Uşaqlıq və yeniyetməlik dövründə yaranan intihar düşüncələri
EBM Klinik protokolları
01.10.2016 • Sonuncu dəyişiklik 12.05.2013
KirstiKumpulainen
Ümumi məlumat
Uşaqlar intihar hərəkətlərini bir çox üsulla, məsələn, yolun ortasına atlanmaq və ya hücum etməklə, həm də özünü asmaq və ya vurmaq, ya da dərman və spirt daxil olmaqla zəhərli maddələr qəbul etməklə planlaşdırıraraq həyata keçirə bilərlər.
Bu cür intihar hadisələri bir çox hallarda uşaqlar və yeniyetmələr tərəfindən tətbiq edildiyinə görə tez-tez qəza və ya uğursuz hadisələr kimi təsnif edilir.
Gənclərin törətdiyi intiharlar barədə xəbərlərin qəzetlərdə dərc edilməsi tövsiyyə edilmir və intihar davranışına dair xəbərdarlıqlar yetkinlik yaşına çatmayanlara ünvanlanmamalıdır.
Epidemiologiya
İntihar düşüncələri uşaqlarda və yeniyetmələr arasında daha çox yayılmışdır və heç vaxt psixopatologiyanın digər əlamətləri ilə əlaqələndirilə bilməz.
Son bir neçə onillikdə uşaqların intihar düşüncəsi və intihar davranışları kimi halar daha da artmışdır. Yetkinlik yaşına çatmamışdan əvvəl intiharlar çox nadir müşahidə olunur, lakin yeniyetməlik dövründə getdikcə daha çox müşahidə olunur.
Oğlanlar qızlardan daha çox intihar edirlər.
Psixiatrik konsultasiya mərkəzinin təcili yardım şöbəsinə müraciət edən uşaqlar ümumiyyətlə intihar davranışlarını nümayiş etdirirlər.
İntihar hərəkətlərinin daha sonradan həyatda təkrarlanma riski yüksəkdir, lakin fərdi olaraq uşaqlıq və yeniyetmə yaşlarında baş verən intihar risklərini qiymətləndirmək daha çətindir.
Kontekst
İntihar edən uşaqlar ümumiyyətlə depressiv olurlar və bu hallar daha çox xaotik ailələrdən gələn uşaqlarda olurlar.
Çətin həyat təcrübələri və valideyn boşanması, yaxın adamın itkisi, zorbalıq, sevgi münasibətinin sona çatması, məktəbdə, eləcə də, valideynlə münasibətdə baş verən müxtəlif problemlər gəncləri intihar etməyə meylləndirir.
Əlavə risk yaradan faktorlara alkoqol və dərmanların istifadəsi, əvvəllər baş vermiş intihar hərəkətləri, cinsi oriyentasiya azlığı, eləcə də fiziki və ya cinsi zorakılıq daxildir.
İntihar davranışları ümumi əhaliyə nisbətən qohumlarda daha çox müşahidə olunur.
Simptomlar
İntihar davranışına intihar cəhdləri və baş verən intiharlar kimi ölmək istəkləri və düşüncələri daxildir.
Uşaqlar və yeniyetmələr ümumiyyətlə müxtəlif intihar üsullarının ölümcüllüyünü yüksək qiymətləndirirlər, buna görə də intihar niyyəti olan gənclərin əksəriyyəti ölümcül bir hərəkət edə bilmirlər.
Uşaqların və yeniyetmələrin ifadə etdiyi intihar düşüncəsi və davranışları hər zaman ciddi qəbul edilməlidir. İntihar aktlarının manipulyativ təhdidlərini ciddi intihar düşüncəsindən fərqləndirmək həmişə asan olmur.
Depressiyaya, digər psixi simptomlara və maddə asılılığına daima diqqət yetirin.
Uşaqlarda intihar münasibəti qaçmaq və ya qəza halları kimi özünü göstərə bilər
Destruktiv(Dağıdıcı) pozğunluqlar, asosial davranış, maddə asılılığı, narahatlıq və əhval-ruhiyyə pozğunluqları uşaqların və xüsusən də yeniyetmələrin intihar düşüncəsi ilə əlaqələndirilir.