Uşaqlıq depressiyası
EBM Klinik protokolları
01.06.2016 • Sonuncu dəyişiklik 01.06.2016
KaijaPuura
Əsas məqamlar
- Uşaqlıq depressiyası müxtəlif yaşlarda özünü bir çox formalarda göstərir və bu simptomlar, adətən, böyüklərdə qıcıq yaranmasına səbəb olur
Uşaqlıq depressiyasının xarakteri
- Uşaqlarda depressiya narazılıq və ya küskün melanxolik hallar şəklində ifadə olunur.
- Depressiyaya uğramış uşaq gündəlik fəaliyyətlə bağlı maraq, xoşbəxtlik və məmnunluq hisslərini itirir, məsələn, oyun və ya hobbilərə ayrılan vaxt minimuma endirilir və ya tamamilə olmur.
- Uşaq özünü rədd edilmiş hiss edir, heç kimin onun qayğısını çəkmədiyini düşünür və ona kömək etmə təkliflərinə qarşı çıxır.
- Depressiyalı uşaqda, adətən, bədbəxt, acınacaqlı və ya əsəbi və narazı üz ifadələri müşahidə olunur.
Yayılması
- Depressiyanın yayılması 13 yaşdan aşağı uşaqlarda 3%, 13-18 yaş arası qızlarda təxminən 6%, eyni yaşda olan oğlanlarda isə 5% təşkil edir.
- Cəmiyyətdən uzaqlaşma simptomları körpələrin təxminən 3%-də qeydə alınır.
Müxtəlif yaşlarda əlamətləri və simptomları
Körpəlikdə depressiya
- Körpəlikdə depresiyya əmələ gəlməsi üçün hər hansı konkret meyarlar yoxdur. Tədqiqatlar göstərir ki, uşaqda social uzaqlaşma aşağıda sadalanan səbəblərdən qeyri-qənaətbəxş valideyn-uşaq münasibətlərinə cavab olaraq baş verə bilər:
- valideynin körpə ilə göz təması qurmaması və ya söhbət etməməsi (“körpə ilə söhbət”in olmaması)
- valideynin körpəyə öz müsbət hisslərini çox az çərçivədə ifadə etməsi
- valideynin körpə ilə çox az məşğul olması, adətən, bunun mexaniki baş verməsi və ya körpənin bədənə çox yaxın tutulmaması
- valideynin körpəyə qulluq etmənin nə qədər çətin və mürəkkəb olmasından şikayət etməsi
- valideynin tez-tez özünün körpəyə nə dərəcədə yaxşı qulluq etməsindən çox narahatçılıq keçirməsi
- valideynin intihar və ya körpəni öldürmək haqqında fikirlərə dalması.
- Sosial baxımdan uzaqlaşmış körpə:
- valideyni ilə və daha pis halda isə başqaları ilə göz təması qurmaqdan çəkinir
- ətrafda baş verənlərə və digər insanlara az maraq göstərir
- üzündə çox az ifadə olur; baxışları qəmgin və ya soyuq olur
- az hərəkət edir və az danışır
- sakit və üzüntülü ağlayır
- qıcıqlandırıcılara normaldan daha gec reaksiya verir
- yuxusuzluq və qidalanma problemlərindən əziyyət çəkə bilər
- fiziki və zehni inkişafdan geri qala bilər
- çətin vəziyyətlərdə həyat eşqini itirə bilər.
Məktəbəqədər və məktəbyaşlı uşaqlarda depressiya
- Depressiv əhval-ruhiyyə, adətən, əsəbilik və cansıxıcılıqda özünü göstərir.
- Üz ifadələri azalır, uşağın hərəkətləri qeyri-adiləşir və ya uşaq hiperaktiv olur.
- Uşaq üçün hər şeyin marağının itməsi və hər bir şeydən narazı qalması onun hobbilərə, oyunlara olan marağının da azalması və ya tamamilə yox olmasına gətirib çıxarır; mövcud dostluqları bitir.
- Konsentrasiya olma çətinlikləri narahatçılıqlara gətirib çıxarır və adətən, məktəbdəki fəaliyyətləri də pisləşir.
- Uşaq yorğunluq hiss edir, çox yatır və ya tez-tez yuxudan ayılma halları baş verir.
- Fəqərəarası çirklənmə, baş, qarın ağrıları və s. digər ağrılar kimi müxtəlif psixosomatik simptomlar da depressiya əlamətləri ola bilər.
- İştah dəyişiklikləri də depressiyanı ifadə edə bilər.
- Uşaq özünü yaxşı hiss etmir və ya o, belə təsəvvür edir, uğursuzluq və günahkarlıq kimi hisslər onu müşayiət edir.
- “Sinfin klounu” maskası altında öz natamamlıq hisslərini gizlədir; başqalarını əyləndirərək o, öz ümidsizlik hisslərindən qaçmağa çalışır.
- Bəzi hallarda, depressiya şiddətli isterika və ya başqaları ilə oynaya bilməkdə bacarıqsızlıqla müşayiət olunur.
- Depressiya ilə bərabər özünə qəsd etmə kimi davranışlar evdən qaçma cəhdləri və eyni zamanda bədbəxt hadisələr, intihar haqqında danışıqlar və həmçinin cəhdlərdə özünü göstərə bilər.
- Uzun müddət davam edən depressiya cəmiyyətdən uzaqlaşma və təcrid olunmaya gətirib çıxarır və uşaq məktəbdə aqressiv davranışlara meylli olur və bu halda ya zərərçəkmiş ya da zərərverən olur.
- Uşaqda depressiya hətta özünü öldürmə fikirlərinə də gətirib çıxara, ekstremal hallarda isə özünü öldürmə ilə nəticələnə bilər.
- Uşaq intiharı zorakılıqdır və adətən, səhvən bədbəxt hadisə kimi qələmə verilir.
Differensial diaqnoz
- Somatik xəstəliklər, ağrı və eşitmə və ya görmə qabiliyyətinin pozulması da körpənin cəmiyyətdən uzaqlaşmasına səbəb ola bilər, bu kimi hallar vaxtında aşkara çıxarılıb, aradan qaldırılmalıdır.
- Uşaqlarda depressiya nevroz məktəb fobiyası və davranış pozğunluğu ilə üst-üstə düşə bilər.
- Bir tərəfdən, depressiyaya uğramış uşaq və yeniyetmələrdə müxtəlif fiziki pozuntular müşahidə oluna bilər, digər tərəfdən isə fiziki xastəliyi olan bir uşaqda özünəqapanma və depressiya halları baş verə bilər.
- Hər bir uşağın bəzən kədərli, yorğun və hər şeydən bezmiş halda olması normaldır və qısa sürən depressive reaksiya inkişaf xarakteri daşıya bilər, məsələn, nəyisə itirmə və ya dəyişmə ilə bağlı təcrübələrlə əlaqədar hallar.
- Depressiya, hətta əgər qısa-müddətli olduğu halda belə, əgər uşağın zehni imkişafına mane olursa və ya onun sosial psixoloji mübarizəsinə mənfi təsir göstərirsə (məsələn, dostları ilə və ya məktəbdə) mütləq müalicə olunmalıdır.
Müayinə
- Depressiyanın diaqnostikası və müalicəsi, adətən, uşağın psixiatrik müayinəsi və ya konsultasiyadan keçməsini tələb edir.
- Uşaqda depressive simptomlar hər hansı bir həkim, uşaq sağlamlıq klinikası işçisi və ya məktəbin tibbi personalı tərəfindən aşkara çıxarıldığı halda, onun vəziyyətinin daha aydın qiymətləndirilməsi üçün uşaq və valideyninin doldurduğu müxtəlif növ anketlər (məsələn, Uşaq Depressiya Sorğu Anketi) zəruridir.
- Depressiyanın etioloji amillərinə genetik meyl, ailə və ya sosial münasibətlərlə bağlı mənfi amillər, itki (ailə üzvlərinin və ya dostlarının itirilməsi, tez-tez baş verən yerdəyişmələr) və travmatik hadisələr, xüsusilə məktəbdə baş verən aqressiv hallar və məişət zorakılığı daxildir.
- Valideynlərə ailə tarixçəsində baş verən depressiv hallar və habelə ailə həyatına təsir edən stress amilləri, həyati hadisələr haqqında suallar verilməlidir.
- Uşaqla sorğu apararkən, birbaşa depressiya simptomları ilə bağlı (“Yaxşı yatırsan?”), uşağın əhval-ruhiyyəsi, gündəlik hadisələr və dəyişikliklər, xüsusilə ailə və dostları, həmçinin də məktəb və ya uşaq bağçası ilə bağlı suallar verilməsi məqsədəuyğundur.
- İntihara meyllilikdən şübhə duyulduğu halda, birbaşa suallar verilməlidir (“Sən nə vaxtsa özünü o qədər pis hiss etmisənmi ki, özünə zərər vermək və ya öldürmək fikrinə düşəsən?”).
- Uşaq müsbət cavab verdiyi halda, valideynlərindən övladlarının özünü necə pis hiss etdiyini və intihar riskindən məlumatlı olub-olmadıqlarını soruşmaq lazımdır.
- Sorğudan əlavə olaraq, xüsusilə kiçik yaşlı uşaqların yoxlanılması zamanı uşağın davranışı, uşaq və valideynləri arasındakı qarşılıqlı münasibət diqqət mərkəzində saxlanılmalıdır.
- Uşaqda depressiyanın müəyyənləşdirilməsi və müalicəsi zamanı ailənin bütün həyat şəraiti nəzərə alınmalıdır, belə ki, depressiya ailədə baş verən müəyyən hadisələrlə bağlı ola bilər və valideynlər həmişə uşağın müalicəsində vacib rol oynayırlar.
Müalicə
Ümumi prinsiplər
- Depressiyalı uşağın hisslərinin öhdəsindən gəlməyi bacaran, ona sevgi və qayğı göstərə biləcək bir yetkin insanın dəstəyinə ehtiyacı vardır.
- Valideynlər və ya valideynlik məsuliyyətini daşıyan şəxslər uşaqlıq depressiyası ilə bağlı məlumatlardan yararlanacaqlar (psixotəhsil).
- Uşağın yaşı az olduqda müalicə onu yerinə yetirəcək olan valideynlərinə yönəldilməlidir.
- Qısa-müddətli depressiya hər hansı bir dəyişikliyə cavab olduğu halda,
-
- müalicə uşaq sağlamlıq klinikasında və ya məktəbin tibbi xidməti tərəfindən ailə ilə əməkdaşlıq edilərək aparıla bilər.
- depressiyanın yaxşılaşdığını və ya uzun-müddətli depressiyanın mütəxəssis tərəfindən davamlı müalicəyə ehtiyac olub-olmadığını müəyyən etmək üçün uzun müddət təqibdə qalmanı tələb edir.
- Tibbi və ya başqa bir mütəxəssis baxımı üçün göstərişlər (uşaq psixiatrik klinikası və ya ailə nəzarət mərkəzi):
- uzunmüddətli depressiya (2 aydan artıq davam edən), hətta yüngül simptomlu
- uşağın funksional bacarıqlarına zərər verən ağır depressiya
- çoxsaylı kəskin davranış pozgunluqları əlamətləri ilə müşayiət olunan depressiya.
Müalicə üsulunun seçilməsi
Dopheide JA. Recognizing and treating depression in children and adolescents. Am J Health Syst Pharm 2006 Feb 1;63(3):233-43. Jane Costello E, Erkanli A, Angold A. Is there an epidemic of child or adolescent depression? J Child Psychol Psychiatry 2006;47(12):1263-71. Puura K, Mäntymaa M, Luoma I et al. Infants' social withdrawal symptoms assessed with a direct infant observation method in primary health care. Infant Behav Dev 2010;33(4):579-88. Guedeney A, Fermanian J. A validity and reliability study of assessment and screening for sustained withdrawal reaction in infancy: the Alarm Distress Baby Scale. Infant Mental Health Journal 2001;22: 559-575.