Otit, pnevmoniya, sepsis, pielonefrit kimi digər mümkün səbəbləri də nəzərdə saxlayın.
Dehidratasiyanın dərəcəsini qiymətləndirin və müvafiq müalicəni planlaşdırın.
6 aydan kiçik uşaqlar və eləcə də ciddi və ya atipik klinik tabloya malik və ya ən azından orta-şiddətli dehidratasiyaya malik uşaqlar üçün hər zaman xəstəxana şəraitində müalicə göstəriş hesab edilir.
Etiologiya
Rotavirus infeksiyası ənənəvi olaraq səciyyəvi səbəblərdən biri olaraq qəbul edilir; günümüzdə rotavirus peyvəndini tətbiq edən ölkələrə nadir hallarda rast gəlinir. Norovirus və adenovirus kimi geniş rast gəlinən tənəffüs yolları virusları, qastroenteritlərə səbəb olur.
Oxşar klinik tablonun arxasında duran digər mümkün səbəblər müəyyən edilməlidir.
Pnevmoniya, septisemiya, pielonefrit
Orta qulaq iltihabı (lat. otitis media)
Simptomlar və aparılan müayinələr
Xəstəlik tarixi və kliniki müayinələr adətən kifayət edir, laborator müayinələrə nadir hallarda ehtiyac duyulur.
Müalicəyə olan ehtiyacın zəruri əlaməti dehidratasiyanın təxmin edilən dərəcəsi hesab edilir
Yüngül 4%, orta 8%, ağır 12%
1 yaşdan aşağı uşaqlarda 5-10-15%, yetkinlik yaşına çatmış şəxslərdə isə uyğun olaraq 3-6-9%.
Quru selikli qişalar, yetərsiz göz yaşı və oliquriya yüngül dehidratasiyaya işarə edir.
Yuxarıda qeyd edilən əlamətlər, soyuq periferiya, dəri elastikliyinin itirilməsi və distal barmaq uclarının palmar (ovuc-daxili) səthində kapilyarın dolma vaxtının uzamnası (> 2 saniyə) ilə birləşdikdə orta dərəcəli dehidratasiyaya işarə edir''?>. Dərinin elastikliyini itirməsi ''örtük'' fenomenində müşahidə edilir: abdominal dəri qatı çimdiklənə və dartıla bilirsə, o, örtük şəklində qalxır və normal vəziyyətdə olduğu kimi dərhal geriyə çəkilmir.
Yuxarıda qeyd edilən əlamətlər və dərin, çətin nəfəs alma, buz kimi soyuq periferiya və zəif ümumi vəziyyət ağır dərəcəli dehidratasiyaya işarə edir.
Müşahidə edilən və ya təxmin edilən çəki itkisi həmçinin dehidratasiyanın qramla qiymətləndirilməsində istifadə edilməlidir (kəskin xəstəliklər zamanı dehidratasiya demək olar ki, çəki itkisinə bərabər olur).
Təkrari müayinənin həyata keçirilməsi barədə planlar və təlimatlar tərtib edin.
Proqnoz verin.
Viral qastroenteritlər adətən 4-7 gün davam edir, rotaviruslar isə bəzən daha uzun çəkir.
Müalicə
Adətən uşaqlar ev şəraitində müalicə edilir; aşağıda xəstəxanaya göndəriş barəsində mövcud göstərişlərə nəzər yetirin.
Uşağı oral rehidratasiya məhlulu (ORM) vasitəsilə rehidratasiya edin''?>. Uşağı 6-10 saat ərzində maye çatışmazlığının 4/3 hissəsi ilə təmin edin.
Maye butulka və ya stakan ilə və yaxud qaşıq və ya şipris ilə verilə bilər.
Əksər uşaqlar mayeni soyuq şəkildə içməyə üstünlük verirlər.
Rehidratasiya fazasından sonra normal pəhriz bərpa olunur.
Əgər ishal və ya qusma davam edərsə, ORM məhlulu və digər mayelər ORS məhsulu istehsalçısının verdiyi təlimatlara əsasən təyin edilir. Dehidratasiyanın kəskin bir şəkildə korreksiya edilməsindən sonra ORM məhlulu tək başına içki olaraq qəbul edilməməlidir (hipernatremiya riski).
Probiotiklərin diareyanın davam etmə müddətini təxminən 24 saata qədər qısaltdığı müşahidə edilmişdir''?>.
Uşaqlarda 24 saat ərzində normal maye təlabatı aşağıdakı kimi olur
bədən kütləsinin birinci 1-10 kiloqramına görə 100 ml\kq
bədən kütləsinin növbəti 11-20 kiloqramına görə 50 ml\kq
bədən kütləsi 20 kq-ı keçən hər bir orqanizm üçün hər bir kiloqrama 20 ml\kq
Nümunə: 26 kq çəkiyə malik uşaq üçün tələb edilən maye miqdarı 10 × 100 ml + 10 × 50 ml + 6 × 20 ml = 1 620 ml şəklindədir.
Xəstəxanaya göndəriş üçün göstərişlər
Aşağıdakı meyarlardan birinə cavab verilsə, uşaq xəstəxanaya göndərilir.
6 aydan aşağı yaşda olması
Profuz diareya və ya qusma, ümumi vəziyyətin qənaətbəxş olmaması
Dehidratasiya 8% və ya daha çox olduqda (ən azından orta-ciddi dehidratasiya zamanı)
Diareya 5 gündən artıq davam edərsə (ümumi vəziyyət və çəki itirmə həlledici amillərdir)
Kolikəbənzər abdominal ağrı (ishalın qəfil dayanması): intussusepsiya (bağırsaq keçməməzliyi)?
Qanlı diareya
Klinik tabloya və ya yuxarıda qeyd edilən müalicəyə əsaslanan hipo- və ya hiperosmolyar dehidratasiyadan şübhələnmək
Uşağı ev şəraitində müalicə etməyin qeyri-mümkün olması.
Təxmin edilən dehidratasiyanı korreksiya etmək adətən korrektiv məhlulun xəstəxananın ambulator şöbəsində nazoqastrik boru vasitəsilə təyin edilməsindən ibarət olur. Sonrasında uşaq müayinə edilir, çəkisi ölçülür və adətən evdə təkrari müayinələrin aparılması şərtilə buraxıla bilir.
Əgər uşaq qəbul zaman şok vəziyyətindədirsə, 15 dəqiqə ərzində 20 ml / kq Ringer məhlulu infuziya edin.
Xəstəxanaya yerləşdirilmiş xəstədə maye balansının parametrləri, CRP, qanın ümumi analizi və qan qazı analizi araşdırılır.