Xayaların enməməsi
EBM Klinik protokolları
18.04.2018 • Sonuncu dəyişiklik 15.05.2016
SeppoTaskinen
Əsas məqamlar
- Müalicə olunmasa, enməmiş xayalarda cinsi hüceyrələrin miqdarı uşaq böyüdükcə azalır. Hətta, müalicə olunduqda belə, enməmiş xayalar adətən, yetkin yaşda normal enən xayalardan daha kiçik olur.
- Doğulduqda müşahidə edilən enməmiş xayaların təqribən, yarısı həyatın ilk 6 ayında spontan olaraq enir.
- Məktəbəqədər yaşda hərəkətli xayaya (testis saltans) tez-tez rast gəlinir. Əsas kremaster refleksi adətən, məktəb yaşına qədər sönür, lakin, bəzi hallarda xayalar yenidən geri qayıda bilər. Ehtimal ki, enməmiş xayalara görə aparılan əməliyyatların yarıya qədəri əvvəllər enmiş xayaların yenidən geriyə qayıtması səbəbindən icra olunur. Kifayət qədər gec mərhələdə enmiş və çox hərəkətli xayalar bunun üçün xüsusilə risklidir.
- Məktəb və məktəbəqədər yaşda hər sağlamlıq müayinəsində xayaları müayinə edin.
- Ultrasonoqrafiya, adətən, müalicəyə tələbatın qiymətləndirilməsində vacib deyil.
- Uşaqları uşaq cərrahına yönləndirin :
- Əgər 6 ayına çatmış uşaqda xaya yaxud xayalar enməyibsə,
- Əgər əvvəlcədən hər iki xayanın olmamasına şübhə varsa, (xüsusilə də,əgər xarici cinsiyyət orqanlarında hansısa anomaliyalar olarsa)
- Həmçinin, daha sonralar xaya daima xayalıqdan kənarda olarsa,
- Əgər xayalar ən azı. hərdənbir öz məxsusi yerlərində olarsa,məsələn, duş və ya vanna qəbul etdikdə, müalicəyə gərək yoxdur. Problemli hallarda xayaların vəziyyəti hər il yoxlanılmalıdır.
Xayaların müayinəsi
- Uşaq dərzi pozasında ayaqları çarpazlaşmış şəkildə valideynin qucağında oturduqda yaxud durduqda, sakitcə xayaları gözlə nəzərdən keçirin. (Xayalar çox zaman müayinə edən əl yaxınlaşarkən yuxarı sıçrayır.)
- Xayalar ya dərzi vəziyyətində, yaxud da uzanmış vəziyyətdə palpasiya olunur. Xayalar bir əllə tutularaq, digər əllə qasıq büküşündən aşağı"sağılır".
- Diqqət yetirin ki, xayalar xayalığın dibinə çəkilə bilirmi və orada qalırmı? Əgər xayalar təsir qurtaran kimi yenidən elastik lent kimi dartılaraq geri qayıdırsa, o zaman uşaq cərrahına yönləndirilmə nəzərdə tutulmalıdır.
Müalicə
- Məqsəd testikulyar zədələnmənin minimuma endirmək üçün enməmiş xayanı daha yaxşısı, artıq 6–12 aylarda, lakin 18 aydan gec olmayaraq müalicə etməkdir.
- Müəyyən edilməmiş hallarda müalicəyə dair qərar verilməzdən öncə müşahidəyə ehtiyac ola bilər.
- xayaların əsl enməməsinin müalicəsi cərrahidir.
- Əgər hormonal müalicə ilə hətta, müsbət nəticələrin alınması barədə məlumatlar verilsə belə, o əsasən, yüngül hallarda istifadəyə münasibdir ki, bu zaman xayanı cəhd edərək xayalığa çəkmək mümkündür, lakin o, orada qalmır. Xayaların inkişafı ilə əlaqədar hormonal müalicənin təhlükəsizliyi, xüsusilə də, 2 yaşdan aşağı uşaqlarda üstünlüklərin təsvir olunmasına baxmayaraq ,sual altındadır. Hazırki Təlimatlara əsasən, məsələn, Skandinaviya ölkələrində mövcud qaydalara görə hormonal terapiya əgər tətbiq olunarsa, yalnız istisna hallarda münasibdir.
Toppari J. Paediatrics: New cryptorchidism guidelines reach a consensus. Nat Rev Urol 2014;11(8):432-3. Ritzén EM, Bergh A, Bjerknes R, et al. Nordic consensus on treatment of undescended testes. Acta Paediatr 2007 May;96(5):638-43.