Uşaqlarda nəfəs almada çətinlik
EBM Klinik protokolları
23.01.2017 • Sonuncu dəyişiklik 23.01.2017
TarjaHeiskanen-Kosma
."?>
Əsaslar
- Təcili müalicə tələb edən aşağıdakı halları müəyyənləşdirin:
- Hipoksiya və ya hər hansı bir səbəbdən nəfəsalma çətinliyi ilə tənəffüs əzələlərinin iş yükünün artmasına görə uşaqlardakı qaçınılmaz yorğunluq
- tənəffüs yollarında yad cisim
- epiqlotit.
- Laringit, bronxiolit, obstruktiv bronxit və ya astmanı (nəfəsalma və ya nəfəsvermədə çətinlik), tənəffüs tezliyi və nəfəsalma çətinliyi ilə müşayiət olunan tipik pnevmoniyanı fərqləndirin.
- Xəstəxanada tamamlayıcı müalicəyə ehtiyacı olan bronxiolitli körpələri müəyyənləşdirin. Kiçik körpədə bronxiolit apnea ilə əlaqələnir və simptomlar 5-6 günə inkişaf edə bilər.
- Xəstənin ümumi görünüşünü, nəfəsalma prosesini müşahidə etmək, tənəffüs və nəbzin tezliyini, oksigen saturasiyasını ölçməklə nəfəsalma çətinliyini qiymətləndirin.
- Nəfəsvermə çətinliyi olan xəstələrdə xırıltı polifonik ola və müxtəlif tezlikdə eşidilə bilər (müxtəlif ölçülərdəki bronxlarda daralma; balaca uşaqda xırıltı aşağı tezlikdə ola bilər).
- Uşaq sakit olduğu müddətdə vəziyyətini mümkün olduğu qədər tez qiymətləndirməlisiniz. Auskultasiya, tənəffüs prosesinin daha dəqiq qiymətləndirilməsi və istənilən retraksion üçün lazımı qədər soyundurmalısınız.
- Kritik hallarda ilk tibbi yardım zamanı oksigen saturasiyası 95% dən aşağı olduqda oksigen verilməlidir; oksigen saturasiyasının 90% dən aşağı olması vəziyyətin ciddi olduğunu bildirir.
- Oksigenləşmə qeyri-kafi (<95%) olduqda və ya ilk tibbi yardımdan sonra nəfəsalma çətinliyi davam etdikdə, uşaq xəstəxanaya yatırılır. Kiçik körpədə nəfəsalma çətinliyini normalda pediatr qiymətləndirməlidir və tamamlayıcı müalicə üçün hər an xəstəxanaya yatırıla bilər.
- Müalicə və evdə tamamlayıcı müalicə üçün aydın təlimatlar verilməlidir.
- Uşaqda qısamüddətli öskürək (3 həftədən daha az müddətdə) viruslu infeksiyaya görədir. Antimikrobiyal dərman vasitələri öskürək üçün yazılmamalıdır və öskürək dərmanları təsir göstərmir. Peyvənd olunmamış körpədəki proksismal öskürək göy öskürəyə görə ola bilər və xəstə dərhal xəstəxanaya yatırılmalıdır.
- Təcili müalicə tələb edən aşağıdakı halları müəyyənləşdirin: tənəffüs yollarında yad cisim, epiqlotit, hipoksiya və ya tənəffüs əzələlərinin iş yükünün artmasına görə uşaqlardakı qaçınılmaz yorğunluq. Laringit, obstruktiv bronxit və ya astmanı (nəfəsalma və ya nəfəsvermədə çətinlik); tənəffüs tezliyi və nəfəsalma çətinliyi ilə müşayiət olunan tipik pnevmoniyanı fərqləndirin. Kəskin obstruktiv bronxiti inhalyasiya üçün olan salbutamolla müalicə edin. Oksigenləşmə qeyri-kafi (92%) olduqda və ya ilk tibbi yardımdan sonra nəfəsalma çətinliyi davam etdikdə, uşağı xəstəxanaya yatırın. Körpədə nəfəsalma çətinliyini adətən pediatr qiymətləndirməlidir və xəstəxanada tamamlayıcı müalicə almalıdır.
Diferensial diaqnoz üçün əlamətlər
- Əgər əvvəlcə sağlam olan uşaqda infeksiya zamanı nəfəsalma çətinliyi artarsa, buna səbəb laringit, obstruktiv tənəffüs yolları iltihabı, pnevmoniya, eləcə də tənəffüs yolunda yad cisim də ola bilər.
- Yad cismin aspirasiyası, adətən, müxtəlif dərəcəli tənəffüs çətinliyi ilə qəfil, möhkəm öskürəyə səbəb ola bilər.
-
- Simptomlar kortəbii şəkildə keçə bilər.
- Bir çox hallarda valideynlər yad cisimdən şübhələnirlər.
- Yad cismin aspirasiyası döş qəfəsi orqanları rentgenində ixtisaslaşmış mərkəzə dərhal aparılması və bronxoskopiyanın diqqətə alınması üçün bir göstəricidir.
- Əgər əvvəlcə sağlam olan uşaqda infeksiya zamanı tənəffüs çətinliyi artarsa, buna səbəb tənəffüs yolunda yad cisim və ya obstruktiv tənəffüs yolu infeksiyası ola bilər. Yad cismin aspirasiyası müxtəlif dərəcəli tənəffüs çətinliyi ilə qəfil, möhkəm öskürəyə səbəb ola bilər. Bir çox hallarda valideynlər yad cisimdən şübhələnirlər. Yad cismin aspirasiya ehtimalı döş qəfəsi orqanları rentgeninə dərhal aparılması və bronxoskopiya üçün bir göstəricidir.
- İki növ obstruktiv tənəffüs yolu itihabı var:
- 1.Tənəffüsalmada çətinlik
- Laringit
- Epiqlotit
- Laringotraxeit
- Bakteriyal traxeit
- 2.Tənəffüsvermədə çətinlik
- Obstruktiv bronxit
- Bronxiolit
- Döş qəfəsi orqanlarının rentgenində yan aspektdən yastı diafraqma və “çəllək” forması nəfəsvermədə çətinliklə müşahidə olunan hiperinflasiyanı bildirir, ancaq rentgen çəkilən zaman respirator fazası da nəticəyə təsir edir.
- Uşaqda abstruksiya və ifrazatla həm hiperinflatid, həm də atelaktatik bölgələr dəyişkən dərəcədə görünə bilər. Atelaktazla pnevmonik infiltrasiyanı fərqləndirmək hər zaman asan deyil. Lobar tutumunun azalması və periferiya doğru bulanıqlığın pazabənzər formada daralması atelaktaz üçün səciyyəvidir.
- Labarotoriya testləri açıq müalicədə ilkin yardım qiymətləndirilməsi üçün faydalı deyil; əvəzində kliniki qiymətləndirməyə əsasən, növbəti müalicə planlaşdırılmalıdır.
- Əgər ciddi bakteryal infeksiya (pnevmoniya, epiqlotit, bakteryal traxeit) ehtimalı varsa, digər testlərlə birgə qan kultivasiya nümunəsi də alınmalıdır.
- Epidemiya zamanı qripi müşahidə etmək faydalıdır.
Laringit
- Boğazda və traxeyanın yuxarı hissəsində (subglottik bölgə) iltihab bu üç şeyə səbəb ola bilər:
- Hürməyə bənzər öskürək
- İnspirator stridor
- Səs boğuqluğu
- Qışqırmaqla əlaqəli inspirator stridor adi bir haldır, ancaq sakit uşaqda bunun davam etməsi daha ciddi kliniki vəziyyətə işarədir.
Epiqlotit
- Əgər uşaqda saatlarla davam edən yüksək hərarət, səs boğuqluğu, tənəffüs çətinliyi və tüpürcək ifrazı ( udmada çətinlik) davam edərsə, epiqlotit olma ehtimalı vardır.
- Tüpürcək ifrazı, narahatlıq və öskürəyin qurtarması onu laringitdən fərqləndirir.
- Finland milli peyvənd proqramının bir hissəsi olan hemofilus qripi əleyhinə peyvənd Finlandiyada doğulan uşaqlarda epiqlotitə tutulma halını heç olmayacaq qədər azaldıb (ildə 1-2 hala rast gəlinə bilər). Əgər epiqlotit olma ehtimalı varsa, uşağın proqrama uyğun olaraq peyvənd olub-olmadığını soruşmaq lazımdır.
- Xəstəliyə tutulanlar bir neçə saat yüksək hərarəti, səs boğuqluğu olan, tənəffüsdə çətinlik çəkən və tüpürcək ifraz edən məktəbə qədər yaş dövrü uşaqlarıdır. Tüpürcək ifrazı, narahatlıq və öskürəyin qurtarması onu laringitdən fərqləndirir. Hemofilus qripi əleyhinə peyvənd uşaqlarda epiqlotitə tutulma ehtimalını effektli şəkildə azaldır.
Laringit. Boğazda və traxeyanın yuxarı hissəsində iltihab bu üç şeyə səbəb ola bilər: səs boğuqluğu, hürməyə bənzər öskürək, inspirator stridor. Kliniki vəziyyətinə görə xəstələr iki alt qrupa bölünə bilər: laringotraxeit və spazmodik krup (laringit simfleks). Laringotraxeit adətən nəfəs darlığı olmazdan 3 gün qabaq rinit, öskürək və qızdırma ilə müşahidə olunaraq başlayır. Spazmodik krup əvvəlcədən infeksiyanın heç bir göstəricisi olmadan simptonların qəfil, xüsusən də gecə yarısı başlaması ilə xarakterizə olunur. Xəstəliyə tutulanlar adətən oğlan olur (80%) və xəstəlik tez-tez təkrarlanır.
Obstruktiv Bronxit (kəskin və təkrarlanan nəfəsvermə çətinliyi)
- Finlandiyada, adətən, kəskin virus infeksiyasının 12-36 aylıq uşaqda səbəb olduğu nəfəsvermə çətinliyi obstruktiv bronxit adlanır. (ICD10: J20.5-J20.9)
- İnfeksiyanın səbəb olduğu nəfəsvermə çətinliyi o qədər geniş yayılmışdır ki, 3 yaşına çatmamış hər 3 uşağın birində baş verir.
- Obstruktiv bronxit, bronxiolit və uşaqlıq astması arasındakı sərhəb qeyri-müəyyəndir.
- Diaqnoz qoymaq elə də çətin deyil: tez və küylü nəfəs alaraq öskürən uşaq obstruktiv bronxit xəstəsidir.
- Ağ ciyərlərin auskultasiyasında ekspirium, adətən, uzanır və xırıltı eşidilə bilir.
- Halbuki, orta dərəcəli obstruksiyalı uşaqda xırıltı kəsə bilər; auskultasiya əlaməti kobud xırıltılı səs ola bilər və əsasən, nəfəsvermə çətinliyidir.
- Müxtəlif ölçülü bronxların daralmasına görə balaca uşaqda xırıltı polifonik olub, müxtəlif tezlikdə eşidilə bilər. Aşağı təzyiqli xırıltı eşidilməyə və mukoza bənzədilə bilər.
- Kəskin obstruksiyada auskultasiya əlamətləri dayaz nəfəsə görə normal hesab oluna bilər. Halbuki, respirator sürəti daim artır. Müayinə və auskultasiya ilə respirator funksiyasını hərtərəfli qiymətləndirmək lazımdır.
- Hətta təxminən 6 yaşlı uşaqda belə zirvə sürəti hava axını müvəffəqiyyətlə ölçülə bilər və təcili vəziyyətlərdə ölçülməlidir.
- Yüngül dərəcəli obstruksiya hər zaman nəfəsalmada görünən çətinliyinə səbəb olmur, yalnız auskultasiyada nəfəsverməni, xırıltını və mukozu uzadır.
- Xəstəlik “insipiyent bronxit” kimi başa düşülə bilər və uşağın əslində bronxodilatatora ehtiyacı olan zaman bir kurs antimikrobiyal qəbul edə bilər.
- Virus infeksiyası simptomlarını inkişaf etdirməyə meyilli uşaqları müəyyənləşdirmək, müalicəni və ona uyğun tamamlayıcı müalicəni planlaşdırmaq lazımdır. Bronxit ehtimalı olan xəstəyə təkrar antimikrobiyal kurs verilməməlidir, bu xəstələrin bronxodilatatora ehtiyacı var və uzun müddətli dərman müalicəsi lazım olub olmadığını dəqiqləşdirin.
- Məktəbə getmə dövrünə çatmamış uşaqda həkim tərəfindən təkrarən (ildə 3 dəfədən çox) və ya ardıcıl şəkildə (6 həfədə ən azı 2 dəfə baş verməsi) virus infeksiyası ilə birgə nəfəsvermə çətinliyi müşahidə olunarsa, ixtisaslaşmış mərkəzdə pediatr tərəfindən astma üçün risk faktorlarının qiymətləndirilməsinə, iltihab əleyhinə dərman vasitələrinə və növbəti tamamlayıcı müalicəyə başlamaq lazımdır.
- Diaqnoz qoymaq çox asandır: tez və küylü nəfəs alaraq öskürən uşaq obstruktiv bronxit xəstəsidir. Ağ ciyərlərin auskultasiyasında ekspirium uzanır və xırıltı eşidilə bilir. Halbuki, obstruksiya orta dərəcəli olduqda belə xırıltı kəsə bilər; auskultasiya əlaməti, əsasən, nəfəsvermə çətinliyi olan kobud xırıltılı səsdir. Kəskin obstruksiyada auskultasiya əlamətləri dayaz nəfəsə görə normal hesab oluna bilər. Respirator tezliyi artır. Müayinə və auskultasiya ilə respirator funksiyasını hərtərəfli qiymətləndirmək lazımdır. Digər tərəfdən yüngül dərəcəli obstruksiya hər zaman nəfəsalmada görünə bilən çətinliyinə səbəb olmur, yalnız auskultasiya ilə mukoz və ya xırıltı aşkar edilə bilər. Xəstəlik “insipiyent bronxit” kimi başa düşülə bilər və uşağın bronxodilatatora ehtiyacı olan zaman bir kurs antimikrobiyal qəbul edə bilər. Tənəffüs yolu infeksiyası ilə əlaqəli olunan mukoz ifrazı və təkrarlanan xırıltılı obstruksiyaya meyilli uşaqları müəyyənləşdirmək və pediatr nəzarəti altında kostikosteroid ilə inhalyasiya müalicəsi etmək lazımdır. Ən geniş yayılmış səhv uşaqları təkrarlanan antimikrobiyal dərman kursu ilə müalicə etməkdir.
Bronxiolit
- Salbutamol və hipertonik salinlə ilhalyasiya yəqin ki, simptomları yüngülləşdirməyəcək və ya azaltmayacaq, ya da bronxiolitli körpələrin xəstəxana müalicəsini qısaltmayacaq və təcili ambulator yardım zamanı bu vasitələrdən istifadə edilməməlidir.
- RS virusunun səbəb olduğu bronxiolitə qlükokortikoidin faydasına dair heç bir sübut yoxdur və ona görə də, istifadə olunmamalıdır.
- Bronxiolitli körpələrin xəstəxana müalicəsini rasemik adrenalini də azaltmır. Bəzi xəstələrə müvəqqəti olaraq kömək edə bilər. Reaksiya diqqətlə qiymətləndirilməli və uyğun müalicə tətbiq ediməlidir.
- Xəstəxanada xəstənin ümumi vəziyyəti yoxlanılır və əlavə olaraq lazımı qədər oksigen verilməsi və həddən artıq ifraz olunan mukozun təmizlənməsi üçün qayğı göstərilməlidir.
- Oksigen və havanın isti, nəmli qarışığı yüksək axın sürətiylə verilə bilər və bu intubasiya ehtiyacını azalda bilər.
- Respirator tezliyi 50/min. Xəstə, adətən, xəstəxana müalicəsi tələb edir. Ən önəmli terapiya nəmləndirilmiş havanın qorunmasıdır SaO2 95%.
Virus infeksiyası ilə əlaqələnən öskürək
- Uşaqlarda kəskin tənəffüs yolu ilə əlaqələnən öskürək (3 həftədən az müddətə) demək olar ki, virus infeksiyasına görə dəyişməz qalır və antimikrobiyal müalicə istifadə olunmur.
- Öskürək əleyhinə dərmanlar uşaqlardakı kəskin öskürək simptomlarını yüngülləşdirmir, ancaq əks təsirləri ola bilər. Beta-aqonistləri də istidafə olunmur.
- Bal simptomları yüngülləşdirə bilər və 1 yaşdan yuxarı uşaqlarda öskürək simptomlarının qısa müddətli müalicəsində istifadə oluna bilər (yatmağa getməzdən təxminən 30 dəq qabaq bir neçə millilitr və ya 10 qr).
- Bir neçə həftə davam edən mukoz öskürəyi (bakteriyal bronxit ehtimali olan) differensial diaqnostik qiymətləndirməni tələb edir (vərəm, silya funksiya pozğunluğu, sistit fibrozu).
- Məktəbyaşlı uşaqlarda sinuzit də mukoz öskürəyə səbəb ola bilər.
- Xırıltılı öskürək xüsusilə balaca körpələrdə paroksismal öskürək kimi ehtimal olunmalıdır. Xəstələr pediatr tərəfindən qiymətləndirilməlidir və hətta özlərini yaxşı hiss etsələr də, apnea riskinə görə xəstəxanada tamamlayıcı müalicə almalıdır.
Əlaqəli mənbələr
- Cochrane jurnalı
- Digər sübut xülasələri
-
-
-
-
-
-
-
-