Raxit xəstəliyi adətən D vitamin çatışmazlığı nəticəsində inkişaf etmiş sümük minerallaşmasının pozulmasıdır.
Risk qrupuna südəmər uşaqlar, südə qarşı alleriyası olanlar, oturaq həyat keçirən və qara dərili uşaqlar daxildir.
Raxit xəstəliyi zamanı kalsiumun plazmada konsentrasiyası aşağı və ya normaldır, fosforun plazmada konsentrasiyası azalmışdır, paratiroid hormonun və qələvi fosfataza səviyyələri isə yüksəlmişdir.
Diaqnoz klinik mənzərə və tipik radioloji və laborator əlamətlərə əsaslanır.
Etiologiya
D vitamin defisiti ən geniş yayılmış səbəbdir.
Günəş şüalarının təsirinə kifayət qədər məruz qalmamaq
Qida ilə kifayət qədər D vitamin qəbul etməmək
Malabsorbsiya; müalicə olunmamış seliakiya xəstəliyi
Risk qruplarına daxildir:
yalnız və ya əsasən ana südü ilə qidalanan körpələr
südə allergiyası olan uşaqlar
oturaq həyat tırzi keçirən uşaqlar (xüsusən kifayət qədər süd qəbul etməyən yeniyetmə qızlar)"?>
D vitamin qəbulu tövsiyə edilən ölkələrdə vitamin preparatlarına (həmçinin peyvəndlərə) qarşı neqativ reaksiya bildirən ailələr
Günəş şüasının az olduğu ölkələrə gəlmiş qara dərili immiqrant uşaqlar (D vitamin ehtiyacı yüksək olanlar)
Plazmada paratiroid hormonun və qələvi fosfataza səviyyəsinin yüksəlməsi, normal və ya azalmış plazma kalsium səviyyəsi, azalmış plazma fosfat səviyyəsi
Əgər hipokalsiemiya və/və ya hipofosfatemiya olmadan plazmada qələvi fosfataza səviyyəsi yüksələrsə uşaqda raxitin başlanğıcı ola bilər və belə hallarda plazmada paratiroid hormonun konsentrasiyası yüksəlmiş olacaq.
Kiçik yaşlı uşaqlarda plazmada qələvi fosfatazanın naməlum etiologiyalı yüksəlməsi müşahidə edilə bilər. O adətən bir neçə həftə və ya bir neçə ay sonra normallaşır, lakin təqib gərəkdirir.
Plazmada qələvi fosfatazanın səviyyəsi sürətli böyümə zamanı (məs, cinsi yetişkənlik dövründə) sağlam uşaqlarda yüksələ bilər. Bu sümük metabolizmasının artmasının nəticəsidir. Belə hal böyümə hormonu ilə müalicə zamanı da baş verir. Mütəxəssis konsultasiyasına ehtiyac vardır.
hipofosfatemik raxit və raxitin digər irsi formaları
kalsium defisiti
qıcolmaəleyhinə preparatların qəbulu.
Müalicə
D vitamini
Müasir biliklərə əsasən D3 vitamininə üstünlük verilməlidir (effekti D2 vitaminindən daha yaxşıdır).
Raxitin profilaktikası üçün tövsiyə edilmiş yaşa uyğun gündəlik dozaya əlavə olaraq 50 µq/gün (= 2 000 vahid/gün) terapevtik dozada D3 vitamini verilməlidir.
Eyni zamanda adekvat dozada kalsium təyin edilməlidir. Bu uşağın gündəlik olaraq 0.5 litr və daha çox miqdarda süd qəbul etməsi ilə əldə edilir. Kalsium qəbulu kifayət deyilsə xəstəyə oral kalsium preparatları təyin edilməlidir. Bu preparatlar ən azından 2 həftə müddətinə 4 dəfəyə bölünmüş şəkildə 50 mq/kq/gün dozada verilməlidir. 2 həftədən sonra dozalanma ilkin cavaba əsasən təyin edilməlidir.
Simptomatik hipikalsiemiyanın müalicəsi mütəxəssisin müdaxiləsini tələb edir.
Təqib
Müalicəyə cavab hər zaman plazmada kalsium, fosfor və qələvi fosfatazanın səviyyəsinin ölçülməsi ilə yoxlanılmalıdır.
2 həftədən sonra (sümük metabolizminin sürətli olması səbəbi ilə qələvi fosfataza səviyyəsi hələ də yüksək qala bilər)
3 aydan sonra (həmçinin paratiroid hormon konsentrasiyası təyin edilməlidir).
Müalicə başlanandan 3-6 ay sonra biləyin rentgeni çəkilir. D vitamin ilə müalicə effekt verməzsə raxitin digər nadir formalarını araşdırmaq üçün əlavə müayinələr etmək lazımdır.