Timpanometriya
EBM Klinik protokolları
12.12.2016 • Sonuncu dəyişiklik 12.12.2016
TuomasKlockarsAinoRuohola
Əsas məqamlar
- Timpanometriya müayinəsində timpanoqram adlandırılan qrafik əyrilik hasil edilir.
- Timpanoqram təbil pərdəsinin hərəkətliliyi barədə və dolayı yolla orta qulaqda effuziyanın mümkün mövcudluğu barədə məlumat daşıyır.
- Bu müayinə otoskopiyadan əldə edilmiş tapıntıları dəstəkləmək və diaqnozu aydınlaşdırmaq üçün istifadə edilir.
- Müayinə təhlükəsiz, cəld və ağrısızdır.
- Normal timpanoqram (aşkar zirvə ilə olan bir əyrilik; şəkil ) orta qulaqda effuziyanı istisna edir.
- Qeyri-normal timpanoqram pasiyentdə kəskin orta otit (KOO) və ya ekssudativ orta otitin (EOO, "yapışqan qulaq") olub-olmadığını açıqlamır.
Texnika
- Ən yaxşısı timpanometriyanı otoskopiyadan və xarici qulaq kanalını təmizləməzdən öncə həyata keçirməkdir. Uşaq müqavimət göstərdiyi təqdirdə əldə edilən timpanoqram nadir hallarda etibarlı sayıla bilər.
- Timpanometrin yumşaq plastik uclu qulaq zondu xarici qulaq keçəcəyinə sıx yerləşdirilir.
- Hermetikləşməni (kipliyi) xarici qulaq sırğalığını arxaya yüngülcə dartmaqla və zondu təbil pərdəsinin "birbaşa görünüşü" olan vəziyyətə zərif fırlatmaqla əldə etmək olar.
- Hermetikləşmə yaranandan sonra avtomatik yazan cihaz işə düşür. Ölçmə tipik olaraq 1-2 saniyə çəkir.
Nəticələrin şərhi
- Yalnız əgər əyrilik qırılmayıbsa və fasiləsizdirsə şərh etməyə cəhd göstərilməlidir. Eyni nəticələr daşıyan təkrar ölçmələr müayinənin etibarlılığını artırır. Müntəzəm təcrübə müayinə edən şəxsə etibarlı və şərh edilə bilən əyriliklər almağa kömək edəcək.
- Timpanoqramı şərh etdikdə ən vacib məqam zirvə nöqtəsinin hündürlüyü və ya bu nöqtənin təzyiq oxu üzərində vəziyyəti deyil, məhz əyriliyin formasıdır (X oxu; şəkil ) .
- Zirvə nə qədər itidirsə, orta qulaq effuziyasının bir o qədər az ehtimalı mövcuddur.
- Daha girdə, lakin aydın zirvə orta qulaq effuziyası olmadıqda qeydə alınır.
- Əyrilik nə qədər hamar və alçaqdırsa orta qulaq effuziyasının daha yüksək ehtimalı mövcuddur.
- Zirvəsiz hamar xətt orta qulaq effuziyasının göstəricisidir."?>
- Uşağın qulaq kanalının elastikliyi geriyə "əks-səda" verə bilərək çox alçaq əyriliklər, hətta tamamilə hamar xətlər hasil edə bilər.
- Timpanoqramlar əyriliyin zirvəsinin təzyiq oxu (X oxu) üzərindəki vəziyyətinə uyğun olaraq A, C və B tiplərinə bölünür.
- A tipi qrafiki (–200 – +30 dPa), normal isitnad intervalı ilə uyğun olan iti zirvə (şəkil ): orta qulaq effuziyasının ehtimalı çox azdır.
- C tipi qrafiki, zirvə sola yerini dəyişib (< –200 dPa; şəkil ): orta qulaq effuziyasının ehtimalı azdır; orta qulaq daxilində mənfi təzyiq; zökəm xəstəliyində tipikdir.
- B tipi qrafiki, hamar xətt, heç bir zirvə müəyyənləşdirilə bilmir (şəkil ): xüsusilə əgər nəticə təkrar müayinələrlə əldə edilibsə, orta qulaq effuziyasının ehtimalı var.
- Timpanostomiya borusu və ya təbil pərdəsində perforasiya müayinə aləti üçün spesifik olan şərh xətalarına gətirib çıxara bilər: bəzi alətlər heç bir qrafik çəkmir, digər alətlər isə B tipi qrafiki çəkəcək. Müayinə edən şəxs istifadə olunan alətin xüsusiyyətləri ilə mütləq yaxşı tanış olmalıdır.
Müvafiq resurslar
Smith CG, Paradise JL, Sabo DL, Rockette HE, Kurs-Lasky M, Bernard BS, Colborn DK. Tympanometric findings and the probability of middle-ear effusion in 3686 infants and young children. Pediatrics 2006 Jul;118(1):1-13. Onusko E. Tympanometry. American Family Physician 2004;70(9):1713-20 van Balen FA, de Melker RA. Validation of a portable tympanometer for use in primary care. Int J Pediatr Otorhinolaryngol 1994 Jun;29(3):219-25. "?>Koivunen P, Alho OP, Uhari M, Niemelä M, Luotonen J. Minitympanometry in detecting middle ear fluid. J Pediatr 1997 Sep;131(3):419-22. Helenius KK, Laine MK, Tähtinen PA et al. Tympanometry in discrimination of otoscopic diagnoses in young ambulatory children. Pediatr Infect Dis J 2012;31(10):1003-6.