İmmuniteti zəifləmiş xəstələrdə su çiçəyi xəstəliyininin qarşısını Varicella-zoster immunoqlobulinlə alın və simptomatik xəstəliyi antiviral dərmanlarla müalicə edin.
Su çiçəyi xəstəliyi qlükokortikoid preparatları qəbul edən, kəskin atopik xəstəliyi və ya İİV-pozitiv olan, habelə kök hüceyrə transplantasiyası əməliyyatı keçirən, bundan başqa yaşı 12-dən çox olan xəstələrdə ağır formada keçə bilər: Bu qrup xəstələrdə antiviral dərmanlara diqqət etmək lazımdır.
Bərpa mərhələsində təkrarlanan qızdırma və/və ya intensiv ağrı bakterial mənşəli fəsadlara işarədir və xəstəxanada müalicə aparılmalıdır.
Tərkibində canlı zəifləmiş mikroblar olan vaksin də mövcuddur. Bu 2017-ci ilin sentyabrın 1-dən Finlandiya milli immunizasiya proqramına daxil edilib. bax Peyvəndlər . Yaşı 12-dən çox olan və su çiçəyi xəstəliyinə tutulmamış bütün şəxslərin peyvənd olunması məsləhət görülür.
Klinik mənzərə
Adətən prodromal simptomlar yoxdur.
Makulopapulyoz səpgi qəfil başlayır və tez bir zamanda vezikulyoz səpgilərə çevrilir (şəkillər). Müxtəlif mərhələlərdəki zədələrə dəridə eyni zamanda rast gəlinir (şəkillər). Vezikulyoz səpgilər əsasən insanın gövdəsində olur, onlara adətən baş dərisində, həmçinin selikli qişalarda, o cümlədən ağız boşluğu selikli qişasında rast gəlinir.
Səpginin ilkin mərhələsində xəstələrdə adətən yüksək hərarət olur.
Pnevmaniya uşaqlarda nadir hallarda, yetkin insanların isə 15-30%-də olur. Risk, hamiləlik dövründə və siqaret çəkənlərdə yüksəkdir.
Fəsadlar
Streptokokklar və stafilokokklar ikincili bakterial infeksiyalara səbəb ola bilir. Əgər su çiçəyi xəstəliyinə yaxalanmış xəstədə yenidən yüksək hərarət və şiddətli ağrılar başlayarsa, streptokokkların səbəb olduğu nekrozlaşan fassit kimi fəsadların mümkünlüyünü xatırlayın.
Reye sindromu hallarının 10%-i su çiçəyi xəstəliyi ilə əlaqəlidir. Buna görə də çiçək xəstəliyi olan xəstələrə aspirin verilməməlidir.
Meninqoensefalit nadir baş verən, lakin ağır fəsaddır (1:3000–10 000).
Post-infeksiya beyincik iltihabları su çiçəyi xəstəliyindən sonra serebellar simptomlar (ataksiya, balansın pozulması) kimi təqdim edilir. Bu özbaşına həll olunur.
Yoluxuculuq
Su çiçəyi xəstəliyi səpginin meydana çıxmasında təxminən 1-2 gün əvvəl hava-damcı yolu ilə asanlıqla yayılır. Yoluxuculuq vezikulyoz səpgilərin qabığa çevrilməsinə qədər davam edir (ən azı səpgilərin meydana çıxmasından təxminən 5 gün sonra).
İnkubasiya müddəti 10-21 gündür: immuniteti zəifləmiş xəstələrdə daha qısa və Varicella-zoster immunoqlobulin verildikdən sonra isə daha uzun olur.
Diaqnostika
Su çiçəyi xəstəliyi asanlıqla bilinir və heç bir laborator araşdırma tələb olunmur.
Risk qruplarına daxil olan xəstələrdə, diaqnostika, PZR testi üçün səpginin aşağı hissəsindən pambıqla götürülmüş nümunədən təsdiqlənə bilər. PZR testi serebrospinal mayedən də aparıla bilər.
Müalicə
Əgər immuniteti zəifləmiş uşaq su çiçəyi xəstəliyinə tutulursa xəstəxanada asiklovir qəbul etməlidir.
Su çiçəyi xəstəliyinin ağır formasına səbəb olan faktorlara əsasən, T hüceyrələrinin miqdarı və funksiyasına təsir edən birincili immun çatışmazlığı, istifadəsi davam edən və ya 3 ay əvvəl istifadəsi dayandırılmış sitotoksik dərmanlar, 14 gündən çox davam edən yüksək dozalı qlükokortikoid müalicəsi, digər bəzi immunosupressiv müalicələr, İİV infeksiyası və kök hüceyrə transplantasiyasının fəsadları daxildir.
Varicella zoster virusu asiklovirə sadə Herpes virusundan daha az həssasdır. Buna görə də asiklovir müalicəsinə adətən venadaxili başlanılır (1 500 mq/m2/24 saat - 3 dozaya bölünür). Böyrək çatışmazlığında doza azaldılır. Yüngül formalarda oral valasiklovir terapiyası yetərli ola bilər.
Sağlam uşaqların asiklovir ilə müalicəsinə dair müəyyən təlimatlar yoxdur. Müalicə açıq-aydın uşağın kəskin atopik xəstəliyi olduğu halda və ya yaşı 12-dən çoxdursa tövsiyə olunur. Müalicəyə səpgilərin yaranmasından sonra 24 saat ərzində başlanılarsa, daha effektli olar.
Qaşınma hidroksizin ilə müalicə oluna bilər. Dərinin ikincili bakteryal infeksiyaları (qabıqlar, impetiqo ətrafı dərinin intensiv, ağrılı ekzeması) məsələn sefaleksinlə müalicə oluna bilər (gündəlik 50 mq/kq per oral yolla). Sağalan qabıqların ətrafı qızmızımtıl olur.
Sağalmış qapıqlar dəridə çapıq izləri qoya bilər (şəkil).
Streptokokk infeksiyasının ağırlaşmasına dair şübhə varsa xəstəni xəstəxanaya yönləndirin. Burada ilkin olaraq pensilin və klindamitsin qarışığı ilə venadaxili antibiotik müalicəsi aparılmalı, zəruri olarsa infeksiya fokusu cərrahi yolla kəsilməlidir.
Profilaktika
Leykemiya, limfoma və ya anadangəlmə/qazanılmış immun çatışmazlığı olan, habelə əvvəllər su çiçəyi xəstəliyinə tutulmamış və ya tutulub-tutulmadığı bilinməyən şəxslər su çiçəyinə yoluxduğu zaman onlara varicella-zoster immunoqlobulin verilməlidir.
Yoluxma dedikdə ailədə su çiçəyi və ya kəmərləyici dəmrov, habelə tanışlar arasında su çiçəyi xəstəliyinin (bu insanlarla dəri təması olmuşsa və ya qapalı məkanda 5 dəqiqədən çox üz-üzə, yaxud eyni otaqda 15 dəqiqədən çox zaman keçirilibsə) olması nəzərdə tutulur. Əgər uşağın qardaş və ya bacısı su çiçəyinə yoluxubsa, uşaq bundan 8 gün sonra yoluxa bilər.
Yoluxmadan sonra 72 saat ərzində varicella-zoster immunoqlobulin (ortalama 125 IU/10 kq, maksimum doza 625 IU) verilməlidir. Bununla belə bunun üçün tam məhdudiyyət yoxdur. Əgər xəstə immunoqlobulinin əvvəlki dozasından sonra 2 həftə ərzində yenidən yoluxubsa, dozanın yarısı verilir.
Varicella-zoster immunoqlobulindən başqa, yoluxmadan 7-9 gün sonra, xəstəliyin yaranmasının qarşısı alındıqdan, və ya xəstəlik yalnız yüngül formada başladıqdan dərhal sonra, profilaktik asiklovirə başlamaq olar (doza: 5 gün üçün, gündəlik 40 mq/kq 4 dozaya bölünür, maksimum 800 mq × 4). Kəskin immun çatışmazlığı olan xəstələrdə terapevtik doza da istifadə edilə bilər.
Yoluxmadan sonra 3 gün ərzində edilən su çiçəyi əlehinə olan peyvənd də simptomatik xəstəliyin yaranması riskini əhəmiyyətli dərəcədə azaldır.
Peyvənd
Tərkibində canlı zəifləmiş mikroblar olan vaksin sağlam uşaqlarda ən effektlidir"?>. Onların təxminən 5 faizində vaksinasiyadan sonra yüngül ekzantema olur. Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlarda vaksin adətən işə yaramır və mənfi təsirlərə çox rast gəlinir. Zəruri olduqda qardaş və bacılarının vaksinasiyası ilə risk qruplarına aid olan uşaqların müdafiəsi aparılır.
2017-ci il sentyabrın 1-dən etibarən vaksin Finlandiya milli immunizasiya proqramına daxil edilib. Vaksinasiya hələ su çiçəyi xəstəliyinə tutulmamış 1,5 -11 yaş arası bütün uşaqlara təklif edilir. Müəyyən edilmiş vaksinasiya mərhələsində ilk doza 1,5 yaşında, gücləndirilmiş doza isə 6 yaşında verilir. Keçid müddətində gücləndirilmiş doza verilir
ilk dozasını 1,5-5 yaşlarında qəbul edən uşaqlara 6 yaşında
ilk dozasını 6-11 yaşlarında qəbul edən uşaqlara 12 yaşında
İki doza arasında minimum interval 3 aydır. Vaksinasiyaya dair digər məqaləyə baxın.
Əksər ölkələrdə vaksin, vaksinasiya proqramlarına daxil edilməyib, lakin "?> MMR (qızılca, parotid və məxmərək) vaksinasiyası ilə birlikdə araşdırılır. Vaksinasiyaya dair digər məqaləyə baxın. Vaksin "?> "?> valideynlərin istəyi ilə 12 aylıq və daha böyük uşaqlara təyin edilir."?>
Hamilə qadınlarda və doğuş zamanı su çiçəyi
Əgər qadın doğuşdan 0-5 gün əvvəl və ya doğuşdan sonra 2 gün ərzində su çiçəyinə tutulursa, döl və ya yeni doğulan körpənin infeksiyaya yoluxmaq riski yüksəkdir. Belə körpələrin təxminən 17 faizi yoluxur, ölüm halları 31 faizdir. Buna görə də yoluxmuş körpələr varicella-zoster immunoqlobulin və profilaktik asiklovirlə müalicə edilməlidir. Əgər simptomlar üzə çıxırsa, asiklovir terapik dozada venadaxili verilir.
Yeni doğulmuş körpənin bacı və qardaşlarından biri su çiçəyinə tutulursa körpənin varicella-zoster immunoqlobulinlə müalicə olunması zəruri deyil.
Su çiçəyi hamilə qadın üçün təhlükəli ola bilər. Hamilə qadın su çiçəyinə tutulubsa və ya daha öncə xəstəliyə tutulmamış hamilə qadın yoluxubsa daxili xəstəliklər bölməsində ginekoloq və ya mütəxəssislə təcili məsləhətləşməlidir. Müalicə qərarları xəstəxanada fərdi şəkildə verilir
Kəmərləyici dəmrov
Varicella-zoster virusu bədəndə gizli qalır, yenidən aktivləşdikdə 1-3 dermatomların ərazisində kəmərləyici dəmrova (zona) səbəb olur.
Əgər uşaqlar həyatlarının ilk ilində yüngül formada su çiçəyinə tutulublarsa onlarda da kəmərləyici dəmrov xəstəliyi yarana bilər.
Zədəni bağlamaq təcrid üçün kifayətdir.
Uşaqlarda kəmərləyici dəmrovun müalicəsi
Ümumi sağlam uşaqlarda simptomatik müalicə aparılır. Çünki uşaqlarda xəstəlik ədatən yetkin insanlara nisbətən daha yüngül olur. Onlar nadir hallarda postherpetik nevralgiyanın təsirinə məruz qalırlar.
Antiviral müalicə üçün göstəricilər
İmmuniteti pozulmuş uşaq daima malicə olunur.
Kliniki müşavirəyə əsasən
güclü simptomlarda, intensiv ağrıda
gözdə kəmərləyici dəmrovda
Antiviral müalicə üçün göstəricilər varsa müalicə mümkün qədər tez, xəstəliyin başlamasında ən geci 72 saat sonra başlanmalıdır.
İmmuniteti zəifləmiş uşaqlarda və ümumi simptomları olan yoluxucu xəstəlikdə parenteral müalicə aparılır: venadaxili asiklovir gündəlik 1 500 mq/m2 3 dozaya bölünür.
Xəstəliyin yüngül formasında və əlavə müalicə üçün oral asiklovir 20 mq/kq × 4
Müalicənin müddəti 7 gündür və ya reaksiyaya görə dəyişir.