Müalicə olunmazsa, koronar arteriya anevrizmasına səbəb olan pediatrik kəskin qızdırmalı xəstəlikdir
Erkən diaqnostika və intravenoz immunoqlobulin ilə müalicə koronar arteriya anevrizması riskini azaldır.
Aşağıda göstərilmiş 6 simptomdan 4 olan halda, simptomların davametmə müddətindən asılı olmayaraq Kavasaki xəstəliyindən şübhələnmək və uşağı hospitalizasiya etmək lazımdır. Həmçinin qızdırmalı uşaq A məqaləsinə bax
Məqaləyə bax (açıqdır) - xəstəliyin kliniki mənzərəsinin şəkilləri üçün.
Laborator tapıntılar
Hər hansı bakterial infeksiyaya oxşayır
SRZ və eritrositlərin çökmə sürəti aydın şəkildə yüksəlmişdir
Leykositoz və leykoformulada sola meyillilik
tez-tez steril piuriya
Alanin aminotransferaza (ALA) konsentrasiyalı çox hallarda yüksəlmişdir
Ağırlaşmalar
Müallicə olunmamış xəstələrin təqribən 20% -də koronar arteriyaların genişlənməsi və ya anevrizması inkişaf edir. Onlar tromboza, miokard infarktına və ani ölümə səbəb ola bilər. Bəzi kiçik anevrizmalar spontan şəkildə geri sorulur; digərlər obstruksiya, stenoz və ya damarın əyri-üyrülüyünə gətirib çıxarır.
Koronar anevrizmalar ürəyin ultrasonoqrafiyası zamanı aşkar edilə bilər. Bu anevrizmaları aşkar etmək üçün Kavasaki xəstəliyindən şübhələnən kimi dərhal, 2 həftə sonra və 1 ay sonra ürəyin ultrasonoqrafiyası icra edilməlidir.
Müalicəsi
Bir dəfəyə yüksək dozada intravenoz immunoqlobulin. Bu müalicə effektiv şəkildə koronar arteriyaların genişlənməsinin qarşısını alır və simptomların geriləməsinə səbəb olur.
Kavasaki xəstəliyindən şübhələnən kimi dərhal və daha yaxşı olar ki xəstəliyin ilk həftəsində müalicəyə başlanılsın. Bu səbəbdən də xəstəliyin erkən vaxtında onu aşkar etmək və erkən müalicə üçün uşağı hospitalizasiya etmək vacibdir.