Uşaq poliklinikasında tibbi müayinə

EBM Klinik protokolları
02.12.0002 • Sonuncu dəyişiklik 08.04.2009
ElinaHermanson

Qeyd: bu məqalə bundan sonra yenilənməyəcəkdir. 

Ümumi məlumat

6-8 həftə

Məqsədlər

Tibbi müayinə

Dörd ay

Məqsədlər

Tibbi müayinə

Səkkiz ay

Məqsədlər

Tibbi müayinə

  1. Ümumi təəssürat və zirəklik
  2. Uşağın ünsiyyət bacarıqlarını müşahidə edin: tutmaq istəyi, göz əlaqəsi, cavabverici səs çıxartmaq, tanış və tanış olmayan şəxslərin fərqləndirilməsi. 
  3. Oral hərəki funksiyaları müşahidə edin və soruşun və hər hansı səs çıxartmanı qeyd edin: Uşaq qaşıqdan yeyə, çeynəyə və uda bilməlidir. Qarışıq cavabverici səsçıxartma. 
  4. Çəpgözlüyü təyin etmək üçün Hirşberq və örtük testi. əgər çəpgözlük təyin edildisə və ya şübhə varsa uşağı oftalmoloqa yönəldin. Əşyanı yuxarı, aşağı və yanlara hərəkət etdirməklə gözlərlə onun izlənməsini yoxlayın. 
  5. Hər iki əli ilə əşyaların bərk tutulmasını müşahidə edin və bu bardə soruşun. Əşyaların bir əldən digərinə ötürülməsi. Cisimlərin ağıza qoyulması. Bu yaşda əllərin istifadəsində asimmetriya nadir hallarda olur, əgər müşahidə edildisə uşaq sonrakı müayinələrə yönəldilməlidir. 
  6. Ürəyi uskultasiya edin. 
  7. Dəriyə baxın və qarını, xayaları palpasiya edin. Əgər xayalığın yuxarı duruşu və ya kriptorxizm müşahidə edilirsə uşaq təcili olaraq yönəldilməlidir. 
  8. Bud-çanaq oynağı və dizlər açıldıqdaeyni zamanda topuqların simmetrik olaraq geriyə açıldığını müayinə edin (adətən spontan geriyə açılma haqqında soruşulduğu halda yalnız passiv geriyə açılma müayinə zamanı aşkar edilir). Geriyə açılmanın olmaması və ya asimmetrik olması yönəldilmə üçün göstərişdir. 
  9. Uşağın üzüüstə uzanmış vəziyyətdə əllərini uzatmaqla bədəninin yuxarı hissəsini dəstəkləyə bilməsini və bir əlini əşyaya (balansı itirmədən hədiyyəni tuta bilmək) uzatdıqda digər əli ilə bədən kütləsini saxlaya bilməsinə baxın. Əgər bu uğurlu deyilsə sonrakı müayinələr göstərişdir. 
  10. Başın önə və yanlara olan qooruyucu reflekslərini müayinə edin. Qoruyucu reflekslər tamamilə yoxdursa müayinə bir aydan sonra təkrarlanmalı və əgər onlar hələ də yoxdursa uşaq sonrakı müayinələrə yönəldilməlidir. Əgər uşaq tək döşəmədə beli düz və başı yuxarı şəkildə dəstəksiz oturursa, bu kifayətdir və sonrakı müayinələrə ehtiyac yoxdur. 
  11. Ayaqları düz saxladıqda kütlə saxlama. Simmetriyanı və uşağın bədən kütləsini dabanlarında yoxsa barmaqları üzərində saxladığını və ayaqlarının bir-biri ilə kəsişib-kəsişmədiyini müayinə edin. Barmaqları üzrəində dayanmaq normal uşaqların 10-də olur, lakin ayaqların kəsişməsi və yaxınlaşdırmanın spazmı həmişə qeyri-normaldır. Əgər uşaq öz kütləsini normal saxlaya bilmirsə müayinə təkrarlanmalıdır və yaxşılaşma olmadıqda yönəldilmə lazımdır. 
  12. Arxadan gələn səsə tərəf uşağın çevrilib-çevrilmədiyini müşahidə etməklə eşitmə testi edin. Əgər uşaq kiçik audiometrin səsinə cavab vermirsə, kiçik zəng istifadə etməklə eşitməni yoxlayın. Əgər uşağın səsin mənbəyini təyin etməkdə çətinliyi varsa test 1-2 həftədən sonra təkrarlanmalıdır. Təbil pərdələrini müayinə edin. Əgər problem varsa və təbil pərdəsinin arxasında maye yoxdursa uşaq otorinolarinqoloqa yönəldiməlidir. 
  13. Görmə: uşaq masadan düşən əşyanı izləməli, oyuncağa əlini uzatmalı və 30 sm məsafədə 8 mm-lik şarda diqqətini cəmləməlidir. 

18 ay

Məqsədlər  

Tibbi müayinə

  1. Ümumi təəssürat və zirəklik 
  2. Uşağın qarşılıqlı əlaqə yaratma qabiliyyətini müayinə edin: qucaqlanmaq istəyi, göz əlaqəsi. Uşaq ən gec bu yaşda yad insanlarla disstres yaşayır. 
  3. Nitq: uşağın düzgün istifadə olunan bir neçə sözü olmalıdır. 
  4. Qidalanmaq üçün qaşıq istifadə edir və problemsiz çeynəyir (valideyn müşahidəsi).
  5. Tutqac şəklində tutmaq
  6. İki kərpicdən qüllə düzəldə bilir (istənilən problemlər əzələ tonusu, əl-göz koordinasiyası və ya imitasiya edə bilməməklə assosiasiya olunur)
  7. Əşyaların düzgün ötürülməsi 
  8. Yeni əşyaya maraq (görmə müşahidəsi və məumatların işlənməsi qabiliyyətinin qeyri-spesifik əlaməti)
  9. Qarşılıqlı ünsiyyat yarada bilmək qabiliyyyəti (top oyunu, "al və ver" oyunu) 
  10. Gözləri ilə izləməni və çəgözlüyü yoxlayın: əşyanı yuxarı, aşağı və kənarlara hərəkət etdirin.
  11. Hirçberq testi
  12. Səsin yerinin təyin edilməsi. Uşaq onun adını çəkən şəxsə tərəf başını çevirməlidir. 
  13. Dəstək olmadan gəzə bilmək 
  14. Yardım olmadan ayaq üstə dayan bilmək, məsələn, döşəmədən topu qaldırarkən. 
  15. Spontan hərəkətlər, otuuruş forması, əzələ tonusu: görmə problemləri ilə əlaqədar olaraq asimmetriya və əyriboyunluluğa fikir verin. 
  16. Dəri, ön yuxarı dişlərin vəziyyəti, ürək tonları, qarın nahiyyəsi, bud nəbzləri, xayalıqlar
  17. Ailəyə əgər uşaqda xəstəlik olmayıbsa quş qripi əleyhinə peyvəndin edilməsi barədə məlumat verin (milli peyvənd proqramının bir hissəsi olmadan). 

Üç yaş

Məqsədlər

Tibbi müayinə 

  1. Ümumi vəziyyət, qeyri-normal hərəkətlər
  2. Psixososial inkişaf: uşaq qısa müddətdə gözləyə bilir və valideynlərin aısamüddətli yoxluğuna dözə bilir. O onunla əlaqəli (hekayədə mən; məni, mənim özüm, mən) olan hadisələr haqqında danışa bilməli, digər uşaqlara maraq göstərməli, reallıq və uydurma arasında fərqli deməli və "o" sözünü düzgün istifadə etmə qabiliyyətində olmalıdır. 
  3. Kobud hərəki qabiliyyətlər: yeriş, barmaqlarda yerimə, bir ayaq üstə dayanma, tullanma və topu atma. Yerimə məqsədyönlü, ritmik, sıçrayışla və rahat olmalıdır. Uşaq hətta ətrafa baxdıqda belə istiqaməti saxlaya bilməlidir. Əgər kobud hərəki qabiiliyyətləri yoxlayarkən 3 tapşırıqda qeyri-normal vəziyyət aşkar edildisə uşaq sonrakı qiymətləndirmə üçün fizioterapevt və ya uşaq nevroloquna yönəldilməlidir. Əgər uşaq iki tapşırığı edə bilmədisə müayinə qısa müddətdən sonra təkrarlanmalıdır. Eyni yanaşma istifadə edilməklə digər sahələr də qiymətləndirilə bilər.  
  4. Nitqi başa düşmək: sadə əmrlərə tabe olur, əllərini və üzünün hissələrini göstərə bilir
  5. Nitq yaranması: düzgün sadə qrammatika ilə qısa cümlələri istifadə edir
  6. Nitqi başa düşmə və qavrama: Şəkildə böyük ilə kiçik arasındakı fərqi deyə bilir, müxtəlif rəngli hissələri qeyd olunmuş yerə qoya bilir  (test patronaj işçisi tərəfindən yerin yetirilə bilər) 
  7. Eşitməni başa düşmək: müxtəlif məna verən sadə sözlərin mənasını başa düşür (test patronaj işçisi tərəfindən yerinə yetirilmələ bilər)
  8. Əl-göz kordinasiyası: yeddi kərpici qoya bilir, dairə, horizontal və vertikal xəttləri köçürə bilir, qapağı aça bilir (test patronaj işçisi tərəfindən yerinə yetirilmələ bilər)
  9. Görmə: müvafiq görmə cədvəlləri vasitəsilə yaxın və uzaq görməni yoxlayın (məsələn LH və ya LEA cədvəli). (Teat patronaj işçisi tərəfindən yerinə yetirilə bilər. Əgər uşaq əlaqə yaratmırsa test növbəti görüş zamanı yerinə yetirilə bilər). Çəpgözlüyü vizual, örtük testi və Hirçberq testi ilə yoxlayın. 
  10. Əgər uşaqda nitqi başa düşmək və ya yaranmasını kiçik audiometr və ya uşağın adını 2 metr məsafədən uşağın hər iki tərəfindən çağırmaqla eşitməni yoxlayın. Uşağın nitqi anlaşılmaz və ya kasad olduqda, əgər onun kiçik əmrləri başa düşməkdə problemləri varsa, suallara cavab vermək əvəzində mövzunu dəyişirsə və yaxud eşitmək üçün diqqətini cəmləyə bilmirsə onu loqopedə yönəldin.
  11. Dəri, ön-yuxarı dişlərin vəziyyəti, üz simmetriyası, üəryin auskultasiyası, qarın, bud nəbzləri, xayalar. 

Beş yaş

Məqsədlər

Müayinə

Patronaj işçisi tərəfindən müayinə

  1. Ümumi təəssürat; boy, çəki və başın çevrəsi
  2. Kobud hərəki bacarıqlar: daban və barmaqlar üzərində yerimək, barmaqlar üzərində 5 metr düz xətt üzrə yerimək, tək ayaq üzərində dayanmaq (ən azı 10 saniyə ciddi qeyd olunan sürüşmə olmadan) və bir ayaqda tullanmaq (ən azı 10 dəfə ritmik olaraq edə bilməlidir). Hava yastığını əlləri bədəndən tam açıq olmaq şərtilə 2 metr məsafəyə ata və tuta bilməlidir. 
  3. Qarşılıqlı əlaqə, diqqət və motivasiya: müayinənin tapşırıqlarında diqqətini davamlı olaraq cəmləyə bilməlidir (təxminən 25-30 dəqiqə). Nitq adekvat olmalıdır, hər iki hissə nəzərə alınmalıdır. Bir tapşırıqdan digərinə keçə bilməmək diqqət əksikliyi üçün göstərici ola bilər. 
  4. Nitq və dil bacarıqları müvafiq. standartlaşmış testlər vasitəsilə yoxlanmasına üstünlük verilir. Təsviri nitqi, nitqi başa (cümlə strukturu, zamanlar) düşməni, nitqin hərəki idarə edilməsi, ardıcıl eşitmə yaddaşını, cümlə yaddaşı və söz təsvirini, əşyaları tanımaq və adını deməklə yanaşı əsas anlayışları və müxtəlif təlimatları başa düşməsini qiymətləndirin. Əgər nitq sərbəst və dil bacarıqları bu yaş üçün uyğundursa bir və ya iki səsdən ibarət nitq çətinliyi narahatlıq üçün əsas deyil. 
  5. Görmə qavrayışı: uşaq 6 kərpicli struktur yarada bilməlidir. 
  6. Əl-göz koordinasiyası: fiqurları (üçbucaq və üçbucaqla kvadratın kombinasiyası) kopyalaya bilir, qayçı ilə dairə kəsə bilir,  5-6 muncuğu (1 sm) 1 dəqiqədə plastik ipə keçirə bilir.
  7. Görmə: müvafiq cədvəllə yaxın və uzaq görməni yoxlayın (məsələn ). Vizual olaraq çəpgözlüyü yoxlayın. Normal görmə itiliyi (təkgözlü və ikigözlü müayinə) 0.7-dən yuxarıdır və testin nəticəsi iki göz arasında bir xəttdən çox fərqlənməməlidir. 
  8. Eşitməni audiometr vasitəsilə müayinə edin. Normal eşitmə 0.25 - 4 kHz-də 20 dB-dir. 
  9. Qan təzyiqi. 

Həkimin müayinəsi

  1. Ümumi təəssürat: boy, çəki və baışn çevrəsinin inkişafı. 
  2. Diadoxokineziya (yuxarı ətrafları hərəkət etdirmədən eyni tempdə 5 dəfə təkrarlaya bilmək)
  3. Barmaq-burun testi (tremor və ya kompulsiv hərəkət olmadan yerinə yetirə bilməlidir)
  4. Görmə: görmə itiliyi testi, Hirçberq testi, örtük testi, konvergensiyadan alınan nəticələri yoxlayın
  5. Dəri, ön-yuxarı dişlərin vəziyyəti, üz simmetriyası, üəryin auskultasiyası, qarın, bud nəbzləri, xayalar. 
  6. Uşaqla söhbət edin: ö öz sağlamlığını necə qəbul edir, onun dostları kimlərdir, sevimli oyunları hansılardır. Uşağın fikirlərinə qulaq asmaq və onun ünsiyyət və diqqətini cəmləmək bacarıqlarını qiymətləndirmək vacibdir. 
  7. Hər hansı şübhə yaradan anomaliyalar, risk faktorları, mənbələr və uşağın ümumi vəziyyətinə dair nəticə əldə edin. Ailə ilə birlikdə gələcəkdə mümkün olan tədbirləri planlaşdırın. 

Avadanlıq

Lazım olan

Məsləhət görülən

 

Müvafiq mənbələr

 

 

Yuxarıya