Uşaqlarda rinosinusit
EBM Klinik protokolları
10.01.2017 • Sonuncu dəyişiklik 10.01.2017
JohannaNokso-Koivisto
Giriş
- Soyuqdəymə zamanı uşaqlar adətən burun boşluğunda və maksillar sinusda artmış sekresiyadan əziyyət çəkir. Bu halda rinosinusit termini istifadə olunur.
- Rinosinusit adətən müalicəsiz aradan qalxır.
- Əgər uşaq soyuqdəymənin başlanmasıdan 10 gün sonra hələ də davam edən öskürəkdən, irinli rinitdən, üz ağrısından və ya baş ağrısından əziyyət çəkirsə və simptomlarda xüsusilə də sağalmanın ilkin fazasından sonra ağırlaşmalar müşahidə edilirsə, kəskin bakterial rinosinusitdən şübhələnilə bilər.
- Funksional diaqnostika üsullarından istifadə etmək uşaqlar üçün məsləhət görülmür.
- Antibiotik preparatlarından amoksisilinə üstünlük verilir.
- Bakterial rinosinusit böyüklərlə müqayisədə uşaqlarda daha çox ağırlaşmalara səbəb olur. Göz qapaqlarının şişməsi (şəkil) bir xəbərdarlıq əlaməti sayılır.
- Maksillar sinusitlərin diaqnozu klinik əlamətlərə əsasən qoyulur. Duzlu burun damcıları rahatlıqla istifadə edilə bilər. Sinusitlər böyüklərlə müqayisədə uşaqlarda daha çox ağırlaşmalara səbəb olur. Göz qapaqlarının (şəkil) və ya yanağın (göz yuvası) şişməsi bir xəbərdarlıq əlaməti sayılır.''?>
Maksillar sinusların inkişafı
- Maksillar sinuslar doğuş vaxtı lobya ölçüsündə olub geniş şəkildə burun boşluğuna açılmış olur.
- Daimi dişlər formalaşdıqdan sonra sinuslar aşağıya doğru damaq istiqamətində genişlənir və 10-12 yaşlarında maksillar sinusların yatağı burun yatağı ilə eyni səviyyədə olur. Maksillar sinuslar yekun ölçüsünə 5-18 yaşında çatır.
- Uşaq böyüdükcə maksillar sinusun mənfəzi sinusun ölçüsü ilə müqayisədə daha dar olmağa başlayır.
- Maksillar sinuslar anadangəlmə lobya dənəsi ölçüsündə olur və onların aşağı kənarları aşağı konxanın birləşdiyi nöqtəyə paralel olur. Həyatın ilk üç ili ərzində sinuslar yan və arxa istiqamətdə böyüyür. Daimi dişlər inkişaf etdikdən sonra böyümə prosesi damaq istiqamətində gedir və 10–12 yaşında maksillar sinusun aşağı kənarı burun pasajının aşağı kənarına paralel olur. Maksillar sinuslar yekun ölçülərinə 15–18 yaşında çatır. Uşaq böyüdükcə maksillar sinusun boşluğu (ostium) sinusun ölçüsü ilə müqayisədə daha da daralmış olur. Eyni zamanda sinusitin əhəmiyyəti də artmış olur ''?>
Etiologiya
- Sinusun selikli qişasının iltihabının səbəbi demək olar ki, hər zaman tənəffüs yollarının virus infeksiyası olur.
- Bakterial infeksiyalara adətən Streptococcus pneumoniae, Haemophilus influenzae və Moraxella catarrhails səbəb olur.
Simptomlar və diaqnoz
- Uşaqlarda rinosinusit diaqnozu xəstənin anamnezinə və klinik təzahürlərə əsasən qoyulur.
- Bakterial rinosinusit ümumi soyuqdəymənin başlanmasından 10 gündən də çox davam edən və ya sağalmanın ilkin fazasından sonra kəskinləşən irinli rinit, üz və ya baş ağrısı, öskürək və yüngül temperatur kimi əlamətlərdən sonra yaranır.
- Burun boşluğunda irinli ifrazat müşahidə etmək olar, bəzi hallarda isə orta konxanın alt hissəsindən irinli eksudatın axmasına da təsadüf edilir.
- Uşaqlarda sinusları funksional diaqnostika metodları vasitəsilə müayinə etmək tövsiyə edilmir (ümumi soyuqdəymə zamanı dərindən aparılan müayinələrdən və radioloji müdaxilələrdən qaçınmaq lazımdır).
- Maksillar sinusların ultrasəs müayinəsi yalnız 7 yaşdan yuxarı uşaqlada aparıla bilər.
- Uşaqlarda maksillar sinusitin diaqnozu xəstənin anamnezinə və klinik təzahürlərə əsasən qoyulur. Smptomlar (burun axması, öskürək, temperatur) 10 gündən də çox mövcud ola və ya sağalmanın ilkin mərhələsindən sonra kəskinləşə bilər. Bəzən hətta yüksək teperatur və ya irinli burun ifrazatı kimi qısa müddətli simptomlar kəskin maksillar sinusun yaranmasına səbəb ola bilər. Burun boşluğunda irinli ifrazat müşahidə edilə bilər, bəzi hallarda isə orta konxanın alt hissəsindən irinli eksudatın axmasına da təsadüf etmək olur. Uşaqlarda nazal polip, sistik fibrozu, xoanal polipi və ya meninqoseli inkar etmək üçün otorinolarinqoloqa (qulaq-burun-boğaz mütəxəssisi) göndəriş üçün göstəriş hesab olunur. Kəskin sinusit diaqnozunun qoyulması məqsədilə funksional diaqnostika metodlarının tətbiq edilməsi tövsiyə edilmir, çünki selikli qişanın müxtəlif dərəcəli ödemi hətta sağlam uşaqlarda da müşahidə edilə bilər. Vacib olmayan funksional diaqnostika metodlarının tətbiqindən uzaq durmaq lazımdır, çünki uşaqlar radiasiyaya qarşı həssas olur.
Müalicə
- Virus mənşəlli rinosinusitlər antibiotik müalicəsi olmadan aradan qalxır.
- Antibiotik yalnız rinosinusit simptomları 10 gündən çox davam edərsə, başlamasından 5 gün sonra ağrlaşarsa və ya kəskin hal alarsa təyin edilməlidir.
- Antibiotik seçimi orta konxadan götürülmüş nümunənin həssaslıq testinin nəticəsinə və bakterial kultura əsasında aparıla bilər.
- Antibiotik müalicəsində ilkin seçim amoksisilindir, 40-50 mq/kq/gün, 2 və ya 3 dozaya bölünmüş şəkildə, 7 gün.
- Antibiotik müalicəsində ikinci seçim amoksisilin-klavulan turşusu (40-50 mq/kq/gün, 2 dozaya bölünmüş şəkildə) və 8 yaşdan yuxarı uşaqlar üçün doksisiklindir.
- Penisilinə və ya doksisiklinə qarşı allergiyası olan xəstələr üçün sulfa-trimetoprim, ikinci nəsil sefalosporinlər və ya makrolidlər (klaritromisin və ya azitromisin) düşünülə bilər.
- Dəstəkləyici vasitələrin fayadaları barəsində çox az məlumatlar mövcuddur. Simptomatik müalicə (məs, nazal dekongestantlar) tətbiq edilə bilər. Burunun duzlu məhlulla yuyulması (irriqasiyası) simptomları yüngülləşdirə bilər. Bu üsul hətta kiçik uşaqlar tərəfindən də yaxşı tolerə edilir.
- Diaqnozu qoyulmuş maksillar sinusit antibiotiklər vasitəsilə müalicə edilə bilər (adətən amoksisilin 40#&x2013;50 mq/kq/gün). Yalnız penisilinə qarşı xəstənin həqiqi allergiyası olması halında klaritromisin və ya azitromisin kimi geniş-spektrlı makrolidlər təyin edilə bilər. Orta konxanın aşağı hissəsindən götürülmüş bakterial kultura antibiotik maddəsinin seçimində faydalı ola bilər. Antibiotik müalicəsinin optimal davam etmə müddəti məlum deyildir, lakin əksər hallarda 10 gün yetərli olur. Əgər ilk anibiotikin təsiri kifayət qədər effektiv olmasa, xəstəyə amoksisillin + klavulan turşusu təyin edilə bilər. Əgər xəstə həqiqi penisilin allergiyasından əziyyət çəkirsə, sulfonamid və trimetoprim kombinasiyası ikinci seçim müalicəsi olaraq təyin edilə bilər. Dəstəkləyici vasitələrin fayadaları barəsində çox az məlumatlar mövcuddur, lakin duzlu burun damcıları və ya spreyləri rahatlıqla tətbiq edilə bilər.
Residivləşən və müalicəyə davamlı sinusit
- Residivləşən və davamlı sinusitlərin müayinəsi otorinolarinqoloq tərəfindən aparılmalıdır.
- Residivləşən xəstəliklərin yaranma səbəbi residivləşmiş tənəffüs yolları infeksiyaları, allergiyalar və ya burnun selikli qişasını qıcıqlandıran faktorlar ola bilər. İltihabı dəstəkləyən faktorlar aradan qaldırıldıqda uşaqlar üçün sinusitin proqnozu qənaətbəxş olur.
- Sinusitin residivlşməsi və ya davamlı xarakterli olması hallarında konservativ müalicəyə və nəzarətə rəğmən adenoektomiya ilkin tədbir kimi qəbul edilməlidir. Eyni zamanda maksillar irriqasiya (yuyulma), lazım gəldikdə isə bakterial kultura üçün nümunənin götürülməsi prosesləri də həyata keçirilməlidir.
- Maksillar endoskopik cərrahi əməliyyat uşaqlarda çox nadir hallarda həyata keçirilir.
- Residivləşən və davamlı sinusitlərin müayinəsi otorinolarinqoloq və ya uşaq infeksion xətəlikləri sahəsində ixtisaslaşmış mütəxəssis tərəfindən aparılmalıdır. Altda yatan səbəblər müəyyən edilməli və müalicə edilməlidir. Uşağın udlağında limfa toxuması iltihab faktorlarına qarşı güclü reaksiya göstərir. Böyümüş adenoidlər tək başına tənəffüsün çətinləşməsinə və seliyin ifraz olunmasına mane ola bilər. Bu hallarda adenoektomiya düşünülə bilər. Allergya və toz dənəcikləri, kirləticilər kimi burnun selikli qişasını qıcıqlandıran faktorlar və residivləşmiş tənəffüs yolları infeksiyaları sinusitlərin inkişafına səbəb ola bilər. Altda yatan səbəblər kənarlaşdırıldıqda sinusitin proqnozu qənaətbəxş olur. MRT və KT paranazal sinusların struktur pozğunluqlarının müəyyən edilməsi məqsədilə həyata keçirilə bilər. Maksillar sinusa edilən cərrahi müdaxilə bəzən hətta uşaqlar üçün də göstəriş ola bilər.''?>
Sinusitin ağırlaşmaları
- Ciddi ağırlaşmalara nadir hallarda rast gəlinir, buna baxmayaraq onlar sürətlə inkişaf edə və təcili tibbi müdaxilə tələb edə bilərlər. Əgər ağırlaşmadan şübhələnilərsə xəstəyə təcili olaraq xüsusi tibbi yardım göstərilməlidir.
- Rinitli uşaqlarda ağırlaşmalara dəlalət edən simptomlara birtərəfli (unilateral) göz qapağı şişkinliyi, şiddətli baş ağrısı, alın nahiyyəsində şişkinlik və həssaslıq və ümumi vəziyyətin pozulması aid edilir.
- Preseptal sellülit və orbital sellülit və ya orbital abses ən geniş yayılmış ağırlaşmalara aid edilir. İltihab intrakranial ağırlaşmalara səbəb olaraq daha geniş nahiyyəyə yayıla bilər (məs. epidural və ya subdural abses).
- Qapalı məkanda pyogen maddələr ətrafa yayılmağa meyilli olurlar. Yanaq və ya göz qapağı sellüliti maksillar və ya etmoid sinusitin ağırlaşmasının ilk əlaməti ola bilər (nəzər yetirin). Həyatın ilk illərində infeksiya sahəsi adətən etmoid sinus olur hansı ki, bəzi hallarda periorbital ödemə səbəb ola bilir. Rinitlə yanaşı gedən göz qapağı ödemi ağırlaşmış sinusit hesab edilməlidir və uşaq xəstəxanaya göndərilməlidir. Digər ağırlaşmalara infeksiyanın göz orbitinə və nadir hallarda kəllə daxili yayılması aid edilə bilər.''?>
DeMuri GP, Wald ER. Clinical practice. Acute bacterial sinusitis in children. N Engl J Med 2012;367(12):1128-34.