Uşaqlarda Obsesif-kompulsiv pozuntu
EBM Klinik protokolları
01.10.2016 • Sonuncu dəyişiklik 12.05.2014
KirstiKumpulainen
Əsaslar
- Digər xüsusi diqqət çəkən davranış olmadan ritualistik davranış, yetkinlik yaşına çatmamışdan əvvəl uşaqlıq dövründə görülməyi çox vaxt normaldır.
- Araşdırmalar təsirlənmiş uşaqların yaxınlarının ümumi əhaliyə ilə müqayisədə OKP və Tik xəstəliyinə yaxalanma ehtimalını artırır.
Yayılması
- Uşaqlar və yeniyetmələr arasında verilmiş nümunədən və yaş qrupundan asılı olaraq 0.3-3% olduğu aşkar edilmişdir.
- Cavan yaş qruplarında pozğunluq oğlanlarda daha çox olur.Lakin yetkinlik yaşına çatdıqca cinslər arasındakı fərq yox olmağa başlayır.
- 3--50% OKP halları uşaqlıq yaşlarından başlayır.
- Obsesif-Kompulsif pozğunluğun xroniki hala keçmə meylliliyi vardır.
- Gecikmiş psixiatrik müayinə və müalicə verilən proqnoza mənfi təsir göstərəcəyi düşünülür. Ona görə də erkən müdaxilə tövsüyə olunur.
Etiologiya
- OKP-nin etiologiyası və patogenezi hələlik dəqiq bilinməsə də həm bioloji həm də psixososial faktorların çox yönlü təsir göstərdiyi düşünülür. Hal-hazırda neyro-bioloji modellərə üstünlük verilir.
- Genetik faktorlar OKP-nin erkən başlanmasında əsas etioloji səbəb olduğu düşünülür. Bu pozuntu tez-tez tik xəstəliyi ilə əlaqələndirilir və bu pozuntuların hər ikisi ümumi əhaliyə nisbətən yaxın ailə üzvləri arasında daha sıx görülür.
- Fronto-temporal və eləcə də bazal nüvələrdə və talamusda normal funksiyanın pozulmasl ilə əlaqələndirilir.
- Neyrotransmitterlərin (məsələn, serotonin, dopamin və qlutamatın) tənzimlənməsindəki anormallıqlar da OKP-nin patogenezi ilə əlaqəlidir.
- Psixoloji nəzəriyyələrə görə OKP depresiya ilə əlaqələndirilir və OKP olan şəxslərin supereqosu əsassız dərəcədə ağır və məhdudlaşdırıcı olduğu hesab olunur.
- OKP ailəyə ğz təsirini göstərir və habelə özü də bu təsirdən yarana bilir. OKP-dən əziyyət çəkən şəxslərdə mükəmməlliyətçiliyin izlərinə çox sıx rast gəlinir.
Simptomlar
- Pozuntu özünü təkrarlanması kimi göstərir:
- kompulsif düşüncələr və obsesiyalar
- məcburi davranışlar
- Tipik kompulsif düşüncələrə müxtəlif təkrarlanan düşüncələr, həvəs və fantaziyalar daxildir. Tipik kompulsif davranışlara isə əllərin dayanmadan yuyulması, müxtəlif işlərin yerinə yetirilməsinin təkrar-təkrar yoxlanılması,elektrik avadanlıqlarının söndürüldüyünü və yaxud qapının bağlı olub-olmamasını yoxlamaq aiddir. Uşaqlarda yatağa getmək, oyanıb paltarlarını geyinmək və yenidən məktəbə getmək kimi ritualistik davranışlar da kompulsiv davranışlarla sıx əlaqəlidir.
- Simptomlar həddən artıq vaxt aparır, stresə səbəb olur, və sosial, akademik, eləcə də peşəkar funksionallığa mənfi təsir göstərir.
- Şəxslər müəyyən nöqtədən sonra obsesiyalarının və kompulsif davranışlarının səbəbsiz yerə əmələ gəldiyinin fərqinə varırlar.Buna baxmayaraq balaca uşaqlarda dərrakənin yetəri qədər inkişaf etməməsi ilə bu cür özünü-tənqid olmaya bilər.
- Tədqiqatlar OKP-dən əziyyət çəkən şəxslərdə beyindəki icraedici, yaddaş və vizyospatial nahiyələrin funksiyalarının zədələndiyini göstərir.
- OKP-nin uşaqlıqda başlanması tik xəstəliyi, Turett sindromu, ağır depresiya, həyəcan və davranış pozuntuları kimi digər fərqli psixiatrik xəstəliklərlə də tez-tez əlaqələndirilir.
- Bəzi araşdırmalara görə beta-hemolitik streptokokkal infeksiyalar bəzi uşaqlarda güclü obsesif simptomlara səbəb ola bilər( SUANP Streptokokkla əlaqələndirilən uşaq autoimmun neyropsixiatrik xəstəliyi).
- Erkən diaqnoz və müalicənin başlanması xəstəliyin yaxşı proqnozu üçün əsas hesab olunur.
Müalicə
Murphy TK, Storch EA, Lewin AB et al. Clinical factors associated with pediatric autoimmune neuropsychiatric disorders associated with streptococcal infections. J Pediatr 2012;160(2):314-9. Practice parameter for the assessment and treatment of children and adolescents with obsessive-compulsive disorder. J Am Acad Child Adolesc Psychiatry 2012;51(1):98-113.