Artritik simptomları olan uşaqlarda oynaqların vəziyyəti

EBM Klinik protokolları
19.01.2017 • Sonuncu dəyişiklik 19.01.2017
PekkaLahdenne

Əsaslar 

Cavan uşaqlarda artritin simptomları

Oynaqların müayinəsi

Oynaqların müayinəsi 10 dəqiqədən az bir müddətə icra oluna bilər 

  1. Uşaq yeriyərkən ,qaçarkən, gəzərkən hərəkətlərindəki simmetriyanı müşahidə etmək lazımdır  Azyaşlı uşaqda axsamaq oynaqdakı gərginlikdən və ya ağrıdan xəbər verən önəmli açardır  .
    • .Qaçan zaman yüngül yöndəmsizlik yaşdan  və uşağın inkişaf dönəmindən aslı olaraq dəyişir lakin bu yöndəmsizliyin fonunda iltihabla əlaqəli və nevroloji səbəblər yata bilər .
  2. Oynaqları müqayisə etməli və şişkinliyi ayırd edə bilməliyik .(şəkildə göründüyü kimi çox vaxt assiemtrik olur) Oynaqların hərəkət aralıqlarında assimetriyası və ağrı hissi  ( əzələ müqaviməti ) ,hətta aralıqlar normal olsa belə oynaq pozisiyalarında assimetriyaya rast gəlinir 
    • Topuğun plantar və arxaya doğru bükülməsi: dabanın bayıra doğru hərəkətləri 
    • Uşaq uzanıqlı vəziyyətdə olduqda dizlərin maksimal açılması və bükülməsi . Normalda daban  heç bir çətinlik olmadan  sağrı nahiyəsinə toxunur və dizlərin ən azı bir neçə dərəcə simmetrik hiperekstensiyası(açılması ) olur  
    • Uzanıqlı vəziyyətdə dizləri maksimal açın və assimetriyanı müşahidə edin .
    • Uşaq uzanıqlı  pozisiyada olduqda ,bud-çanaq  oynaqlarının rotaiyası:budlar  və dizlər 90 dərəcə bükülür  .Demək olar ki bud oynağının bütün xəstəliklərində ilk öncə daxilə rotasiya pozulur .
    • Dirsəklərin tam açılması və bükülməsi .
    • Biləklərin maksimal açılması (şəkildə göstərilmişdir): simmetrik və ən azı 80 dərəcə olmaqla 
    • 2-5 ci barmaqların distal ovuc büküşünə doğru bükülməsi .Normalda barmaq ucluqları ovuc səthinə asanlıqla toxuna bilər. Bükülmədə məhdudiyyət yaranarsa ,şişkinlik simptomu olmasa belə bunu asanlıqla görmək mümkündür. 
    • Onurğanın boyun hissəsinin hərəkətlərində olan simmetriya və aralıqlar : rotasiya  (normalda hər iki istiqamətə 90 dərəcə olmalıdır ) və arxaya doğru açılma .
    • Gicgah-çənə oynağının palpasiyası və ağızın açılmasını müşahidə etmək (geniş və düz açılmalıdır )
    1. Sağlam olan və olmayan tərəfdə əzələnin ölçüsündəki fərqlilikləri müqayisə edin  .Barmaqlarınızın arxa tərəfi ilə topuğun üzərindəki dərinin temperaturunu hiss edin, həmçinin ovcunuzla dizinizin temperaturunu hiss edin və aradakı fərqi müqayisə edin(şəkilə diqqət edin) Bu oynaqlardakı assimetrik artrit temperatur fərqinə səbəb ola bilər .Oynaqların hərəkətliliyini test edin .. Hərəkət aralığının normal olduğu yerlərdə  yekun aralıqda ağrını(əzələ müqaviməti) müşahidə edin .Dizin düşməsinə fikir verin. Dizüstü cibdən(suprapatellar recessus) mayeni boşaldın və şəhadət barmağınızla baş barmağınızı istifadə edərək dizin hər iki tərəfindəki qabarmaları əlinizlə hiss edin . (şəkilə diqqət edin)
  3. Ağrının yaranmasını təşviq edin .Oma-qalça oynağında çanaq qurşağını hər iki tərəfdən basın  . Oma-qalça oynağında yaranan ağrı sağrı nahiyəsinə yayılır  .Ağrının olmaması sakroileiti inkar etmir  .Ayaqlardakı ayaq darağı-falanqa oynaqlarında və əllərdəki əl darağı-falanqa oynaqlarında ağrı oynaq səviyyəsində əlləri və ayaqları hər iki tərəfdən sıxmaqla stimulyasiya  edilə  bilər . Sümük və əzələ həssaslığını palpasiya vasitəsilə yoxlayın.
  4. Onurğanın boyun hissəsinin rotasiyasını(normalda 90 dərəcə olur)  və arxaya doğru açılmasını müşahidə edin. Ağrını ,hərəkətdəki məhdudluğu ,assimetriyanı müşahidə edin .Yuvenil artritdə gicgah-çənə oynağı prosesə cəlb olunur .Ağızın açılmasının simmetrik olub olmadığını yoxlayın və barmaqlarınızla hər iki oynaqda oxşar sürüşmə hərəkətinin əmələ gəlib gəlmədiyinə diqqət edin .Ağrı və gicgah-çənə oynağının həssaslığı barəsində soruşun  .

 

Laborator müayinələr 

 

Yuxarıya