Uşaqlarda orta otit: risk faktorları və patogenez
EBM Klinik protokolları
12.12.2016 • Sonuncu dəyişiklik 12.12.2016
TuomasKlockarsAinoRuohola
Əsas məqamlar
- Uşaqların təxminən 40%-i bir yaşına qədər və təxminən 70%-i isə iki yaşına qədər bir və daha artıq kəskin orta otit (KOO) epizodlarına məruz qalırlar.
- Kəskin orta otitdən sonra müəyyən miqdarda effuziyanın orta qulaqda davam etməsi (hətta bir neçə həftə ərzində) normaldır. Bu qətiyyən kəskin orta otitin yeni bir epizodu kimi şərh olunmamalıdır.
Tərif
- Cəmiyyət arasında "qulaq infeksiyası" anlayışı çox zaman kəskin orta otiti qeyd etmək üçün istifadə edilir.
- Təbil pərdəsi və orta qulaqla əlaqəli tapıntıların spektri genişdir. Kəskin orta otit (KOO) ilə ekssudativ orta otit (EOO) arasında differensasiya aparmağa qabil olmaq və orta qulaqda təkcə effuziyanın mövcudluğunun antimikrob vasitələrin istifadəsinə göstəriş olmadığını yadda saxlamaq vacibdir.
Kəskin orta otit
- Kəskin orta otit (KOO) dedikdə orta qulaqda qəfil, qısa müddətli, kliniki olaraq təsdiqlənə bilən iltihab nəzərdə tutulur. Kliniki əlamətlərə təbil pərdəsinin aydın iltihabi dəyişiklikləri (qabarma ən aşkar əlamətdir) və orta qulaq effuziyası (şəkillər ) daxildir. Həmçinin, kəskin infeksiyanın əlamət və simptomları da kliniki mənzərənin bir hissəsidir.
Ekssudativ orta otit (”yapışqan qulaq”)
- Orta qulaqda > 2–3 ay davam edən effuziya. Ekssudativ orta otitli uşaqda həm də kəskin infeksiyanın simptomları ola bilər.
Risk faktorları
- Kəskin orta otit və ekssudativ orta otit üçün risk faktorları əsasən eynidir.
- Zirvə nöqtəsi 1 yaş arasında olmaqla rastgəlmə tezliyi 0,5–2 yaş arasında olan qrupda ən yüksəkdir.
- Kəskin orta otit demək olar ki, həmişə yuxarı tənəffüs yollarının infeksiyasının nəticəsidir.
- Genetik meylliyin rolu əhəmiyyətli dərəcədədir"?>.
- Siqaret çəkən şəxslərdə bakteriyalar üçün burun-udlaq daşıyıcılıq riski yüksəldiyi üçün valideynləri siqaret çəkənlərdə xəstəliyin riski yüksəkdir.
- Məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) getmək və bacı-qardaşların olması infeksiyalara məruz qalma ehtimalını artırır.
- Əmziklərin istifadəsinin xəstələnmə riskini artırması ədəbiyyatda göstərilib"?>.
- Döşlə qidalandırmanın qısa müddətə davam etməsi və ya heç aparılmaması xəstələnmə riskini artırır.
Patogenez
- Həm Yevstax borularının, həm də immunoloji vəziyyətin qeyri-yetkinliyi uşağı kəskin orta otit və ekssudativ orta otitə meyilli edir.
- Kəskin orta otit demək olar k, istisnasız olaraq yuxarı tənəffüs yollarının infeksiyası ilə əlaqəlidir. Mərkəzi patogenetik mexanizm bakteriyalar və viruslar arasında qarşılıqlı əlaqəni əhatə edir. Orta qulaqda mənfi təzyiq infeksiyanın inkişafına töhvə verir.
- Əksər uşaqlarda kəskin orta otit həm bakteriyalar, həm də viruslar tərəfindən törənən qarışıq bir infeksiyadır.
- Ən çox rast gəlinən törədici bakteriyalar Streptococcus pneumoniae, Haemophilus influenzae və Moraxella catarrhalis bakteriyalarıdır. Daha nadir bakteriyalara Streptococcus pyogenes, Staphylococcus aureus və Pseudomonas aeruginosa aiddir.
- Kəskin orta otitilə əlaqəli viruslar ən çox hallarda rinovirus, respirator-sinitsial virus, enterovirus və bokaviruslardır.
- Ekssudativ orta otit çox zaman kəskin orta otitin nəticəsi kimi orta qulaqda effuziya çəkilmədiyndən və vəziyyətin uzanmış hala gəlməsindən inkişaf edir.
- Həmçinin, ekssudativ orta otit infeksiya mövcud olmadan da, xüsusilə Yevstax borusunun funksional və/və ya srtuktur problemlərinin nəticəsi olaraq inkişaf edə bilər.
Casselbrant ML, Mandel EM, Fall PA et al. The heritability of otitis media: a twin and triplet study. JAMA 1999;282(22):2125-30. "?>Niemelä M, Pihakari O, Pokka T et al. Pacifier as a risk factor for acute otitis media: A randomized, controlled trial of parental counseling. Pediatrics 2000;106(3):483-8. Niemelä M, Uhari M, Möttönen M. A pacifier increases the risk of recurrent acute otitis media in children in day care centers. Pediatrics 1995;96(5 Pt 1):884-8. Uhari M, Mäntysaari K, Niemelä M. A meta-analytic review of the risk factors for acute otitis media. Clin Infect Dis 1996;22(6):1079-83. Bluestone CD, Klein JO. Otitis media in infants and children. 3rd edition. Philadelphia: WB Saunders, 2001Alho OP, Koivu M, Sorri M et al. The occurrence of acute otitis media in infants. A life-table analysis. Int J Pediatr Otorhinolaryngol 1991;21(1):7-14. Arola M, Ruuskanen O, Ziegler T et al. Clinical role of respiratory virus infection in acute otitis media. Pediatrics 1990;86(6):848-55. "?>