İmmunosuppresiyalı və xərçəng xəstələrində infeksiyalar və uşaqlarda təkrarlanan infeksiyalar və immun çatışmazlıqlarına həmçinin baxın
Əsas məqamlar
Erkən bilinməsi
sepsis və ya onunla bağlı risk
kəskin virus infeksiyaları
Pneumocystis jirovecii pnevmoniyaları
Müalicənin mərkəzləşdirilməsi
Uşaqlarda sitostatik müalicə pediatrik hemmato-onkoloqlar və ya onkoloji təhsilli pediatrların iştirakı ilə xəstəxanalar tərəfindən təmin edilir. Buna görə ailələrə uşaqların müalicəsi üçün cavabdeh olan xəstəxana ilə birbaşa əlaqə yaratmaq tövsiyə edilmişdir.
Septisemiyanın əlamətləri
Neytropeyalı uşaqda qızdırma (> 38 ° C) həmişə ciddi bir əlamətdir: uşaq dərhal ən yaxın uşaq xəstəxanasına göndərilməlidir. Qanda neytrofil sayı 0.5 × 109/l,-dən aşağı olarsa qızdırmanın olması qan əkilməsi nümunələri götürüldükdən sonra xəstəxanada geniş-spektirli mikrobəleyhinə müalicənin başlanılmasına həmişə göstərişdir.
Qarın ağrısı və ishal septisemiyanın ilk əlamətləri ola bilər.
Xəstənin ümumi vəziyyəti yaxşı olarsa hərarətin olmadığı fokal infeksiyalar (otitlər, sinusitlər) normal müalicə edilə bilər. Ümumi vəziyyəti pisləşən qızdırmasız pasient də septisemiyanın olması güman edilir .
Virus infeksiyaları
Bədxassəli törəmələrə görə (xüsusilə leykemiya və limfoma) kimyəvi terapiya aparılan uşaq suçiçəyi xəstəliyi olan şəxslə təmas edərsə profilaktik olaraq virus əleyhinə dərmanlar təyin edilir. Bu uşaqda simptomlu suçiçəyi və ya herpes zosteri xəstəxana şəraitində asiklovir ilə müalicə etmək məsləhət görülür.
Profilaktika təsirə məruz qalmadan 7-9 gün arasında başlayır və 7 gün davam edir. Ağır immunosuppresiyada müalicə təsirə məruz qalmadan etibarən 21 günə qədər müvafiq olaraq davam edə bilər.
Dərmana alternativlər:
valasiklovir 60 mq /kq / 24 saat d.q. 3 dozaya bölünür, maksimum doza 3 000 mq / 24 saat (250 mq və 500 mq dozalı tablet) və ya
Zoster hyperimmunoglobulin (uşağın çəkisi 20 kq-dan aşağı olduqda 2 ml i.m. və çox olduqda 4 ml i.m.) həmçinin xəstdədə suçiçəyi olmadığı tədqirdə müvafiq qədər verilə bilər. Təsirə məruz qalmadan 48 saat ərzində profilaktikanın aparılması məsləhət görülür.
Lakin, xəstədə simptomlar varsa o xəstəxanada v.d asiklovir ilə müalicə edilməlidir."?> Kimyaterapiya aparılan uşaq qızılca ilə xəstələnərsə ixtisaslaşdırılmış şöbə ilə məsləhətləşin. Adətən xəstəliyin gedişatında kimyaterapiyanın dayandırlması zəruridir. Uşağın həmişə xəstəxanada yerləşdirilməsi zəruri deyil."?>
Sipmtomların yaranmasından 48 saat müddətində istifadə edilən oseltamivir preparatı qrip infeksiyası üçün istifadə edilir.
Tənəffüs yolları infeksiyalar və ya mədə-bağırsaq simptomları kimi meydana çıxan digər virus infeksiyaları ilə əlaqəli immun sistemi zəif olan şəxs ixtisaslaşmış şöbə ilə məsləhətləşməlidir. Qızdırmasız virus infeksiyasının müalicəsi əsasən simptomatik dəstəkləyici terapiyaya əsaslanır.
Göbələk infeksiyaları
Geniş spektrli mikrob əleyhinə müalicəyə baxmayaraq neytropenik xəstədə qızdırma davam edərsə göbələk infeksiyasından sübhələnilməli və emprik müalicə başlanılmalıdır.
Kök hüceyrə transplantasiyası keçirən ən ağır immunosuppressiyalı uşaqlar göbələk əleyhinə profilaktik dərman qəbul etməlidirlər.
Pneumocystis jirovecii
Kimyaterpiya alan xərçəng xəstəsi olan uşaqların əksəriyyətində P. jirovecii pnevmoniyasının qarşısını almaq üçün trimetoprim-sulfamethoksazol profilaktikası aparılır. Sürətli və dayaz nəfəs alan xəstə, aşağı dərəcəli qızdırması olduğu halda da, sinə rentgenoqrafiyası və arterial qanda oksigenin ölçülməsi üçün dərhal xəstəxanaya çatdırılmalıdır. Ağciyər biopsiyası aparılması ilə təyin edilən diaqnoz təsdiqlənir .
Splenektomiya icra edilən uşaqlar
Splenektomiya icra edilən pediatrik xəstələr ümumiyyətlə əməliyyatdan Streptococcus pneumoniae, Neisseria meningitidis and Haemophilus influenzae əleyhinə peyvənd edilirlər. Peyvənddən, xəstənin yaşından və milli immunizasiya proqramından asılı olaraq revaksinasiya tələb edilə bilər. Əlavə təfərrüatlar əldə etmək üçün yerli təlimatları nəzərdən keçirin."?> Qrip əleyhinə vaksinasiyanın aparılması həmçinin tövsiyə edilir.
Splenektomiya icra edilən pediatrik xəstələrdə yüksək hərarət həmişə ciddi simptom kimi qəbul edilir və təxirəsalınmadan qan qan əkilməsi nümunələrinin götürülməsini və bir qayda olaraq hemofil xəstəliyinə qarşı təsirli olan mikrob əleyhinə venadaxili müalicəni tələb edir.