçik və ya böyük ölçülü bir qadının uşaqlığının böyüməsi açıq şəkildə istinad əyrisindən sapıla bilər.
- Əgər aşağıdakılar varsa, ultrasəs müayinəsi aparılmalıdır :
- SFH istinad şablonu əyrisindən 2 sm-dən çox kənara çıxır
- SFH xəstənin özünün normal şablon əyrisindən 2 sm-dən çox kənara çıxır.
- Əgər aşağıdakılar varsa mama-ginekoloqun qəbulu üçün göndəriş verilməsi barədə düşünülməlidir:
- amnion mayesinin miqdarı xüsusilə böyükdür (ən dərin amniotik maye cibinin ölçülməsi zamanı dərinlik 8 sm-dən çoxdur);
- amnion mayesinin miqdarı xüsusilə azdır (ən böyük amniotik maye cibinin ölçülməsi zamanı dərinlik 3 sm-dən azdır);
- döl olduqca kiçik və ya böyükdür (Bax_" Dölün patologiyaları səbəbindən göndəriş verilməsi" ).
Doğuş metodları
Vaxtı ötmüş hamiləlik
- Gözlənilən doğuş tarixindən 10-12 gün ötübsə və adətən ilkin qiymətləndirmə aparılması üçün anaya doğum evinə/xəstəxanaya göndəriş verilir; Lakin, ananın daha əvvəl göndərilməsi üçün digər səbəblər də ola bilər.
- Anaya məlumat verilməlidir ki, göndəriş yalnız ananın və dölün vəziyyətini qiymətləndirmək üçündür və doğuşun aparılması üçün deyidir.
- Əgər 42-ci həftə bitməyibsə "vaxtı ötmüş hamiləlik" terminindən istifadə edilməməlidir.
Doğuş qorxusu
Çoxdöllü hamiləlik
- Göndərişlərin verilməsi və doğuşların aparılmasının bölgüsünə dair ilkin səhiyyə xidməti və doğum evləri arasında rayonlar üzrə bir sıra variasiyalar mövcud ola bilər.
- Əkiz hamiləliyin diaqnozu qoyulandan sonra, erkən hamiləlik dövründə, monoamnion və ya monoxorion hamiləlik olması yoxlanmalıdır (əkizlərarası membranın varlığı və qalınlığı, lambda əlaməti) "?>.
- Monoamnion və ya monoxorion əkiz hamiləlik diaqnozu qoyulandan sonra ananı ixtisaslaşdırılmış doğuş müəssisəsinə müayinə və müşahidə üçün göndərmək lazımdır.
- Monoxorion əkiz hamiləlikdə, ikinci üç aylıq dövründə uşaqlığın sürətlə böyüməsi ola bilər və bu da uşaqlığın həədindən artıq uzanmasına səbəb olur. Əgər anada belə simptomlar müşahidə edilərsə, mümkün olan feto-fetal transfuziya sindromu –FFTS/ əkizdən- əkizə transfuziya sindromunun diaqnozu və müalicəsi üçün anaya təcili olaraq ixtisaslaşdırılmış tibb müəssisəsinə göndəriş verilməlidir.
- Bütün ekiz hamiləliklərdə uşaqlıq yollarının vəziyyəti və döllərin böyüməsi mütəmadi olaraq izlənilməlidir. Ekiz hamiləliklərdə döllərdən birinin və ya hər ikisinin erkən doğuşunun baş verməsi və inkişaf problemlərinin olmasına bir çox hallarda rast gəlinir. Ekiz hamiləliyin monitorinqi adətən (ixtisaslaşmış) mama-ginekoloq tərəfindən aparılır.
- Üçlü hamiləlik diaqnozu qoyulan anından anaya ixtisaslaşdırılmış doğum evinə göndəriş verilməlidir.
Dölün qeyri-normal böyük olması
- Dölün ölçüsünün qiymətləndirilməsi zamanı həmişə ananın öz parametrlərini nəzərə almaq lazımdır.
- Dölün böyük olması qənaətinə gəlinərsə (çəkinin və ya qarın ətrafının> 75-90 faizdən çox artması, bax_) və döl-çanaq nisbətində qeyri-bərabərlik şübhəsi yaranrsa, ana kifayət qədər erkən müddətdə (37-38 həftəyə qədər) doğuşun planlaşdırılması üçün göndəriş verilməlidir.
- Dölün simmetrik olaraq makrosomik olmadığı təqdirdə və xüsusən bədən qabarması olan hallarda qlükoza mübadiləsi müayinəsi aparılmalıdır.
- Asimmetrik olan makrosomik döl simmetrik makrosomik döldən fərqli olaraq ixisaslaşdırılmış tibb müəssisəsinin mama-ginekoloqunun müdaxiləsini tələb edir.
Dölün böyüməsinin gecikməsi
- Simfiz mədə dibinin ölçüsünun kiçik olması (hamiləlik müddətinə nisbətən) və ya istinad qrafikindəki normal şablon əyriliyindən aşağıda olması, dölün böyüməsinin gecikməsinin əlaməti ola bilər. Eyni şəkildə, ilkin tibbi yardımda edilən ultrasəs müayinəsi, gestasion müddəti ilə müqayisədə kiçik olan döl aşkar edə bilər.
- Dölün qeyri-normal böyüməsi struktur və ya funksional pozğunluqların göstəricisi ola bilər. İnkişafı gecikmiş olan dölün də kəskin və ya xroniki asfiksiyaya daha çox meylliliyi müşahidə edilə bilər.
- Dölün gböyüməsinin gecikməsi (hestasional dövrlə müqayisədə çəki azlığı qeyd edilir və ya qarın ətrafının diametri <10-25 faiz aşağıdır), mama-həkim tərəfindən sonrakı müayinlərin aparılması üçün göstərişdir (infeksiya etiologiyalı qüsurlar, xromosom və struktur anormallıqları və ya ciftin patologiyası ola bilər).
Gəliş patologiyası
Döl qurluşunun qeyri- normal olmasına şübhə var və ya qeyri-normallıq təsdiq edilmişdir
Dölün ürək döyüntülərinin qeyri-normallığı
- Davamlı bradikardiya (ürək döyüntülərinin sayıi <110 / dəq) və ya taxikardiya (ürək döyüntülərinin sayıi i> 160-180 / dəq), dölün aritimiyası olmasından xəbər verə bilər və ya hamiləliyin digər ağırlaşmalarının göstəricisi ola bilər. "?>
- Qeyri-normal ritmin davamiyyətli olması hemodinamik cəhətdən ciddi fəsadlara səbəb ola bilər və hətta sonrakı müayinlərin aparılması dərhal mümkün olmasa da, belə pasiyentlər təcili olaraq ixtisaslaşdırılmış doğuş müəssisələrinə göndərilməlidirlər.
- Qısa müddətli (bir neçə dəqiqə davam edən) bradikardiya və ya taxikardiya, aritmiyaya meyillilik olmasını göstərə bilər. Ancaq ümumiyyətlə götürdükdə bülə qısa müddətli aritimiyalar, dölün fəaliyyətinin və ya ananın arxası üstə uzandığı vaxt baş verən normal göstəricisidir. Gerekdirirse, dölün ürəyinin quruluşunu və fəaliyyətini əlavə olaraq müayinə etmək üçün müvafiq mütəxəssilə görüş təyin edilə bilər.
- Döldə ektopik döyünütülərin olması normal bir haldır və bütün döllərdə olur. Ektopik döyüntülər qeyri-adi dərəcədə çox olarsa, ürəyin quruluşunu və fəaliyyətinin əlavə olaraq edilən müayinələri planlaşdırıla bilər.
- Dölün qeyri-normal olan ürək döyüntüləri digər problemlərlə bağlı olarsa, məsələn qeyri-adi olan neçə döl hərəkətləri, dölün inkişafının gecikməsi və ya əvvələr anada aşkar edilmiş müəyyən bir riskiin olması- ixtisaslaşdırılmış tibbi müəssisənin müvafiq mama-ginekoloq heyəti ilə əlaqə yaradılmalıdırdır.
Dölün hərəkətlərinin azalması
Dölün (ana bətnində) ölümü
- Dölün ölüməsi şübhəsi varsa və ya belə hal təsdiqlənmişdirsə, ana təcili olaraq doğuş müəssisəsinə göndərilməlidir.
Ananın infeksion xəstəliyi
Adi herpes
- Bax__.
- Yenidoğulmuşlarda adi herpesin (herpes simplex) yayılması hər 10000 doğuşdan görə təxminən 2 hal kimi hesablanır. Hamiləlik dövründə dölün bu infeksiyaya yoluxması ehtimalı təkrar baş verən infeksiyaya ilə müqayisə iklin yluxma zamanı yüz dəfə çoxdur. Adi herpesin təkrarlanan infeksiyalarının yaratdığı antitellər, dölün müdafiəsini təmin edir.
- Birincil herpes infeksiyası diaqnozunu qoymaq üçün Herpes virusunun nuklein turşusu testindən istifadə olunur.
- Asiklovir (Aciclovir) xüsusən ilkin infeksiyada beş gün ərzində, hər gün beş dəfə -200 mq verilir, eyni zamanda təkrari infeksiya hallarında, ananın simptomlarını yüngülləşdirmək və potensial olaraq dölün qorunması təmin etmək üçün istifadə edilə bilər. Hamiləliyin son mərhələsində profilaktik müalicə və ya başlanmış simptomları yüngüləşdirmək onun verilməsi üzərində düşünmək lazımdır. Məqsəd, doğuş zamanı genital herpesin aktivliyini azaltmaqdır.
- Ana, doğuş üçün qəbul edildiyi zaman, xəstəxana işçilərinə hamiləlik dövründə cinsiyyət orqanlarında herpesin olması barədə məlumat verməlidir.
- Birincili herpes şübhəsi olduqda və ya təkrarlanan infeksiya ciddi bir problemdirsə, pasiyent ixtisaslaşmış mama-ginekoloqun qəbuluna göndəriş alamlıdır.
Su çiçəyi
- BAx__ .
- Hamiləliyin 12 və 24 həftələri arasında varicella embriopatiyası riski 2-3% -dir və lakin, bu risk hamiləliyin digər mərhələlərində çox azdır.
- Praktik olaraq, əgər ana suçiçəyi keçirmişdirsə, ya kəmərləyici dəmirov (herpes zoster) baş vermiş olur və ya antitellər tapıla bilərlər.
- Seronegativ bir qadın hamiləliyin 24-cü həftəsindən əvvəl su çiçəyi olan xəstə ilə kontakda olubsa, ona asiklovir (gündə 800 mq, beş dəfə 7 gün ərzində) təyin edilir; pasiyent 7-9 gündən sonra klinika ilə əlaqə saxlamalıdır.
- Əgər anaya hamiləliyin 24-cü həftəsindən əvvəl su çiçəyi diaqnozu qoyulubsa, xəstəlikdən sonra döl anomaliyası müayinəsi aparıla bilər və bəzi hallarda amnion mayesinin nuklein turşusu testi ilə dölün infeksiyaya yoluxması təyin edilə bilər.
- Hamilə qadın üçün su çiçəyi ciddi bir xəstəlik ola bilər. Xəstəxanaya yerləşdirmə tələb olunarsa, pasiyent xüsusi bir palatada müalicə olunmalıdır.
- Əgər ana doğuşdan 5 gün əvvəl və ya doğuşdan 2 gün sonra suçiçəyi xəstəliyinə tutulursa, yeni doğulmuş körpənin infeksiyaya yoluxma riski yüksəkdir və xüsusi tədbirlər tələb olunur. Bu sahədə ixtisaslamış mütəxəssislərlə məsləhətləşin.
Parvovirus infeksiyası
- Bax ___.
- Döl bu infeksiayaya yoluxmuşdursa, hepatit və miyelosupressiya olması mümkündür, bu da öz növbəsində dölün ölümü ilə nəticələnə bilər.
- Parvovirus infeksiyasının diaqnozu antitel testləri ilə təyin edilir.
- Antitel analizii müsbət olarsa, dölün infeksiya vəziyyətini müəyyənləşdirmək və ya anemiya əlamətlərini aşkar etmək üçün, müvafiq monitorinqi təşkil edən və aparan mütəxəssis qrupuna müraciət edilməlidir.
- Hamiləliyin 24-cü və ya sonrakı həftələrində infeksiyaya yoluxma, adətən döl üçün heç bir ciddi problem yaratmır.
-
Toksoplazmoz
Hepatit və İİV
- Baxın və___.
- Pasiyentlərin, əgər diaqnoz ilkin olaraq qoyulubsa, hepatit və ya İİV mütəxəssislərinin baxışından keçmələri tələb olunur.
- İİV-olan şəxslərdə, virusn anadan uşağa keçməsinin qarşısını almaq üçün dərman müalicəsinin tətbiqi xüsusilə vacibdir.
- Xroniki hepatit: HBVsAg müsbət olan analarda HBV nuklein turşusu analizi aparılır. Nəticə> 2 000 BV / ml olduqda, anaya hepatit müalicəsinin aparılması üçün, xüsusi olaraq ixitisaslaşdırlmış müalüəssisələrə getməsi göndəriş verilir.
Listerioza görə şübhənin olması
Bax_ .
- Listeria monocytogenes-ə məruz qalma ehtimalı, mütəxəssis baxışı üçün əsas deyildir.
- Hamilə qadında klinik cəhətdən əhəmiyyətli bir listerioz özünü septik bir febril xəstəlik və ya ağır enterit kimi göstərir.
- Listerioz və onun yaratdığı patoloji pozğunluqlar hamilə qadınlarda ciddi septik hal kimi özünü biruzə verə bilər, lakin digər bakteriyalar da döl və ciftə yoluxa bilirlər, doğuşun erkən başlanmasına səbəb olurlar.
- Ananın yüksək hərarəti naməlum mənşəlidirsə, pasiyent təcili olaraq ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilir ki, düzgün diaqnoz qoyulsun, adekvat müalicə aparılsın və dölün statsusu mütəxəssis tərfindən qiymətləndirilsin.
B qrupu Stretokolıarı (BQS), Streptococcus agalactiae
Təxirəslınmaz göndəriş üçün qaydalar
- Dölün statusunun pisləşməsi şübhəsi:
- Döl hərəkətliliyində azalma var (döl ən cox aktiv olduğu zamanlar saatda 10-dan az olmayan hərəkət edir);
- Davamiyyətlı bradikardiya və ya taxikardiya;
- Dölün ölüməsi şübhəsi var və ya təsdiq edilmişdir.
- Vaxtından əvvəl (erkən) doğuş:
- 22-ci həftədən sonra anada qan itkisi;
- membranların yırtılması şübhəsi;
- Daimi sancılar;
- Şiddətli qarın ağrısı.
- Qan təzyiqi ilə əlaqədar ağırlaşmalar:
- Qan təzyiqinin artması və anormal baş ağrısı, görmə pozğunluqları, dispnoe, yuxarı qarın nahiyəsində ağrı:
- qan təzyiqinin artması ilə birlikdə döl hərəkətlərlərinin azalması və ya zəifləməsi;
- Kəskin yüksək təzyiq (> 160/105 mmHg) artımı;
- Qan təzyiqinin artmasıilə ilə birlikdə yüksək proteinuriya;
- HELLP sindromunun olması şübhəsi: yuxarı qarın nahiyəsində ağrı, ziflik və qan təzyiqinin azacıq da olsa artması, şiddətli, intensiv qaşınma,
- şiddətli ürəkbulanması;
- venoz tromboz və ya ağciyər emboliyası olmasından şübhələnmə;
- Yüksək dərəcəli hipertermiya,
- Fövqəladə tədbirlərin məqsədəuyğun olduğu hər hansı digər şərt (varsa göndəriş həyata keçirilir).
Əlaqədar mənbələr
- Koxran icmalları
- Digər sübuti icmallar
- Klinik rəhbərliklər
- Ədəbiyyat
Lupton M, Oteng-Ntim E, Ayida G, Steer PJ. Cardiac disease in pregnancy. Curr Opin Obstet Gynecol 2002 Apr;14(2):137-43. Julkunen H. Pregnancy and lupus nephritis. Scand J Urol Nephrol 2001 Sep;35(4):319-27. Jadad AR, Sigouin C, Mohide PT, Levine M, Fuentes M. Risk of congenital malformations associated with treatment of asthma during early pregnancy. Lancet 2000 Jan 8;355(9198):119. Haddow JE, Palomaki GE, Allan WC, et al. Maternal thyroid deficiency during pregnancy and subsequent neuropsychological development of the child. N Engl J Med 1999 Aug 19;341(8):549-55. Stocky A, Lynch J. Acute psychiatric disturbance in pregnancy and the puerperium. Baillieres Best Pract Res Clin Obstet Gynaecol 2000 Feb;14(1):73-87. Dommergues M. Prenatal diagnosis for multiple pregnancies. Curr Opin Obstet Gynecol 2002 Apr;14(2):169-75. Tanel RE, Rhodes LA. Fetal and neonatal arrhythmias. Clin Perinatol 2001 Mar;28(1):187-207, vii. Schmidt MI, Duncan BB, Reichelt AJ, Branchtein L, Matos MC, Costa e Forti A, Spichler ER, Pousada JM, Teixeira MM, Yamashita T, Brazilian Gestational Diabetes Study Group. Gestational diabetes mellitus diagnosed with a 2-h 75-g oral glucose tolerance test and adverse pregnancy outcomes. Diabetes Care 2001 Jul;24(7):1151-5. American Diabetes Association. Diagnosis and classification of diabetes mellitus. Diabetes Care 2007;30(Suppl 1):S42-7. World Health Organization. Definition and diagnosis of diabetes mellitus and intermediate hyperglycemia: report of a WHO/IDF consultation. WHO 2006 Stagnaro-Green A, Abalovich M, Alexander E et al. Guidelines of the American Thyroid Association for the diagnosis and management of thyroid disease during pregnancy and postpartum. Thyroid 2011;21(10):1081-125. Garber JR, Cobin RH, Gharib H et al. Clinical practice guidelines for hypothyroidism in adults: cosponsored by the American Association of Clinical Endocrinologists and the American Thyroid Association. Endocr Pract 2012;18(6):988-1028. Snowden JM, Tilden EL, Snyder J et al. Planned Out-of-Hospital Birth and Birth Outcomes. N Engl J Med 2015;373(27):2642-53.