Əgər uşaqda panik (təşviş) pozuntusuna uyğun olan konkret somatik simptomlar varsa uşaq psixiatrının konsultasiyası mütləqdir.
Uşağın ailə daxilində və ya daha geniş sosial mühitdə xəstəlik rolunu almaması üçün mümkün qədər erkən diaqnostikanın aparılması vacibdir. Erkən diaqnostika uşağın şəxsiyyətinin inkişafını dəstəkləyir.
Epidemiologiya
Uşaqların 10%-ə qədərində panik pozuntuları və ya subklinik fobiyanın meyarlarına uyğun olan simptomlar olur.
Bir neçə tədqiqata əsasən məktəb yaşlı uşaqların 1.7-7.6%-i məktəb fobiyasından əziyyət çəkir.
Panik pozuntusunun simptomlarının rastgəlmə tezliyinin yaş artdıqda daha da artması müşahidə olunur.
Ümumi əhali arasında panik pozuntusu 3-4% hallarda rast gəlinir; həmçinin baxın .
Ümumi məlumat
Panik pozuntusunun autosomal dominant gen vasitəsilə irsi olaraq ötürüldüyü düşünülməkdədir.
Panik pozuntunun inkişafında amiqdalanın xəstəliklərinin rol oynadığl düşünülür.
Panik pozuntusunun ortaya çıxması bundan əvvəl yaxın insanın ölümü, xəstəlik və ya yeniyetmə dövründə qız və ya oğlan dostundan ayrılması halları ilə təşviq oluna (triqqerlənə) bilər.
Uşaqlıqda ayrılma ilə əlaqəli təşviş pozuntusu erkən-başlanğıclı panik pozuntusunun risk faktorlarından biri kimi düşünülür.
Simptomlar
Başlanğıc adətən 5 və 10 yaşlara təsadüf edir.
Ürəkdöyünmə (ürək çırpıntıları)
Zəiflik
Titrəmə
Ölüm hissi və ya psixi xəstəliyin olması hissi
Nəfəsalmanın darlığı
Başgicəllənmə
Döş qfəsində darlıq və ağrı
Üz və barmaqlarda iynəbatma hissi
Boğulma hissi
Tərləmə
İsti və soyuq axımlar
Görmənin bulanıqlanması
Birinci olaraq somatik müayinələrin aparılması düşünülür
Diaqnostika edilməmiş və müalicə olunmamış panik pozuntusunun nəticəsində uşaqda yayınan davranışın ağır formaları inkişaf edə və bir çox hallarda məktəbdən qalma halları ilə nəticələnə bilər.
Differensial diaqnostika
Astma
Hipertiroidizm
Nevroloji xəstəliklər
Ürək xəstəlikləri
Dərmanların yan təsirləri (salbutamol)
Kofeinin təsiri
Müalicə
Panik pozuntunun diaqnostikası mütəxəssis qiymətləndirilməsini tələb edir və hətta daha vacibi odur ki, dərman terpaiyası ixtisaslaşmış tibb işçisi tərəfindən başlanmalıdır.
Müalicə əsasən psixolojidir. Əgər lazımdırsa, əlavə olaraq dərman müalicəsi istifadə oluna bilər.
Psixoloji müalicədə psixoterapiyanın müxtəlif formaları istifadə olunur. Koqnitiv-davranış terapiyası panik pozuntunun ikincili simptomlarının müalicəsində məsləhət görülür. Xüsusilə valideynlərə və uşağın qayğısına qalan şəxslərə verilmiş məlumatın müalicənin uğurunda vacib rol oynadığı sübut olunmuşdur.
Əgər dərman müalicəsi lazımdırsa əsasən serotoninin geriyə udulmasının selektiv inqibitorları (SSRİ) düşünülür. Daha öncəki klomipramin istifadəsinin də təcrübəsi mövcuddur.