Uşağın həzm traktında yad cisim

EBM Klinik protokolları
01.06.2016 • Sonuncu dəyişiklik 01.06.2016
RistoRintala

Əsas məqamlar

Təlimatlar

  1. Hər hansı bir yad cismi udmuş və simptomları (məsələn, öyümə) olan uşaqlar xəstəxanaya göndərilməlidir. İlkin səhiyyə xidməti səviyyəsində rentgen müayinələri lazım deyil.
  2. Əgər udulmuş yad cismin civəli batareya olması məlumdursa və ya şübhəlidirsə, uşaq ləngimədən batareyanın endoskopik yolla xaric edilməsinin mümkün olduğu bir xəstəxanaya göndərilməlidir. Qeyri-müəyyən hallarda yad cismin mövcudluğunu təsdiqləmək üçün göndərilən bölmədə boyun, döş qəfəsi və qarnın bəsit rentgen müayinəsi aparılır. Yeni tipli düymə şəkilli batareyalar yastı və pul sikkəsi ölçüsündə olduğuna görə asanlıqla qida borusunda ilişdiyindən döş qəfəsinin rentgenoqrafiyasını çəkmək vacibdir. 
  3. Əgər düymə şəkilli batareyanı udmuş uşaq tamamilə simptomsuzdursa təqib evdə aparıla bilər. Batareyanın xaric olunmasına məsələn, natrium pikosulfat (sodium picosulphate) damcılarının təyini ilə yardım oluna bilər. 
  4. Əgər batareya 48 saat ərzində nəcis kütlələrində görülməzsə sadə abdominal rentgenoqrafiya müayinəsi aparılmalıdır. Əgər batareya bu mərhələdə hələ də mədədə görülürsə endoskopik yolla xaric edilməlidir. Qida borusunda ilişmiş batareyalar və digər yad cisimlər bir təxirəsalınmaz müdaxilə kimi həmişə endoskopik yolla xaric edilirlər. 
  5. Əgər yad cisim (məsələn, pul sikkəsi) böyük ölçüdədirsə (> 20 mm) mədənin selikli qişasına yapışa bilər. Əgər yad cisim nəcislə xaric olunmayıbsa, onun gedişatı rentgenoloji təqib edilməli (hadisədən 1-2 həftə sonra) və əgər lazımdırsa endoskopik yolla xaric edilməlidir.
  6. Kiçik bir yad cismi udmuş və simptomları olmayan uşağa tibbi müayinə və rentgenoqrafiya yalnız simptomlar meydana çıxdıqda tələb edilir.

 

Müvafiq resurslar

 

 

Yuxarıya