Uşaqlarda residivləşən qarın ağrıları
EBM Klinik protokolları
13.07.2016 • Sonuncu dəyişiklik 05.05.2014
MerjaAshorn
Tərifi
- Qarın ağrısı ən azı 3 ay davam edərsə və uşağın normal fəaliyyətinə təsir göstərərsə, o, residivləşən qarın ağrısı olaraq qəbul edilir.
Simptomlar və etiologiya
- Ən çox 6 ilə 12 yaş arası uşaqlarda təsadüf edilir.
- Ürəkbulanma və ya hətta qusma, sulu nəcis, mədə qıcqırması və daha böyük uşaqlarda baş ağrısı müşahidə edilə bilər.
- Əksər hallarda uşaqlarda təkrarlanan qarın ağrısı funksional xarakter daşıya bilər.
- Laktozaya intolerantlıq, nadir hallarda 3-4 yaşdan əvvəl inkişaf edir. Simptomlar, yetkin insanlarda təsadüf edilən simptomlarla oxşarlıq təşkil edir: qarnın şişməsi, köp və ishal. Simptomlar, tərkibində süd olan məhsulların qəbulundan 2 saat sonra maksimal həddə çatır.
- Qəbizlik qarın ağrısına səbəb ola bilər.
- Ən azı üç uşaqdan biri psixososial problemlərə malik olur. Bu problemlərin dəyərləndirilməsi bütün ailə üzvləri ilə konsultasiyanın aparılmasını və mütəxəssis yardımını tələb edə bilər.
- Residivləşən qarın ağrılarından əziyyət çəkən uşaqların əksəriyyəti normal ailələrdən gəlir və müqayisəli tədqiqatlarda heç bir psixososial etiologiyaya rast gəlinməmişdir.
- Təkrarlanan qarın ağrısının nadir görülən səbəblərinə aid edilir:
- qida intolerantlığı
- seliak xəstəliyi (çölyak, seliakiya xəstəliyi)
- qastro-ezofaqal refluks
- bağırsağın iltihabı xəstəliyi
- hipotiroidizm
- sidik yollarının xəstəlikləri (qarın ağrısının residivləşməsindən əziyyət çəkən uşaqların 1%-də hidronefroz təyin edilir)
- motorika pozğunluqları (qıcıqlanan bağırsaq sindromunda)
- pankreatit
Müayinələr
- Əksər hallarda təkrarlanan qarın ağrısından əziyyət çəkən uşağın qiymətləndirilməsi ilkin tibbi yardımda aparıla bilər.
- Klinik müayinəyə TPR və qarının palpasiyası aid edilir.
- Ümumi qan analizi, ESR, laktoza provokasiya testi, endomisium və ya transqlutaminaza antitelləri və sidiyin kimyəvi analizi.
- Laktoza provokasiya testinin aparılması məktəb yaşından kiçik uşaqlarda, anamnezdə simptomların aşkar şəkildə süd qəbulu ilə əlaqədar olduğuna işarə edildiyi və xüsusilə ailə üzvlərində laktozaya qarşı intolerantlıq olduğu təqdirdə göstəriş hesab edilir. Yalnız test zamanı uşaqda simptomlar aşkar edildikdə və qanda qlükoza səviyyəsinin yüksəlməsi patoloji olaraq az olduqda testin nəticəsini müsbət olaraq qəbul edilir. Laktaza gen testi, xəstənin laktoza malabsorbsiyasına uyğun bir genotipə sahib olub olmadığını göstərir.
- Seliak xəstəliyi üçün seroloji testlər həssas testlər hesab edilir. Diaqnoz mütləq nazik bağırsağın biopsiyası ilə təstiqlənməlidir.
- Anamnez və ya fiziki müayinə əsasən göstərildiyi təqdirdə qida allergiyasını istisna edin.
- Ağrı olduqca qıcıqlandırıcı və ya tez-tez təkrarlanan xarakter daşıyırsa, mütəxəssis konsultasiyasına müraciət edin. Aşağıda qeyd edilən simptomlar da həmçinin xəstəxana şəraitində müayinələrin aparılmasını tələb edir: nokturnal ağrı, çəki itkisi, qızdırma, təkrarlanan qusma və disfagiya, böyümə geriliyi və qanlı ishal.
- Qarnın ultrasəs müayinəsi (obstruktiv) sidik yolları problemlərinin diaqnozunda faydalıdır. Ağrı kolikli, şiddətli və uşağı narahat edən xarakterdə olarsa, qarnın ultrasəs müayinəsi həyata keçirilməlidir.
- Fekal kalprotektinin təyin edilməsi, iltihablı bir bağırsaq xəstəliyindən şübhələnildiyi təqdirdə uğurlu bir seçim hesab edilir.
- Nəcisdə helikobakter antigeninin təyin edilməsi və helikobakterin aradan qaldırılması müalicəsi ailədə mədə xorası olan bir xəstə olduğu təqdirdə göstəriş ola bilər. Helikobakter müayinəsində əldə edilən müsbət nəticə mütəxəssis məsləhətləşməsinə göstəriş hesab edilir.
Adiyyatı mənbələr
McGrath PJ, Goodman JT, Firestone P, Shipman R, Peters S. Recurrent abdominal pain: a psychogenic disorder? Arch Dis Child 1983 Nov;58(11):888-90. Ashorn M. Helicobacter pylori infection in children. Academic dissertation. Tampere 1994