Psixofarmakoterapiya adətən uşaq və yeniyetmələrdə istifadə olunmur. Buna baxmayaraq, dərman müalicəsi, xüsusilə kəskin psixi problemləri müalicə edərkən ümumi tibbi yardımın bir hissəsi kimi istifadə edilə bilər.
Əgər dərman düzgün və psixoterapevtik və digər müalicə metodları ilə kombinasiyada istifadə edilərsə, uşağın psixi əzabını aradan qaldıra və bərpanı sürətləndirə bilər.
Uşaqlarda psixotrop preparatların təyin edilməsində adətən mütəxəssis rəyinə ehtiyac var.
İlkin səhiyyə sistemi səviyyəsində çalışan mütəxəssislər bəzi təyin edilmiş dərman preparatları ilə aparılan müalicənin monitorinqinə cavabdeh ola bilərlər.
İlkin səhiyyə sistemi işçilərinin uşağın qəbul etdiyi psixotrop dərmanlardan (digər tibbi məhsullarla qarşılıqlı təsir, yan təsirləri və s.) agah olması vacibdir.
Uşaq və onun ailəsini farmakoterapiyaya riayət etməsini stimullaşdırmaq məqsədilə, bütün tibb işçiləri ilk növbədə özləri psixofarmokoloji preparatlarla müalicəyə pozitiv yanaşmalıdırlar.
Dərman təyin etməzdən əvvəl
Dərman müalicəsi təyin edilməzdən öncə diqqətlə diaqnoz qoyulmalı və müxtəlif müalicə yanaşmalarının mümkünlüyü müəyyən edilməlidir.
Dərman müalicəsinin başlanmasının mümkün riskləri ilə başlamamağın mümkün riskləri müqayisə edilməlidir. Dərman müalicəsindən əldə olunacaq faydalar da həmçinin onun riskləri ilə müqayisə olunmalıdır.
Psixotrop dərman müalicəsinin başlanmasının nə üçün vacib olması səbəbləri, eləcə də dərmanın təsiri və mümkün yan təsirləri uşaq və valideynləri ilə müzakirə olunmalıdır. Psixotrop dərman müalicəsi ilə assosiasiya olunan tez-tez rast gəlinən qorxu və inancların aşkara çıxarılması adətən faydalıdır.
Müalicəyə yaxşı riayət edilməyə nail olmaq çox vacibdir.
Müalicəni başlamazdan əvvəl monitorinq ediləcək hədəf simptomları və dərman müalicəsinin mümkün yan təsirlərini ayırd etmək faydalıdır. Kimin monitorinq edəcəyini (ambulator şəraitdə adətən valideynlər, müəllimlər və s., və xəstəxana şəraitində tibb bacıları, xəstəxana oyun terapevti / müəllimi, valideynlər və s.) razılaşdırmaq da həmçinin vacibdir.
Monitorinq ideal halda dərmanın təsirlərindən asılı olaraq dərman müalicəsindən qabaq başlanmalı və lazimi zaman müddətində davam etdirilməlidir.
Monitorinq standart simptom cədvəllərinin doldurulması və ya uşaq üçün spesifik individual cədvəllərin tərtib edilməsindən ibarət ola bilər.
Müalicədən əvvəl və müalicə zamanı müayinələr
Klinik müayinə dərman müalicəsi başlamazdan əvvəl xəstənin tam fiziki və nevroloji vəziyyəti təyin edilməlidir. Fizikal və nevroloji müayinələr dərman müalicəsi qəbul eildiyi zamanı göstəriş olduqda təkrarlanmalıdır.
Müalicə başlamazdan əvvəl dərman-spesifik laborator və ya digər müayinələr yerinə yetirilməlidir. Müalicə dövründə lazım olan laborator monitorinq və s. yerinə yetirilməsi vacibdir.
Müalicənin başlanması və dayandırılması
Uşaq və yeniyetmələrdə psixotrop dərman müalicəsinin başlanması dozanın yavaş-yavaş artırılmasını tələb edir. Oxşar şəkildə müalicə dayandırılarkən doza yavaş-yavaş azaldılır.
Uşaqlarda xüsusi metabolik və digər xüsusiyyətlərə görə dozalanma və onun tezliyi böyüklərdə olan təlimatlardan fərqlənə bilər.
Bəzi dərmanlar onların qəbulunun başlanmasından yalnız bir neçə həftə sonra hədəf simptomlara təsir edə bilər.
Mərkəzi sinir sistemi uşaq və yeniyetmələrdə tamamilə inkişaf etməyib və dərmanların təsiri böyüklərdə olduğundan fərqlənə bilər.
İstifadə olunan dərmanlar
Antipsixotik dərmanlar psixotik simptomları idarə etmək və onların residivinin qarşısını almaq üçün istifadə olunur. Bəzi antipsixotiklər həmçinin digər simptomların (tik pozuntuları, Turet sindromu, psixi pozuntularla əlaqəli aqressivlik və s.) müalicəsində də həmçinin faydalı ola bilər.
Uşaq və yeniyetmələrin müalicəsində ikinci nəsil (atipik) antipsixotiklər geniş şəkildə ənənəvi antipsixotikləri əvəz edib.
Antidepressantlar: serotoninin intraneyronal udulmasının selektiv inhibitorları (SİUSİ) uşaq və yeniyetmələrdə depressiyanın müalicəsinə əlavə olaraq, panik pozuntu, obsessiv-kompulsiv pozuntu və digər təşviş pozuntularında istifadə olunur.
Buna baxmayaraq, SİUSİ-lərin istifadəsi xüsusilə müalicənin başlanğıcında narahatlıq və ajitasiyanın yüksəlməsilə assosiasiya olunur. Preparatların həmçinin intihar riskinin yüksəlməsilə əlaqəsi vardır. Bu xəstə qrupu üçün SİUSİ seçimi flüoksetindir. Pasiyentin müalicəyə cavabını və mümkün yan təsirlərin aşkar edilməsini təmin etmək diqqətlə monitorinq aparılmalıdır.
Digər antidepressantlar (MAO inhibitorları, trisiklik antidepressantlar, venlafaksin, mirtazapin və s.) adətən uşaq və yeniyetmələrdə depressiyanın müalicəsində istifadə olunmur.
Təşviş əleyhinə dərmanlar (benzodiazepinlər, hidroksizin hidroxlorid və s.) diqqətli düşüncədən sonra digər müalicənin yüksək təşviş vəziyyəti idarə edə bilməkdə kifayət olmadığı, normal yuxu ritmini bərpa etmək və digər yuxu pozuntularını müalicə etmək üçün farmakoterapiya lazım olduqda qısa müddətli terapiya kimi istifadə oluna bilər. Bu preparatlar həqiqi təşviş pozuntusunu idarə etmək üçün uzunmüddətli dərman müalicəsi kimi istifadə olunmur.
Diqqət əksikliyi hiperaktivlik pozuntusunun (DƏHP) dərman müalicəsi metilfenidat, lisdeksamfetamin və deksamfetamin və Norepinefrin Geriyə Udulma İnhibitoru (NGUİ) atomoksetindən ibarətdir, hansı ki, DƏHP olan uşaq və yeniyetmələrin müalicəsində effektivliyi tədqiqatlarda müəyyən olunmuşdur.
Klonidinin effekti diqqət əksikliyi pozuntusu olan hiperkinetik uşaqlarla yanaşı tik pozuntuları və Turet sindromunun müalicəsində öyrənilmişdir. İstifadə olunan doza hipertoniyada istifadə olunan dozaya nisbətən daha aşağıdır. DƏHP-dan başqa pozuntuların müalicəsi üçün ilkin göstəriş olan digər dərmanlarla (modafinil və quanfasin) yanaşı klonidin DƏHP-da çox az istifadə olunur.
Uşaq və yeniyetmələrdə bipolyar affektiv pozuntunun müalicəsində əhval-ruhiyyə stabilizatoru kimi antiepileptik dərmanlar, litium və ikinci nəsil antipsixotiklər istifadə olunur.
Natrium valproat bipolyar affektiv pozuntuda saxlayıcı terapiya kimi istifadə oluna bilər. Onun davranış pozuntuları və neyropsixiatrik pozuntuları ilə assosiasiya olunan kəskin aqressivlik və impulsivliyin müalicəsində müəyyən effekti vardır.
Karbamazepin uşaq və yeniyetmələrdə birinci-sıra əhval-ruhiyyə stabilizatoru kimi məsləhət görülmür.
Litium 12 yaşdan böyüklərdə bipolyar affektiv pozuntunun maniakal və depressiv fazasının müalicə və profilaktikasında istifadə olunur. Onun davranış pozuntuları və neyropsixiatrik pozuntuları ilə assosiasiya olunan kəskin aqressivlik və impulsivliyin müalicəsində bəzi effekti vardır. Litium terapiyası zamanı monitorinq: baxın .
Bir çox ikinci nəsil antipsixotiklər maniyanın müalicəsində və əhval-ruhiyyə stabilizatoru kimi istifadə olunur.
Tranklivizator dərmanlar (benzodiazepinlər, hidroksizin hidroxlorid və s.) diqqətli düşüncədən sonra digər müalicənin yüksək təşviş vəziyyəti idarə edə bilməkdə kifayət olmadığı, normal yuxu ritmini bərpa etmək və digər yuxu pozuntularını müalicə etmək üçün farmakoterapiya lazım olduqda qısa müddətli terapiya kimi istifadə oluna bilər.
Uşaq və yeniyetmələrdə benzodiazepinlərə cavab adi dərman effektindən (məsələn, narahatlıq, aqressivlik, ajitasiya, gecə qorxulu yuxugörmələri, hallüsinasiyalar) fərqlənə bilər.
Davranış terapiyaları yuxu pozuntularının müalicəsinddə əsas metodlardır. Melatonin yuxuya getmənin dəstəklənməsi üçün digər tədbirlərlə kombinasiyada müvəqqəti istifadə oluna bilər.